Məhkəmə qərarları › İş №2(036)-1249/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1249/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1249/2021 14.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin “Mərdəkan” filialı ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə “restrukturizasiya olunmuş borc” üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1 % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən əsasən bankın xeyrinə pul ödənişini həyata keçirməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 29 mart 2021-ci il tarixə banka 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində əsas kredit borcu, 16.49 (on altı, qırx doqquz) AZN məbləğində faiz borcu, 534.91 (beş yüz otuz dörd, doxsan bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 1779.47 (min yeddi yetmiş doqquz, qırx yeddi) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, İddiaçı QSC-nin “Mərdəkan” filialı ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində əsas kredit borcunun, 16.49 (on altı, qırx doqquz) AZN məbləğində faiz borcunun, 534.91 (beş yüz otuz dörd, doxsan bir) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1779.47 (min yeddi yetmiş doqquz, qırx yeddi) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı QSC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Mərdəkan” filialı ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə “restrukturizasiya olunmuş borc” üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1 % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixli kreditin verilməsi-köçürmədən (kassa məxaric orderi) görünür ki, İddiaçı QSC-nin “Mərdəkan” filialı ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 021A********** saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində kredit borcunu illik 1 % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 8312 saylı, 01 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 29 mart 2021-ci il tarixə banka 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində əsas kredit borcu, 16.49 (on altı, qırx doqquz) AZN məbləğində faiz borcu, 534.91 (beş yüz otuz dörd, doxsan bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 1779.47 (min yeddi yetmiş doqquz, qırx yeddi) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 6217 saylı, 01 mart 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 02 aprel 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC-nin “Mərdəkan” filialı ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə “restrukturizasiya olunmuş borc” üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1 % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində kredit verilmiş və Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, Cavabdeh bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və kredit müqaviləsinə əsasən 29 mart 2021-ci il tarixə banka 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində əsas kredit borcu, 16.49 (on altı, qırx doqquz) AZN məbləğində faiz borcu, 534.91 (beş yüz otuz dörd, doxsan bir) AZN məbləğində cərimə borcu, ümumilikdə 1779.47 (min yeddi yetmiş doqquz, qırx yeddi) AZN məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “534.91 AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı QSC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 534.91 (beş yüz otuz dörd, doxsan bir) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “534.91 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC-nin “Mərdəkan” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, İddiaçı QSC-nin “Mərdəkan” filialı ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində əsas kredit borcu, 16.49 (on altı, qırx doqquz) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 1294.56 (min iki yüz doxsan dörd, əlli altı) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC-nin “Mərdəkan” filialı ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh 1228.07 (min iki yüz iyirmi səkkiz, sıfır yeddi) AZN məbləğində əsas kredit borcu, 16.49 (on altı, qırx doqquz) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 1294.56 (min iki yüz doxsan dörd, əlli altı) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar