Məhkəmə qərarları › İş №2(051)-178/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-178/2025

27.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-178/2025 27.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh: Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin Mingəçevir filialında saxlanılan borclu Cavabdeh1 tərəfindən girov qoyulmuş 300 qram çəkidə 30000 manat dəyərində qızıl-zinət əşyalarının özünün Cavabdeh1, ödənilmiş dövlət rüsumu və vəkil xidmətinə ödənilmiş 300 manat pulun Cavabdeh2, X3 və Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 585 əyarlı, 15 ədəd üzük, 5 ədəd klon, 3 cüt sırğa (108.3-5 = 103.3) – 103.3 qram çəkidə qızılların, 583 əyarlı 4 ədəd boyunbağı, 1 ədəd saat (80.8 - 12.4 = 68.4 qr.) – 68.4 qram çəkidə, 500 əyarlı 2 ədəd boyunbağı, 3 ədəd qolbaq – 95.7 qram çəkidə, 720 əyarlı 2 ədəd dəst, 4 ədəd üzük – 49.6 qr çəkidə, cəmi 312 qram çəkidə qızılların Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsini və həmin qızıllar üçün "xxxx" ASC-yə ödənilmiş 36109 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 oğlu Cavabdeh2 ilə onun bacısı X3 vasitəsilə tanış olmuşdur. Sonradan münasibətləri yaxınlaşmışdır. O, ailəli olmamaqla bərabər ünvan 1 ünvanda anası Həqiqət Məmmədova ilə birgə yaşamışdır. Anasının xəstəliyinin ağırlaşması ilə əlaqədar evinə çoxlu adamlar gələcəyini bildirən evli münasibətində olduğu Cavabdeh2 təkidi ilə 2023-cü ilin son aylarında özünə məxsus olan 79 adda 500 qrama yaxın qram çəkidə qızıllarımı saxlanc məqsədilə ona verdi. Cavabdeh2 isə onun xəbəri olmadan ona məxsus qızılları əvvəlcə arvadı Mədinə Quliyeva və ya öz adına banka girov qoyaraq pul götürmüş, sonra isə banklara borcu olduğundan öz adından çıxarıb anası Cavabdeh1 vermiş, sonuncu da ona məxsus qızılları 19 yanvar 2024-cü ildə "xxxx" ASC-nin Mingəçevir filialında girov qoyaraq 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Həmin qızılların onun üçün mənəvi dəyəri olduğunu bilən Cavabdeh2 bu dəfə də onu aldadaraq qızılları bankdan çıxarmaq adı ilə ondan 9000 və 3000 manat olmaqla əvvəlcə 12000 manat pul alıb aparmışdır. Həmin pula qızıllarını qaytarmadığından yenidən mülkiyyətində olan avtomobilini satıb Cavabdeh2 14000 manat pul vermişdir. Ancaq o yenə onu aldadaraq 10000 manat borcdan ödəyərək 157.5 qram qızılımı alıb ona qaytarılsa da, 300 qram qızıl bankda anası Cavabdeh1 adında qalmış, 4000 manatı özünə götürmüşdür. Bildiyi qədər qızılların çəkisi imkan verdiyi üçün əlavə olaraq 4000 manat kredit götürmüşdür. Bundan əvvəl isə iş qurmaq adı ilə məndən 5000 və 3000 manat pul almışdır. 2024-cü ilin iyul avında isə ailəsini də götürərək Azərbaycanı tərk etmişdir. Cavabdeh2 getdikdən sonra evindən 27 qram çəkidə kolye-qolbağ, üzük sırğa, 1 ədəd sep, 2 üzüyümü, həmçinin 6000 manat pulun oğurlandığını bilmişdir. Qızılları və pulumu qaytaracağını vəd etdiyindən və qızıllarını almaq məqsədilə həmin vaxt polisə müraciət etməmişdir. Sonradan bacısı Firuzə Quliyevanın vasitəsilə onun adına etibarnamə göndərmiş, həmin etibarnamə əsasında Mingəçevir «kredit evində» Cavabdeh2 adına olan 1645 manat krediti ödəyərək qızıllarımı götürmüşəm. Ancaq oğurladığı 6000 manatı qaytarmamışdır. Həmin pulu isə bacısı Firuzə qaytaracağını vəd etmişdir. Hazırda Cavabdeh1 adına bankda olan qızıllar ona məxsus qızıllardır. Həmin əşyalar aşağıdakılardır: 1.4 ədəd üzük, 2 ədəd dəst- əyarı 720, çəkisi 53.4 qram, sayı 6 ədəd -5350 manat 2. 2 ədəd boyunbağı, 3 ədəd qolbağ-əyarı 500, çəkisi 95.7, sayı 5 ədəd - 9370 manat 3.5ədəd üzük, 3 ədəd boyunbağı, 1 ədəd kulon, 1 cüt sırğa, 1 ədəd qolbağ-əyan 583, çəkisi 35.3, 12 ədəd - 3530 manat 4.4 ədəd dəst. 1 ədəd qarnitur, 7 cüt sırğa. 20 ədəd üzük- əyarı 583, çəkisi 156, 32 ədəd - 15600 manat 5.1ədəd saat, 9 ədəd qolbağ, 8 ədəd kulon, 6 ədəd boyunbağı-əyarı 583, çəkisi 117, 24 ədəd -11700 manat Cəmi 45750 manat Qeyd edim kİ. 5 və 12.4 qram çəkidə qızılların qaşları nəzərə alındığından qızılların çəkisi azalmışdır. Həmin qızılların 157 qramını onun ödədiyi pul hesabına bankdan çıxarılaraq ona qaytarılmışdır. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASCnin Mingəçevir filialında saxlanılan 317 qram çəkidə qızıl zinət əşyaları onun tərəfindən banka girov qoyulsa da, İddiaçı məxsusdur. Həmin qızılların İddiaçı verilməsinə etiraz etmir. Ümumilikdə iddianı qəbul edir. Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASCnin Mingəçevir filialında saxlanılan 317 qram çəkidə qızıl zinət əşyaları onun tərəfindən banka girov qoyulsa da, İddiaçı məxsusdur. Həmin qızılların İddiaçı verilməsinə etiraz etmir. Ümumilikdə iddianı qəbul edir. Məhkəmə iddia ərizəsini, iddiaçı və cavabdehlərin əvvəlki məhkəmə iclasları zamanı verdikləri izahatlarıdinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 600805-538397/1 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa tərəflər arasında qızıl girov müqaviləsi də bağlanmışdır. 538397.1 №-li girovun saxlanca qəbul edilməsi aktından görünür ki, 4 ədəd üzük 2 ədəd dəst əyarı 720 çəkisi 53.50 sayı 6 ədəd, 2 ədəd boyunbağı, 3 ədəd qolbağ-əyarı 500, çəkisi 95.7, sayı 5 ədəd, 5ədəd üzük, 3 ədəd boyunbağı, 1 ədəd kulon, 1 cüt sırğa, 1 ədəd qolbağ-əyan 583, çəkisi 35.3, 12 ədəd, 4 ədəd dəst. 1 ədəd qarnitur, 7 cüt sırğa. 20 ədəd üzük- əyarı 583, çəkisi 156, 32 ədəd, 1ədəd saat, 9 ədəd qolbağ, 8 ədəd kulon, 6 ədəd boyunbağı-əyarı 583, çəksi 117 qram, 24 ədəd. ƏQ-110/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qızıl-zinət və cehiz əşylarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 4 ədəd üzük 2 ədəd dəst əyarı 720 çəkisi 53.50 sayı 6 ədəd, 2 ədəd boyunbağı, 3 ədəd qolbağ-əyarı 500, çəkisi 95.7, sayı 5 ədəd, 5ədəd üzük, 3 ədəd boyunbağı, 1 ədəd kulon, 1 cüt sırğa, 1 ədəd qolbağəyan 583, çəkisi 35.3, 12 ədəd, 4 ədəd dəst. 1 ədəd qarnitur, 7 cüt sırğa. 20 ədəd üzükəyarı 583, çəkisi 156, 32 ədəd, 1ədəd saat, 9 ədəd qolbağ, 8 ədəd kulon, 6 ədəd boyunbağı-əyarı 583, çəkisi 117, 24 ədəd – Ümumi dəyəri 45750 manat məbləğində qiymətləndirlmişdir. MN0247970-2024 saylı, xx.xx.2024-cü il tarixli Çərçivə kredit və girov müqaviləsindən görünür ki, "xxxx" ASC-dən Cavabdeh2 60 ay müddətinə 1885 manat məbləğində bərpa olunan kredit xəttini vermişdir. "xxxx" ASC (Ağdaş Filialı) tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzinin seriya GİF/6 540877 nömrəli, 03 sentyabr 2024-cü tarixli seriyasından görünür ki, İddiaçı Cavabdeh2 kreditini tam, yəni 1645.10 manat məbləğində ödəmişdir. "xxxx" ASC-nin nağd pulun mədaxili üçün qəbzindən görünür ki, İddiaçı Cavabdeh1 kreditindən 7000 manat pul göndərmişdir. İşdə olan Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizəyə əsasən "xxxx" ASC-nin Mingəçevir Filialında saxlanılan 317 qram çəkidə qızıl zinət əşyaları onun tərəfindən banka girov qoyulsa da İddiaçı məxsusdur. Həmin qızılların İddiaçı verilməsinə etiraz etmir. İşdə olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizəyə əsasən "xxxx" ASC-nin Mingəçevir Filialında saxlanılan 317 qram çəkidə qızıl zinət əşyaları onun tərəfindən banka girov qoyulsa da İddiaçı məxsusdur. Həmin qızılların İddiaçı verilməsinə etiraz etmir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı ünvan 1 ünvanda anası Həqiqət Məmmədova ilə birgə yaşamışdır. Anasının xəstəliyinin ağırlaşması ilə əlaqədar evinə qonaqlar gələcəyini bildirən tanışı Cavabdeh2 təkidi ilə 2023-cü ilin son aylarında özünə məxsus olan 79 adda 500 qrama yaxın qram çəkidə qızıllarını saxlanc məqsədilə ona vermişdir. Cavabdeh2 isə iddiaçının xəbəri olmadan iddiaçıya məxsus qızılları anası Cavabdeh1 vermiş, sonuncu da ona məxsus qızılları 19 yanvar 2024-cü ildə "xxxx" ASC-nin Mingəçevir filialında girov qoyaraq 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğini isə Cavabdeh2 öz istifadəsi üçün xərcləmişdir. Sonradan məhkəmə icraatı zamanı iddiaçı cavabdehin kredit müqaviləsi üzrə borcunu tamamilə ödəyərək 36109 manat məbləğində pulun tutulmasını xahiş etmiş, cavabdehlər isə ayrı-ayrılıqda məhkəmə iclası zamanı iddianı qəbul edərək iddianın təmin olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.

196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Beləliklə məhkəmə müəyyən etdi ki, cavabdehlər iddiaçıya məxsus qızılları "xxxx" ASC-nin Mingəçevir filialında girov qoyaraq 30000 (otuz min) manat kredit məbləğini əldə etmiş, nəticədə cavabdehlər hüquqi əsas olmadan məhrum olanın yəni, iddiaçının hesabına əmlak əldə edərək əsassız varlanmışlar. Sonradan iddiaçı həmin öhdəliyi borclunun əvəzinə icra etmiş və banka ödədiyi məbləği reqress qaydada cavabdehlərdən müştərək formada tələb etmək hüququ əldə etmişdir. Belə olan halda iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 585 əyarlı, 15 ədəd üzük, 5 ədəd klon, 3 cüt sırğa (108.3-5 = 103.3) – 103.3 qram çəkidə qızılların, 583 əyarlı 4 ədəd boyunbağı, 1 ədəd saat (80.8 - 12.4 = 68.4 qr.) – 68.4 qram çəkidə, 500 əyarlı 2 ədəd boyunbağı, 3 ədəd qolbaq – 95.7 qram çəkidə, 720 əyarlı 2 ədəd dəst, 4 ədəd üzük – 49.6 qr çəkidə, cəmi 312 qram çəkidə qızıllar, həmin qızılların girovdan çıxarılması üçün iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 36109 manat pul və dövlət rüsumu kimi ödənilmiş 198,33 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 198,33 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş 198,33 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 585 əyarlı, 15 ədəd üzük, 5 ədəd klon, 3 cüt sırğa (108.3-5 = 103.3) – 103.3 qram çəkidə qızılların, 583 əyarlı 4 ədəd boyunbağı, 1 ədəd saat (80.8 - 12.4 = 68.4 qr.) – 68.4 qram çəkidə, 500 əyarlı 2 ədəd boyunbağı, 3 ədəd qolbaq – 95.7 qram çəkidə, 720 əyarlı 2 ədəd dəst, 4 ədəd üzük – 49.6 qr çəkidə, cəmi 312 qram çəkidə qızıllar alınıb iddiaçıya verilsin. Həmin qızılların girovdan çıxarılması üçün iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 36109 manat pul cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198,33 (bir yüz doxsan səkkiz manat, otuz üç qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar