Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1299/2021 28.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi ” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanan 25 dekabr 2019-cu il tarixli, 56-19-23-107744 saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, Cavabdeh 675.82 manat əsas, 2.25 manat faiz olmaqla, ümumilikdə, 678.07 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (borclu) Cavabdeh həmin sadələşdirimiş icraat qaydasına olan ərizəyə yazılı etiraz edərək həmin ərizənin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(036)- 1299/2021 saylı qərardadı ilə ərizəyə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 yanvar 2015-ci il tarixli, K-2207 saylı müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə 2467 manat dəyərində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "xxxx" ASC arasında 679.34 manat həcmində, 60 ay (12 ay güzəşt olunmaqla) müddətinə illik 1% olmaqla 25 dekabr 2019-cu il tarixli, 56- 19-23-107744 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh tərəfindən 25 dekabr 2019-cu il tarixli, 56-19-23-107744 saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər icra edilməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır. Nəticədə baxılan işlə əlaqədar məhkəməyə müraciət olunmuşdur. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" ASC-yə olan borcunu maddi imkanının olmaması səbəbindən ödəyə bilmir. O, banka hər ay 10 manat ödəyə bilər, bundan artıq ödəniş etmək iqtidarında deyildir. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, 56-19-23-107744 saylı kredit müqaviləsinə əsasən tərəflər illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 679.34 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan 11 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 dekabr 2019-cu il tarixli, 56-19-23-107744 kredit müqaviləsi üzrə 675.82 manat əsas və 2.25 manat faiz borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh 25 dekabr 2019-cu il tarixli, 56-19-23-107744 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, 25 dekabr 2019-cu il tarixli, 56-19-23-107744 saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv edilməli və həmin müqavilə üzrə Cavabdeh 675.82 manat əsas, 2.25 manat faiz olmaqla, ümumilikdə, 678.07 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, 56- 19-23-107744 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 675.82 manat əsas, 2.25 manat faiz olmaqla, ümumilikdə, 678.07 (altı yüz yetmiş səkkiz manat yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1299/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1299/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver