Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1216/2021 25.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı X6 zavodunun 1991-1999-cu illərdə ona yaranmış borclarının ezamiyyət, məzuniyyət, son hesablaşma hesabı və nəğd öz şəxsi büdcəsindən texnxxxxa avadanlıqlarının X8 gətirilməsi ilə bağlı xərclədiyi pul vəsaitlərinin alınması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək texnxxxxa və avadanlıqların X8 Ukrayna və Özbəkistan Respublxxxxalarından göndərilməsilə bağlı xərclədiyi vəsaitlər 27100 ABŞ dollarının, bundan başqa məzuniyyət, ezamiyyət və son hesablaşma hesabı olan pul vəsaitinin təqribən 20000 manatın cavabdeh xxxx ASC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 1991-ci ildən X6 zavodunun direktor vəzifəsində işləməyə başlamışdır. 1999-cu ilin sonunadək həmin zavodun direktoru vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində çoxlu sayda sovetlər ittifaqının müxtəlif respublxxxxalarına xüsusilə Özbəkistan və Ukrayna Respublxxxxalarına ezamiyyət etmiş bunun əsas səbəbi isə pambıq zavodu üçün texnxxxxa və avadanlıqların gətirilməsi olmuşdur. Həmin texnxxxxaları Azərbaycana X8 göndərmək üçün göndərmə xərcləri eyni zamanda gömrük xərcləri olmuşdur ki, bunlarıda öz şəxsi vəsaiti hesabına qarşılamışdır. Eyni zamanda işlədiyi müddət ərzində məzuniyyətə çıxmamış və məzuniyyət pulu almamışdır. İşdən azad olarkən ona zavod tərəfindən son hesablaşma hesabıda ödənilməmişdir. O, X7 ona borclu olduğu vəsaitlə bağlı ödəmələr etməsi məqsədi ilə MKT “xxxx” MMC-nin MKT “İmişli Filialına” rəsmən müraciət etmiş. Filialın direktoru O.A.Gülmalıyev 7 dekabr 2020-ci il tarixdə 299 saylı məktubla ona cavab ünvanlayaraq xxxx ASC-nin sədri X3 ərizədə göstərdiyi məsələ üzrə müraciət etməyi xahiş etmişdir. Bundan başqa MKT “xxxx” MMC-nin sədri idarə heyyətinin sədri cənab R.Həsənovada eyni məzmunlu məktub ünvanlamışdır. O, da ərizəni xxxx ASC-nin sədri Asif Əliyevə ünvanlamağı göstərmişdir. Bundan başqa ərizədə göstərdiyi digər xüsusatlar üzrə yəni X8 yatırdığı 8,4 faiz səhminin qazancını əldə etmək üçün səhmdar cəmiyyətin ali idarəetmə orqanına və ya səhmdarların yığıncağına müraciət etməyini xahiş etmişdir. O, xxxx ASC-nin sədri X4 14 dekabr 2020-ci tarixdə poçt vasitəsilə müraciət edərək ona yaranmış ASC-nin borcunun ödənməsini tələb etmiş, lakin bu günə kimi cavabdeh ona nə şifahi nə yazılı formada cavab vermiş, nə də tələbi təmin etmişdir. Onun müraciəti xxxx ASC-yə belə olmuşdur. “Yazıb sizə bildirirəm ki, mən İddiaçı 1991-ci ilin avqust ayında X6 Zavoduna direktor təyin olunmuşam. Direktor işlədiyim müddət ərzində X7 gəlirlərini, istehsalını, ixrac və istahlakını 10 dəfələrlə artırmışam. Bununla bağlı keçmiş sovetlər ittifaqının müxtəlif respublxxxxalarına ezamiyyətlər etmişəm və həmin ezam ərazilərindən müxtəlif texnxxxxa, avadanlıqlar o cümlədən istehsal və xammal alaraq zavoda gətirmişəm, mən xxxx zavodunda səhmdaram, təşkilatçı rəhbər kimi, həmdə böyük və fəal təsisçi kimi bu zavodda iştirakım olub, həmin müəssisədə öz əmlak payım vardır. Belə ki, mən o zamanlar zavodda keçid dövrünün bütün cığırlıqlarını öz üzərimə götürmüşdüm. Bundan başqa işlədiyim 1991-1999-cu illər ərzində məzuniyyətə çıxmamışam, eyni zamanda idarə rəhbəri olaraq keçmiş sovetlər ittifaqının Özbəkistan və Ukrayna Respublxxxxalarında çox saylı ezamiyyətə görə mənə ezam pulu ödənilməmişdir. 15 ədəd TTZ-100-ü, 5 maşınla Özbəkistan Respublxxxxasından Azərbaycana X6 zavoduna göndərmək üçün hər maşına 3800 ABŞ dolları öz şəxsi vəsaitimi xərcləmişəm. Ümumulxxxxdə 15 ədəd TTZ 100 traktorunun X6 zavoduna göndərməyim üçün 19000 ABŞ dolları daşınma xərci və 2000 ABŞ dollardan çox gömrük haqqını öz şəxsi vəsaitim hesabına xərcəmişəm. Ukrayna Respublxxxxasının Xarkov şəhərindən traktor zavodundan 4 ədəd T 150 traktoruna 2 vaqonla, 700 dollar gömrük haqqı ödəməklə hər vaqon üçün 2700 ABŞ dolları daşınma xərcinə sərf edilməklə ümumilxxxxdə 6100 ABŞ dolları yenə şəxsi vəsaitimi xərləmişəm və texnxxxxaları X8 göndərmişəm. Özbəkistan və Ukrayna Respublxxxxalarından X8 göndərdiyim traktorların göndərilməsi və gömrük xərcləri üçün şəxsi vəsaitim hesabına xərclədiyim pullar 5400+700+19000+2000+27100 ABŞ dolları təşkil etmişdir. xxxx zavodundan Özbəkistan və Ukrayna Respublxxxxalarına ezam olunaraq X8 öz şəxsi vəsaitimi xərcləməklə göndərdiyim 19 ədəd traktorun (TTZ-100 15 ədəd Özbəkistandan və T-150 4 ədəd Ukraynadan) göndərilmə xərclərini 27100 ABŞ dollarını, 1991-1999-cu illər ərzində X7 direktoru vəzifəsini icra etdiyim vaxtda, mənə ödənilməmiş məzuniyyət və son hesablaşma pullarının ödənilməsini, bundan başqa sovetlər ittifaqının Ukrayna və Özbəkistan Respublxxxxalarına zavod tərəfindən ezamımla bağlı mənə ödənilməsi olan ezamiyyət pullarını ödəməyinizi xahiş edirəm”. xxxx ASC-nin 27100 ABŞ dolları məbləğində ona borcu var. xxxx ASC-nin bundan başqa ona 10 il ərzində məzuniyyət, ezamiyyət və son hesablaşma hesabı olan pullarını ödənilməsini həmin məbləğin hesablanması xxxx ASCnin üzərinə düşür. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə iddia müddəti keçdiyi üçün iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia müddəti tətbiq olunmalı və iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Аzərbaycan Respublxxxxası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublxxxxası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdxxxxləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublxxxxası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedxxxxdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublxxxxası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktxxxxi hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Məhkəmə hesab edir ki, sübutların qiymətləndirilməsi ilə yanaşı cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə də qiymət verilməlidir. Belə ki, cavabdehin nümayəndəsi X2 iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə iddia müddətinin tətbiq olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla iddiaçının tələbi təsdiq olunmur, iddianın təmin olunması üçün mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda iddia tələbində göstərilən dəlillər subuta yetirilsə idi belə, iddiaçı qanunla müəyyən edilmiş tələb etmə müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublxxxxası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublxxxxasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublxxxxası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləlxxxxlə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı X6 zavodunun 1991-1999-cu illərdə ona yaranmış borclarının ezamiyyət, məzuniyyət, son hesablaşma hesabı və nəğd öz şəxsi büdcəsindən texnxxxxa avadanlıqlarının X8 gətirilməsi ilə bağlı xərclədiyi pul vəsaitlərinin alınması tələbinə dair mülki iş üzrə iddia müddəti tətbiq olunmalı və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublxxxxası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublxxxxası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şxxxxayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1216/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1216/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver