Məhkəmə qərarları › İş №2(036)-1303/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1303/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1303/2021 07.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı ASC (əvvəlki adı «xxxx» İKB ASC) tərəfindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 23 sentyabr 2019cu il tarixli, 24-MZ-1-0-645-19 saylı kredit müqaviləsi üzrə 4955,46 manat əsas borcun, 592,94 manat faiz borcun, 48,13 manat cərimənin, ümumilikdə cəmi 5596,53 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 qızına illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 23 sentyabr 2019-cu il tarixli 24-MZ-1-0-645-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışlar. 16 aprel 2021-dək Cavabdeh1 banka 23 sentyabr 2019-cu il tarixli, 24-MZ-1- 0-645-19 saylı kredit müqaviləsi üzrə 4955,46 manat əsas borc, 592,94 manat faiz borc, 48,13 manat cərimə, ümumilikdə cəmi 5596,53 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı «xxxx» İKB ASC-nin nümayəndəsi İsa Hacıyev məhkəməyə teleqram ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor «xxxx» İKB ASC ilə borcalan Cavabdeh1 qızı arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 24-MZ-1-0-645-19 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 sentyabr 2019-cu il tarixli, 24-MZ-1-0-645-19 saylı kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməkdən boyun qaçırmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdən görünür ki, İddiaçı ASC ilə cavabdeh X1 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 24-MZ-1-0-645-19 saylı kredit müqaviləsinin şərtləri borcalan Cavabdeh1 tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, həmin müqavilə ləğv edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 sentyabr 2019-cu il tarixli, 24-MZ-1-0-645-19 saylı kredit müqaviləsi üzrə 4955,46 manat əsas borc, 592,94 manat faiz borc, 48,13 manat cərimə, ümumilikdə cəmi 5596,53 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 sentyabr 2019-cu il tarixli, 24-MZ-1-0-645-19 saylı kredit müqaviləsi üzrə 4955,46 manat əsas borc, 592,94 manat faiz borc, 48,13 manat cərimə və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə cəmi 5626,53 (beş min altı yüz iyirmi altı manat əlli üç qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. «xxxx» İKB ASC ilə Cavabdeh1 qızı arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar