Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1223/2025 30.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Səftər oğlundan 1504 manat icarəyə görə ödədiyi pulun və 1000 manat dövlət tərəfindən ödənilən subsidiya pulunun, Cavabdeh1 768 manat icarəyə görə ödədiyi pulun və 500 manat dövlət tərəfindən ödənilən subsidiya pulunun və Cavabdeh2 Səftər oğlundan 728 manat icarəyə görə ödədiyi pulun və 500 manat dövlət tərəfindən ödənilən subsidiya pulunun, həmçinin ödədiyi 70 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə cavabdehlər ona bildirdilər ki, onlar xüsusi miilkiyətinlərində olan pay torpaqlarını icarəyə verirlər. O da həmin torpaq sahəsini onlardan icarayə götürmək istədiyini bildirmişdir. Bundan sonra 09 yanvar 2020-ci il tarixində Cavabdeh3 Softər oğlu ilə aralarında akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh özünə və ailə üzvülərinə məxsus 0.90 ha və 3.76 ha torpaq sahəsini hər hektarı 400 manat olmaq şərti ilə 30 noyabr 2025-ci il tarixədək onun icarəsinə verməyə razılaşdı və o, həmin torpağa görə icarə haqqı olaraq cavabdehə 6016 manat icarə haqqı ödəmişdir. Həmçinin 09 yanvar 2020-ci il tarixində Cavabdeh1 ilə aralarında akt tərtib etmişlər. Həmin akta əsasən cavabdeh özünə və ailə üzvülərinə məxsus 1.92 ha torpaq sahəsini hər hektarı 400 manat olmaq şərti ilə 30 noyabr 2025-ci il tarixədək onun icarəsinə verməyə razılaşmış və o, həmin torpağa görə icarə haqqı olaraq cavabdehə 3072 manat icarə haqqı ödəmişdir. Eyni zamanda 09 yanvar 2020-ci il tarixində Cavabdeh2 Səftər oğlu ilə aralarında akt tərtib etmişlər. Həmin akta əsasən cavabdeh özünə və ailə üzvülərinə məxsus 1.82 ha torpaq sahəsini hər hektarı 400 manat olmaq şərti ilə 30 noyabr 2025-ci il tarixədək onun icarəsinə verməyə razılaşmış və o, həmin torpağa görə icarə haqqı olaraq cavabdehə 2912 manat icarə haqqı ödəmişdir. Həmçinin cavabdehlərlə aralarında olan akta əsasən torpaq sahələrinə görə dövlət tərəfindən verilən bütün subsidiyalarıda o, almalı idi. Bildirir ki, o, həmin torpaq sahələrini cavabdehlərdən icarəyə götürəndən sonra torpağın yaxşılaşması üçün orada müəyyən işlər görərərək istifadə etməyə başlamışdır. Hazırda cavabdehlərlə aralarında olan icarə müqaviləsinin bitməsinə bir ilə yaxın vaxt qalmasına baxmayaraq cavabdehlər onu həmin torpaq sahəsinə buraxmırlar. O, dəfələrlə cavabdehlərə icarə müqaviləsinin müddətinin bitməsinə bir ilə yaxın vaxt qalmasını bildirsə də onlar buna heç bir məhəl qoymurlar. Həmçinin qeyd edir ki, torpaq sahələrinin onun icarəsində olduğu müddətdə dövlət tərəfindən verilən təxminən 2000 manatlıq subsidiyasında cavabdehlər ona verməmişlər, özləri götürmüşlər. Hazırda cavabdehlər onu torpaq sahəsinə buraxmadıqları üçün o, məcbur olub cavabdehlərə verdiyi pulu geri tələb etmək qararına gəlmişdir. Hazırda o, dəfələrlə cavabdehlərdən onlara verdiyi pulu tələb etsə də onlar hər dəfə bir bəhanə getirərək pulunu vermirlər. Qeyd edir ki, cavabdehlər icarə müqaviləsinin müddətini vaxtından əwəl pozduqları üçün ümumiikdə ona 5000 manat pul ödəməlidirlər. Belə ki. Cavabdeh3 Səftər oğlu 1504 manat icarəyə görə ödədiyi pulu və 1000 manat dövlət tərəfindən ödənilən subsidiya pulu, Cavabdeh1 768 manat icarəyə görə ödədiyi pulu və 500 manat dövlət tərəfindən ödənilən subsidiya pulunu və Cavabdeh2 Səftər oğlu 728 manat icarəyə görə ödədiyi pulu və 500 manat dövlət tərəfindən ödənilən subsidiya pulunu ona ödəməlidirlər. Hazırda cavabdehlər onu torpaq sahəsinə buraxmadıqları üçün ona məcbur olub cavabdehlərə verdiyi pulu geri tələb etmək qararına gəlmişdir. Hazırda o, dəfələrlə cavabdehlərdən onlara verdiyi pulu tələb etsə də onlar hər dəfə bir bəhanə getirərək pulunu vermirlər. Qeyd edir ki, cavabdehlər icarə müqaviləsinin müddətini vaxtından əwəl pozduqları üçün ümumiikdə ona 5000 manat pul ödəməlidirlər. Belə ki, Cavabdeh3 Səftər oğlu 1504 manat icarəyə görə ödədiyi pulu və 1000 manat dövlət tərəfindən ödənilən subsidiya pulu, Cavabdeh1 768 manat icarəyə görə ödədiyi pulu və 500 manat dövlət tərəfindən ödənilən subsidiya pulunu və Cavabdeh2 Səftər oğlu 728 manat icarəyə görə ödədiyi pulu və 500 manat dövlət tərəfindən ödənilən subsidiya pulunu ona ödəməlidirlər. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları ilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: 5.2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 51.2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 56.9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. 66.1 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 3. Torpaq üzərində icarə münasibətləri İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Maddə 4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Maddə 7. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Maddə 10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Maddə 12. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır Maddə 18. Torpağın icarəyə vermək hüququ Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Səftər oğlundan 1504 manat icarəyə görə ödədiyi pulun və 1000 manat dövlət tərəfindən ödənilən subsidiya pulunun, Cavabdeh1 768 manat icarəyə görə ödədiyi pulun və 500 manat dövlət tərəfindən ödənilən subsidiya pulunun və Cavabdeh2 Səftər oğlundan 728 manat icarəyə görə ödədiyi pulun və 500 manat dövlət tərəfindən ödənilən subsidiya pulunun, həmçinin ödədiyi 70 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Vətəndaşının DYİ 00***** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Qazaxıstan Respublikasında anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh3 Səftər oğlu JN 0066 nömrəli aktında göstərilən 2,86 ha, AN ******* saylı torpaq aktında 0,90 ha torpaq sahəsini, özünə və ailə üzvlərinə məxsus 3.76 ha torpaq sahəsini İddiaçı dörd il müddətinə hər hektarın 400 (dörd yüz) manata icarəyə vemişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 JN 0068 nömrəli aktında göstərilən özünün və ailə üzvlərinin pay torpağını (1.92 ha) İddiaçı dörd il müddətinə hər hektarın 400 (dörd yüz) manata icarəyə vemişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 JN 0067 nömrəli aktında göstərilən özünün və ailə üzvlərinin pay torpağını (1.82 ha) İddiaçı dörd il müddətinə hər hektarın 400 (dörd yüz) manata icarəyə vemişdir. İş materiallarında olan JN 0068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş ərazidə yerləşən 1,92 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İmişli rayon Aqrar İslahat Komissiyası xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə X1 və digərlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN 0067 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş ərazidə yerləşən 1,82 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İmişli rayon Aqrar İslahat Komissiyası xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh2 Səfər oğlu və digərlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN 0066 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş ərazidə yerləşən 2,86 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İmişli rayon Aqrar İslahat Komissiyası xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh3 və digərlərinin mülkiyyətinə verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli aktların surəti iddiaçının subyektiv hüququnu əsasını təşkil edə bilməzdi. Belə ki, həmin mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı cavabdehlərlə torpaq icarəsi ilə bağlı hüquqi münasibətləri yaranmasını və yaranmış hüquq münasibəti zamanı hüquqlarının pozulmasını ilə nəticələnən hüquq mübahisənin mövcud olduğunu iddia edərək, sübut qismində həmin aktların surətini məhkəməyə təqdim etmişdir. Halbuki, iddiaçı və cavabdeh arasında torpaq icarə müqaviləsindən iraəli gələn münasibətlərin yaranması üçün həmin müqavilənin yuxarıda göstərilən hüquqi aktların məcburi - imperativ normalarına riayət edilməsi zəruridir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bundan başqa, iddiaçı tərəfindən yuxarıda istinad edilən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51.4-cü, 56.9-cu, 66.1-ci, 66.2-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 10 və 12-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddələrinin tələblərinə riayət edilməmişdir və normalarının tələbləri baxımından məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmi xx.xx.2020-ci il tarixli aktlar Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərini baxımından da mötəbər sübut qəbu edilə bilməz. Belə ki, Həmin maddədə təsbit edilmişdir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə arasında torpaq icarəsi ilə bağlı hər hansı müqavilənin olması, həmin münasibətlər nəticəsində cavabdehlərin onun qarşısında pul öhdəliklərinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 70 (yetmiş) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan 70 (yetmiş) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1223/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1223/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver