Məhkəmə qərarları › İş №2(036)-133/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-133/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-133/2025 21.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şıralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsini satmaq məqsədilə 7000 (yeddi min) ABŞ dolları (indiki Azərbaycan manatına olan məzənnə ilə 11900) manat məbləğində pulun və ödədiyi 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tanışı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Bələdiyyəsindən 15 dekabr 2006-cı il tarixli 49 saylı qərarı ilə aldığı 200 kv.m torpaq sahəsini dostu X2 2012-ci ilin aprel ayında 7000 ABŞ dollarına satmağa razılaşmışdılar. Həmin torpaq sahəsindən Rövşənlə o, şərik istifadə edəcəkdik. Ona görə 27 aprel 2012-ci il tarixdə 7000 dollar pulu o, Cavabdeh vermiş və o da ona torpağa dair sənədləri və qəbz-öhdəlik yazıb imzalayıb verdi. Öhdəlikdə yazırdı ki, “torpaq sahəsi satmağa görə İddiaçı ona 7000 ABŞ dolları pulu təqdim edib. Gələcəkdə torpağın istifadəsində və sənədləşdirilməsində problem yaranarsa, cavabdehlik daşıyır və həmin məbləği, yəni 7000 dolları geri qaytarmağı öhdəsinə götürür”. Bundan əlavə, Şirzad Rövşənə etibarnamə də vermişdir ki, torpaq sahəsinin üzərində sərəncam verə bilər. Cavabdeh 1 il bundan əvvələdək söz verirdi ki, torpaq sahəsinə çıxarış almağa çalışır və mülkiyyət sənədi alandan sonra alqı-satqını notariusda sənədləşdirəcəkdir. 2023-cü ilədək cavabdeh torpaq sahəsini sənədləşdirə bilməmiş və torpaq sahəsini almağı baş tutmamışdır. O da 1 il bundan əvvəl cavabdehə demişdir ki, onun pulunu qaytar. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmadı. O, pulunun qaytarılması üçün polis şöbəsinə də müraciət etmiş, ona bildiriblər ki, mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlisən. Cavabdeh onu aldatmaqla ona 7000 ABŞ dolları (indiki Azərbaycan manatına olan məzənnə ilə 11900 manat) ki, cavabdeh onun 7000 ABŞ dolları pulunu qanunsuz olaraq 12 (on iki) il ərzində onun təqsirindən alqı-satqı baş tutmamışdır. X7 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh torpaq sahəsinin əvəzi olaraq ödədiyi 4000 (dörd min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, Pirşağıda 2 sot torpaq sahəsini Bəxtiyara satmışdır. Həmin ərazidən yol çəkildiyi üçün ora plana düşmüş, torpaq sahəsinə görə heç bir kompensasiya ödənilmədən dövlət tərəfindən yol çəkilmişdir. Həmin torpaq sahəsinə görə əl yazmasında göstərilən 7000 ABŞ dolları ona ödənilməmişdir. Həmin əlyazmazdakı imza ona məxsus olsa da, oxumadan notariat ofisinin qarşısında imza etmişdir. Bəxtiyar torpaq sahəsinə görə ona yalnız 4000 manat məbləğində vermişdir. 4000 manat məbləğində pulun ona verilməsini qəbul edir. Məhkəmə iclasında maraqlı şəxs X7 bildirmişdir ki, Bəxtiyar onun tələbə yoldaşıdır. Bəxtiyar ona demişdir ki, Pirşağıda 2 sot torpaq sahəsi satılır. Həmin şəxs onun yerlisidir. Həmin yerə baxaq xoşun gəlsə, alaq. O da onunla həmin əraziyə gedib baxmış və xoşuna gəlmişdir. Həmin vaxt Şirzadla orada görüşmüşdür. Bundan sonra onlar aralarında 7000 ABŞ dollar məbləğində razılığa gəlmişlər. Yarısı onun, yarısı isə iddiaçıya payına düşürdü. O, pulu iddiaçıya vermişdir. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış öhdəlikdən görünür ki, “Cavabdeh bildirirəmki, həqiqətən Sabunçu rayon Pirşağı bələdiyyəsindən 15 dekabr 2006-cı il 49 saylı qərarla aldığı 200 m2 torpaq sahəsini X2 7000 (yeddi min) ABŞ dollarına satmışam. Həmən məbləği, yəni 7000 (yeddi min) ABŞ dollarını mənə X1 təqdim edib. Aramızda borc qalmayıb. Gələcəkdə torpağın istifadəsində və sənədləşdirməsində problem yaranarsa cavabdehlik daşıyıram və həmin məbləği yəni 7000 (yeddi min) dolları geri qaytarmağı öhdəmə götürürəm.” İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 077-11848Q nömrəli məktubu ilə iddiaçı bildirilmişdir ki, ərizədə göstərilənlər mülki xarakter daşıdığı və polisin səlahiyyətli çərçivəsindən kənar olduğu üçün bu barədə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. İş materiallarında olan yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün 697836 nömrəli qəbzdən görünür ki, Cavabdeh torpaq vergisi üçün 2012-2013-cü il tarixdə bələdiyyənin hesabına 2.40 (iki manat qırx qəpik) manat ödəniş etmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon Pirşağı Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli 49 saylı qərardan görünür ki, Pirşağı qəsəbəsi, yol ayrıcında yerləşən 200 kv.m torpaq sahəsini sənədləşdirmək üçün, torpaq məcəlləsinin 54-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilsin, İmişli şəhəri, Araz küçəsi, ev 120-də qeydiyyatda olan Cavabdeh mülkiyyətinə verilsin. Cavabdeh ilə torpağın satın alınmasına dair müvafiq qaydada akt tərtib olunsun və torpağın dəyəri (manatla) vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsi təmin olunsun. Vətəndaş Azərbaycan Respublikası Torpaq məcəlləsinin 66, 67-ci maddələrinə uyğun olaraq Bakı şəhər torpaq şöbəsindən rəsmi sənəd aldıqdan sonra tikinti işləri aparmalıdır. Evin layihəsi və tikinti işləri xüsusi razılığı olan fiziki və hüquqi şəxslər tərəfindən icra olsunsun. Kommunal xidmətlərin təşkili və icrası məqsədi ilə əlaqədar olaraq vətəndaş aidiyyatı təşkilatlar ilə iki tərəfli müqavilə bağlasın. Bələdiyyənin Vergi və ödənişlər şöbəsinə tapşırılsın ki, mülkiyyətçinin torpaq və əmlak vergisinə cəlb olunmasını təmin etsin. Ayrılmış torpaq sahəsində tikintinin layihə üzrə aparılmasına və torpağın məqsədli təyinatına görə istifadə olunmasına nəzarət bələdiyyənin Yerli iqtisadi inkişaf komissiyasına tapşırılsın. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-245/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki ictimai dövlət ehtiyacları üçün alınmış 200 kv.m torpaq sahəsini eyni həcmdəki əvəzinin ödənilməsinin cavabdehin üzərinə vəzifə qoyulma barədə iddia ərizəsi geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh torpaq vergisi üçün Pirşağı bələdiyyəsinin hesabına 544 (beş yüz qırx dörd) manat ödəniş etmişdir. İş materiallarında olan İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 2557 saylı arayışından görünür ki, Cavabdeh İmişli şəhəri, Araz küçəsi, ev 120-də yaşayır. İş materiallarında olan İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 2557 saylı arayışından görünür ki, İddiaçı İmişli şəhəri, Araz küçəsi, ev 8-də yaşayır. İş materiallarında olan Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Cavabdeh satdığı torpağın əvəzinə 4000 manat pul almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Bələdiyyəsindən 15 dekabr 2006-cı il tarixli 49 saylı qərarı ilə cavabdehə ayrılmış torpaq sahəsinin əvəzində 4000 manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin sonradan iddiaçı torpaq sahəsindən istifadə edə bilməmiş, torpaq sahəsi dövlət ehtiyacları üçün istfadə edilmişdir. Bundan sonra iddiaçı həmin məbləği cavabdehdən tələb etsə də, cavabdeh tərəfindən pulun iddiaçıya qaytarılmasından imtina edilmişdir. İşin faktiki halı iş materialları, tərəflərin izahatları, o cümlədən cavabdehin məhkəmədə verdiyi etiraf bağlı izahatı və ərizəsi ilə öz təsdini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin yaranması əsaslarından biri də əsassız varlanmadır. Nə qədər ki, məhkəmədə Cavabdeh əsassız varlanma faktı müəyyən edilmişdir, onun bu günə iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbində 4000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, həmçinin cavabdeh iddia tələbini etiraf etdiyi üçün iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 4126 (dörd min yüz iyirmi altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 241.1 və 241.4-cü maddələrinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 233, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 4126 (dörd min yüz iyirmi altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar