Məhkəmə qərarları › İş №2(036)-1330/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1330/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1330/2021 13.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - İddiaçı QSC) cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada 28R000004417 saylı kredit razılaşması üzrə 1737,45 manat məbləğində kredit borcu, 497,64 manat məbləğində faiz borcu və 173,60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2408,69 manat məbləğində borcun, 28KK********** saylı kredit razılaşması üzrə 495,94 manat məbləğində kredit borcu, 85,37 manat məbləğində faiz borcu və 461,71 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1043,02 manat məbləğində borcun, ümumilikdə 3451,71 (üç min dörd yüz əlli bir manat yetmiş bir qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSCnin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli, 2(036)-1610/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh (borclu) Cavabdeh həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(036)-9469/2016 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 03 fevral 2014-cü il tarixli, 28R000004417 saylı kredit müqaviləsi əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 2,4167% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və ödəniş planı üzrə 03 fevral 2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, kredit müqaviləsi üzrə götürdüyü kreditdən 1262,55 manat qaytarmış və onun kreditora 1737,45 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinə əsasən kreditin verildiyi tarixdən onun tam qaytarıldığı tarixədək kreditdən istifadə üçün faiz hesablanır. Faiz kreditin qalıq məbləği üzrə hər gün üçün müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu kreditora qaytarmadığı üçün 25 yanvar 2016-cı il tarixə 356 gün üçün hesablanmış faiz borcu 497,64 manat təşkil edir. Bundan başqa, Cavabdeh ilə bağlanan 18 fevral 2014-cü il tarixli, 28KK********** saylı kredit müqaviləsi əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 2,5833% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 500 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və ödəniş planı üzrə 03 fevral 2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, kredit müqaviləsi üzrə götürdüyü kreditdən 4,06 manat qaytarmış və onun kreditora 495,94 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinə əsasən kreditin verildiyi tarixdən onun tam qaytarıldığı tarixədək kreditdən istifadə üçün faiz hesablanır. O, kredit borcunu kreditora qaytarmadığı üçün 25 yanvar 2016-cı il tarixə 341 gün üçün hesablanmış faiz borcu 85,37 manat təşkil edir. Kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədilə borclular Zamin1, Zamin2 və Zamin3 zaminlik müqaviləsinə əsasən kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar, həmin zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün kreditor qarşısında borclu Cavabdeh ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 teleqramma ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alıb, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; 03 fevral 2014-cü il tarixli, 28R000004417 saylı kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. 18 fevral 2014-cü il tarixli, 28KK********** saylı kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. 26 yanvar 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı QSC-yə olan 1737,45 manat məbləğində əsas borcu, 497,64 manat məbləğində faiz borcu və 173,60 manat məbləğində cərimə borcu olmaqla, cəmi borcu 2408.69 manat təşkil edir. 26 yanvar 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı QSC-yə olan 495,94 manat məbləğində əsas borcu, 85,37 manat məbləğində faiz borcu və 461,71 manat məbləğində cərimə borcu olmaqla, cəmi borcu 1043,02 manat təşkil edir. Zaminlik müqavilələrindən görünür ki, həmin müqaviləyə əsasən cavabdehlər Zamin1, Zamin2 və Zamin3 003 fevral 2014-cü il tarixli, 28R000004417 saylı və 18 fevral 2014-cü il tarixli, 28KK********** saylı kredit razılaşmaları üzrə Cavabdeh öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 173,60 manat və 461,71 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulları tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq hər iki müqavilə üzrə 10 manat olmaqla, cəmi 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, məhkəmə əmrinə etiraz etmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və öz etirazlarının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərə aid edilməlidir. Məhkəmə hesab edir ki, mülki işə iddia icraatı qaydasında yenidən baxılması ilə yanaşı iddianın qiymətinin 500 manatdan çox olması nəzərə alınmaqla “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq cavabdehdən əlavə olaraq 10 manat məbləğində pul tutulub dövlət nəfinə ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada 28R000004417 saylı kredit razılaşması üzrə 1737,45 manat məbləğində əsas borc, 497,64 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2245,09 manat məbləğində borcun, 28KK********** saylı kredit razılaşması üzrə 495,94 manat məbləğində əsas borc, 85,37 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 591,31 manat məbləğində borcun, ümumilikdə 2836,4 (iki min səkkiz yüz otuz altı manat qırx qəpik) manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə və əlavə olaraq 10 manat məbləğində pul tutulub dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada 28R000004417 saylı kredit razılaşması üzrə 1737,45 manat məbləğində əsas borc, 497,64 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2245,09 manat məbləğində borcun, 28KK********** saylı kredit razılaşması üzrə 495,94 manat məbləğində əsas borc, 85,37 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 591,31 manat məbləğində borcun, ümumilikdə 2836,4 (iki min səkkiz yüz otuz altı manat qırx qəpik) manat məbləğində borc tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada 10 (on) manat məbləğində pul tutulub dövlət nəfinə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar