Məhkəmə qərarları › İş №2(036)-1213/2022

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1213/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1213/2022 01.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X4 Hacıyevin sədrliyi Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə İddiaçı «X3» ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə acıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «X3» ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq bankla cavabdeh arasında olan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ilə əlaqədar razılıq əldə olunduğu üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: İddiaçı «X3» ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı «X3» ASC-yə qaytarılsın və iddia tələbi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində onun ləğvi üçün İmişli rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar