Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-125/2021 03.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh X9 nümayəndəsi: X15, Üçüncü şəxs İmişli Rayon Aranlı Bələdiyyəsinin nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı cavabdeh X11 qarşı “gediş-gəliş yolunun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X11 qarşı “gediş-gəliş yolunun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Aranlı kəndində yaşayır. Cavabdeh X20 onun həmkəndlisidir. İmişli rayonu, Aranlı kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə 0.34 ha. həyətyanı torpaq sahəsi onların, yəni ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair 20 noyabr 2000-ci il tarixdə JN-303B Kod 90700118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Ailə üzvlərinin ümumi razılığı əsasında həmin torpaq sahəsinin istifadəsi ona həvalə edilmişdir. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Lakin cavabdeh X20 mübahisə predmeti olan həmin həyətyanı torpaq sahəsinə ata-babadan çəkilmiş gediş-gəliş yolunu zəbt etmişdir. O, cavabdeh X4 dəfələrlə gediş-gəliş yolunun açılmasını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Məhz bu səbəbdən də, o cavabdeh X11 qarşı “gediş-gəliş yolunun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, cavabdeh X9 İmişli rayonu, Aranlı kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə onun xüsusi mülkiyyətinə verilmiş 0.34 ha. həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və onun yoldan istifadə etməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 nümayəndəsi X22 iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi iddiaçı X20 onun anasıdır və onlar İmişli rayonu, Aranlı kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. Onu da qeyd edir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, İmişli rayonu, Aranlı kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə 0.22 ha. həyətyanı torpaq sahəsi onların, yəni ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair 20 noyabr 2000-ci il tarixdə JN-574A Kod 90700118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Bundan başqa, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə 0.10 ha. həyətyanı torpaq sahəsi onların, yəni ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair 20 noyabr 2000-ci il tarixdə JN-574B Kod 90700118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Onu da qeyd edir ki, İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsi ilə cavabdeh X9 xüsusi mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.22 ha. və 0.10 ha. həyətyanı torpaq sahələri ilə üst-üstə düşmür. Bundan başqa, İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və cavabdeh X20 həmin gediş-gəliş yolunu zəbt etməmişdir. Hesab edir ki, İddiaçı cavabdeh X11 qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Bütün bunları nəzərə alaraq, İddiaçı cavabdeh X11 qarşı “gediş-gəliş yolunun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs İmişli Rayon Aranlı Bələdiyyəsinin nümayəndəsi: X16 izahatında bildirmişdir ki, İmişli rayonu, Aranlı kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə 0.34 ha. həyətyanı torpaq sahəsi onların, yəni ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair 20 noyabr 2000-ci il tarixdə JN-303B Kod 90700118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. İmişli rayonu, Aranlı kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə 0.22 ha. həyətyanı torpaq sahəsi onların, yəni ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair 20 noyabr 2000-ci il tarixdə JN-574A Kod 90700118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Bundan başqa, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə 0.10 ha. həyətyanı torpaq sahəsi onların, yəni ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair 20 noyabr 2000-ci il tarixdə JN-574B Kod 90700118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Onu da qeyd edir ki, İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsi ilə cavabdeh X9 xüsusi mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.22 ha. və 0.10 ha. həyətyanı torpaq sahələri ilə üst-üstə düşmür. Bundan başqa, İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və cavabdeh X20 həmin gediş-gəliş yolunu zəbt etməmişdir. Ümumiyyətlə, İddiaçı cavabdeh X11 qarşı “gediş-gəliş yolunun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-303 B, Kod 90700118 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə İmişli rayonu, Aranlı kəndində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsi İddiaçı, X12, X5, X10, X17 və Kərimova Ülviyyə şahin qızının mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” 20 noyabr 2000-ci il tarixdə 724 № ilə X26 kitabında uçota alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-574 A, Kod 90700118 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə İmişli rayonu, Aranlı kəndində yerləşən 0.22 ha. həyətyanı torpaq sahəsi X2, X6, X13, X18, X7, X21, X8 və X19 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” 20 noyabr 2000-ci il tarixdə 562 № ilə X26 kitabında uçota alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-574 B, Kod 90700118 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə İmişli rayonu, Aranlı kəndində yerləşən 0.10 ha. həyətyanı torpaq sahəsi X2, X6, X13, X18, X7, X21, X8 və X19 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” 20 noyabr 2000-ci il tarixdə 707 № ilə X26 kitabında uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 68 saylı, 28 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1. İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli və JN-303 B, Kod 90700118 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinin hüdudları naturada müəyyən edilmişdir. Qeyd: Ölçmə işləri aparılan zaman müəyyən olunmuşdur ki, onun mübahisəli ərazidə istifadəsində olan olan həyətyanı torpaq sahəsi JN-303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.34 ha. həyətyanı torpaq sahəsinin ərazisi deyildir. 2. İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli və JN-574 A, Kod 90700118 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.22 ha. həyətyanı torpaq sahəsinin hüdudları müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, JN-574 A, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən 0.22 haş həyətyanı torpaq sahəsi İmişli rayonu. Aranlı kəndinin “Köbürlü” adlanan hissəsində yerləşir və cavabdeh X20 tərəfindən istifadə olunmur. 3. İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli və JN-574 B, Kod 90700118 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan və cavabdeh X20 tərəfindən istifadə olunan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.10 ha. həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. 4. İddiaçı mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinin gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. 5. İddiaçı JN-303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun hüdudları yerində müəyyən edilmişdir. 6. İddiaçı JN-303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsi ilə X2 mülkiyyətində olan və cavabdeh X20 tərəfindən istifadə olunan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.22 ha. və 0.10 ha. həyətyanı torpaq sahələri ilə üst-üstə düşmür. 7. İddiaçı JN-303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin gediş-gəliş yoluna cavabdeh X20 tərəfindən müdaxilə faktı yoxdur. 8. Cavabdeh X20 tərəfindən İddiaçı JN- 303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin gediş-gəliş yoluna müdaxilə faktı müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsinə dair 10/2501 №-li, 07 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1. İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli və JN-303 B, Kod 90700118 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinin hüdudları naturada müəyyən edilmişdir. Qeyd: Ölçmə işləri aparılan zaman müəyyən olunmuşdur ki, onun mübahisəli ərazidə istifadəsində olan olan həyətyanı torpaq sahəsi JN-303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.34 ha. həyətyanı torpaq sahəsinin ərazisi deyildir. 2. İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli və JN-574 A, Kod 90700118 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.22 ha. həyətyanı torpaq sahəsinin hüdudları müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, JN-574 A, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən 0.22 haş həyətyanı torpaq sahəsi İmişli rayonu. Aranlı kəndinin “Köbürlü” adlanan hissəsində yerləşir və cavabdeh X20 tərəfindən istifadə olunmur. 3. İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli və JN-574 B, Kod 90700118 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan və cavabdeh X20 tərəfindən istifadə olunan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.10 ha. həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. 4. İddiaçı mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinin gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. 5. İddiaçı JN-303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun hüdudları yerində müəyyən edilmişdir. 6. İddiaçı JN-303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsi ilə X2 mülkiyyətində olan və cavabdeh X20 tərəfindən istifadə olunan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.22 ha. və 0.10 ha. həyətyanı torpaq sahələri ilə üst-üstə düşmür. 7. İddiaçı JN-303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin gediş-gəliş yoluna cavabdeh X20 tərəfindən müdaxilə faktı yoxdur. 8. Cavabdeh X20 tərəfindən İddiaçı JN- 303 B, Kod 90700118 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin gediş-gəliş yoluna müdaxilə faktı müəyyən olunmamışdır. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə İmişli rayonu, Aranlı kəndində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsi İddiaçı, X12, X5, X10, X17 və Kərimova Ülviyyə şahin qızının mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” 20 noyabr 2000-ci il tarixdə 724 № ilə X26 kitabında uçota alınmışdır. Bundan başqa, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1997-ci il tarixli qərarı ilə İmişli rayonu, Aranlı kəndində yerləşən 0.22 ha. və 0.10 ha. həyətyanı torpaq sahəsi X2, X6, X13, X18, X7, X21, X8 və X19 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” 20 noyabr 2000-ci il tarixdə 562 № ilə X26 kitabında uçota alınmış və həmin torpaq sahələri cavabdeh X9 istifadəsindədir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı cavabdeh X14 “gediş-gəliş yolunun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması və 2. İddiaçı mülkiyyət hüququnun cavabdeh X20 tərəfindən məhdudlaşdırılıb-məhdudlaşdırılmaması kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülkiyyət hüququ və mülkiyyətin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı daşınmaz əmlaka dair (İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.34 ha. həyətyanı torpaq sahəsi) mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı üçün, yəni daşınmaz əmlakın “mülkiyyətçisi” olduğu üçün qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə cavabdeh X11 “gediş-gəliş yolunun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır... Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 5-ci maddəsinin İİİ hissəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 49-cu maddəsinin İ hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49-cu maddəsinin İİ hissəsinə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Məhkəmə “mütəxəssis və ekspert rələri”nin mötəbər sübut kimi qəbul edilibedilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə faktı” məsələsi texniki və xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız mütəxəssis və ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilməklə təsdiq olunması mümkündür. Mütəxəssis və ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, mütəxəssis və ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda, İddiaçı “mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfin müdaxiləsi” faktına istinad etdiyi məhz həmin halları əsaslandıra bilməmiş, bununla bağlı mötəbər sübutlar əldə edilməmiş və həmin hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Bununla yanaşı, mütəxəssis və eskpert rəyləri iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, onun xüsusi mülkiyyətində olan 0.34 ha. həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin gediş-gəliş yoluna cavabdeh X20 tərəfindən hər hansı müdaxilə faktının olmasını maddi hüquq normları ilə əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdikləri dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdeh X20 iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Belə ki, cavabdeh X9 nümayəndəsinin izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əssən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbini maddi hüquq normaları ilə, eləcə də, iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı, bununla yanaşı, cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki halını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanan sübutlar təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün İddiaçı cavabdeh X11 qarşı “gediş-gəliş yolunun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda, İddiaçı mülki iş üzrə ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh X11 qarşı “gediş-gəliş yolunun açılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı mülki iş üzrə ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Tərlan Nüsrətov