Məhkəmə qərarları › İş №2(036)-125/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-125/2025

10.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-125/2025 10.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkil X3, Cavabdehlər Cavabdeh1 və İmişli Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İmişli Bələdiyyəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi və bələdiyyə ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işi baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və İmişli Bələdiyyəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi və bələdiyyə ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli şəhəri Həzi Aslanov küçəsində yerləşən İmişli şəhər X2 İcraiyyə Komitəsinin 1951- 1953-ci il tarixli 7 nömrəli Qaytanlanmış Təsərrüfatbaşına kitabının 337 nömrə ilə mərhum atası X4 verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin, torpaq sahəsi üzərində İmişli bələdiyyəsinin mülkiyyət hüququnun tanınmamasma dair Daşınmaz Əmlak Reyestrinə daxil edilən **********12 saylı i"24011131 qeydiyyat nömrəli reyestr qeydiyyatı ləğv edilsin və çıxarış etibarsız hesab edilsin. İmişli bələdiyyəsi ilə Cavabdeh1 Qüdrət qızı arasında bağlanmış xx.xx.2024-ci ii tarixli ******* saylı alqı-satqı müqaviləsi etibarsız edilərək ləğv edilsin. İmişli şəhəri Həzi Aslanov küçəsində (ünvanda) yerləşən 0,06 ha torpaq sahəsinin Cavabdeh1 Qüdrət qızının adma mülkiyyət hüququ üzrə qeydə alınması haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinə daxil edilən **********12 nömrəli reyestr qeydiyyatı ləğv edilsin və ********** saylı çıxarış etibarsız hesab edilsin. İmişli şəhəri Həzi Aslanov küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 Qüdrət qızının adma mülkiyyət hüququ əsasında qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət reyestrinə dair xx.xx.2024-ci il tarixli, **********12-21/50 saylı reyestr ləğv edilsin və çıxarış etibarsız hesab edilsin. İmişli şəhəri Həzi Aslanov küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 Qüdrət qızı tərəfindən ilkin vəziyyətinə qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkil iddia ərizəsini və ona əlavə edilmiş matrialların geri qaytarılması barədə ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəf iddia ərizəsini və ona əlavə edilmiş materialların geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.9, 152.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və İmişli Bələdiyyəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi və bələdiyyə ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu (qəbz nömrəsi **********) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar