Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1275/2021 23.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X8 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7300 (yeddi min üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2017-ci ilin may ayında İmişli mal bazarında Cavabdeh Rusiya cinsli inək satdığını görüb həmin inəklərin nə qədər süd verdiyini soruşmuş və Cavabdeh inəklərin 35 litr süd verdiyini bildirmişdir. 24 aprel 2017-ci tarixdə Cavabdeh yaşadığı evə gedib yanında balası olan iki baş Rusiya cinsli iri buynuzlu inəkləri alıb evinə gətirmiş və əvəzində Cavabdeh cəmi dəyəri 5200 manat olan 8 baş yerli mal-qara və 2100 manat nağd pul vermişdir. Sonradan məlum olmuşdu ki, cavabdehdən aldığı 2 baş balalı cins inəyin biri ayağa qalxa bilmir, digər inək isə lazimi keyfiyyətli süd vermir. O, cavabdehə zəng edərək ondan aldığı Rusiya cinsli inəklərin xoşuna gəlmədiyini bildirmiş cavabdeh isə inəyin birini bazarda satacağını digərini isə sonra gəlib götürəcəyini bildirmişdir. Cavabdeh inəklərdən birini aparıb bazarda satmış digərini evinə gətirməyini xahiş etmiş və o da həmin xəstə inəyi cavabdehin evinə apamışdır. Azər ona Rusiyadan cins inəklər gətirəcəyini həmin cins inəklərdən ona verəcəyini bildirmişdir. 15 iyun 2017-ci ildə Azər ona zəng edərək Rusiyadan cins inəklər gətirdiyini və gəlib həmin inəkləri götürməsini istəmişdir. Lakin cavabdehin gətirdiyi inəklərə baxarkən Azər ona götürəcəyi inəklər üçün əlavə pul verilməli olduğunu bildirmiş o da bu təkliflə razılaşmamışdır. Azərin ona borclu olduğu 7300 manat məbləğində pulu qaytamasını tələb etmiş, lakin Azər pulu geri qaytarmaqdan imtina etmişdir. Hazırda o, cavabdehə verdiyi pulunu geri ala bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 izahatında göstərmişdir ki, oğlu Cavabdeh Rusiya Federasiyasından iribuynuzlu heyvan (inək) alıb gətirərək satır. O Rusiya Federasiyasından gətirmiş olduğu iribuynuzlu heyvanlardan (inək) iki baş, yanında balası olan inəyin hər birini İddiaçı 3600 manata satmış, əvəzində İddiaçı 8 baş iri buynuzlu heyvan( inək və dananı) alıb, onun razılığı ilə 5400 manata bazarda satmış, əlavə olaraq İddiaçı ona 200 manat pul vermişdir. X6 həmçinin izahatında bildirmişdir ki, İddiaçı oğlu, Cavabdeh almış olduğu heyvanları onun həyətində sağıb, bəyənərək aparmışdır. Apardıqdan sonra isə zəng edərək almış olduğu heyvanlardan birinin ayağa qalxa bilmədiyini bildirmişdir. Oğlu Cavabdeh isə heyvanları qaytarmasını, həmin heyvanları satdıqdan sonra isə ona pulunu və ya əvəzində başqa heyvan verəcəyini bildirmiş, İddiaçı də onunla razılaşaraq heyvanları oğluna qaytarmışdır. Qafarov Yəhya əlavə olaraq qeyd etmişdir ki, oğlu Cavabdeh Rusiya Federasiyasından iribuynuzlu heyvan gətirmiş və İddiaçı zəng edərək heyvanlara baxmasını və inəyini seçib götürməsini bildirmiş, İddiaçı heyvanlara baxmışdır. Azər ona əlavə olaraq 1400 manat pul verməli olduğunu dedikdə isə bununla razılaşmayaraq pulunu geri qaytarmasını tələb etmişdir. Hazırda Azərin iddiaçıya qaytarmağa pulu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Cavabdeh İmişli mal bazarında onun yanında İddiaçı 8 baş yerli mal-qara və 2100 manat nağd pul qarşılığında yanında balası olan iki baş rus cinsi inəyi vermişdir. Sonradan bilmişdir ki, Azərin İsmayıla satmış olduğu heyvanlar xəstə olduğu üçün İsmayıl heyvanları Azərə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 işin hallarına dair şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılan halarından müəyyən olunmuşdur ki, Cavabdeh aralarında bağlanmış şifahi razılaşmaya əsasən İddiaçı yanı balalı rus cinsli iki baş iribuynuzlu heyvan verməyi, İddiaçı isə həmin heyvanların qarşılığında ümumi dəyəri 5200 manat olan 8 baş iribuynuzlu heyvan və 2100 manat məbləğində pul vəsaiti verməyi öhdəsinə götürmüş, sonradan İddiaçı heyvanları Cavabdeh qaytarsa da Cavabdeh heyvanların dəyərini İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunun normasından görünür ki, işdə iştirak edən şəxslərin izahatları və şahidlərin ifadələri sübut növlərindən biridir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X7 iddia tələbinin əsası kimi istinad edilən halların həqiqiliyinə dalələt verən ifadələr vermişdir ki, bu da iddia tələbinin təsdiq olunmasına əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7300 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7300 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu, cəmi 7330 (yeddi min üç yüz otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1275/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1275/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver