Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1336/2021 21.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış WDP-000683 saylı, 17 avqust 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 1400 (min dörd yüz) AZN məbləği olmaqla, 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2241 (iki min iki yüz qırx bir) AZN məbləği olan 1 (bir) ədəd “Nilufər” yataq dəsti satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd “Nilufər” yataq dəsti dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 125 (yüz iyirmi beş) AZN məbləğində pulu hissə-hissə ödəməyi, eləcə də, ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, "xxxx" MMC ilə "xxxx" MMC arasında R-12/19 saylı, 15 fevral 2019-cu il tarixli faktorinq müqaviləsi bağlanmışdır. Faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı 2241 (iki min iki yüz qırx bir) AZN məbləği həddində tələb hüququ "xxxx" MMC-yə güzəşt edilmişdir. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 357.55 (üç yüz əlli yeddi, əlli beş) AZN məbləğində əsas borcu, 53.63 (əlli üç, altmış üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 411.18 (dörd yüz on bir, on səkkiz) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 357.55 (üç yüz əlli yeddi, əlli beş) AZN məbləğində əsas borcun, 53.63 (əlli üç, altmış üç) AZN məbləğində cərimə borcunun, ümumilikdə 411.18 (dörd yüz on bir, on səkkiz) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış WDP-000683 saylı, 17 avqust 2019-cu il tarixli “Nisyə alğısatqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2241 (iki min iki yüz qırx bir) AZN məbləği olan 1 (bir) ədəd “Nilufər” Yataq dəsti “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş 17 avqust 2019-cu il tarixli malın təhvil-təslim aktından görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2241 (iki min iki yüz qırx bir) AZN məbləği olan 1 (bir) ədəd “Nilufər” Yataq dəsti təhvil almışdır. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş WDP-000683 saylı, 17 avqust 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən (ödəniş cədvəli) görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2241 (iki min iki yüz qırx bir) AZN məbləği olan 1 (bir) ədəd «Nilufər” yataq dəsti dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 125 (yüz iyirmi beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış WDP-000683 saylı, 17 avqust 2019-cu il tarixli “Nisyə alğısatqı” müqaviləsindən görünür ki, müqavilənin 2.4.4-cü bəndinə əsasən “alıcı” ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış R-12/19 saylı, 15 fevral 2019-cu il tarixli “Faktorinq” müqaviləsinin surətindən görünür ki, “faktor” "xxxx" MMC “borclu” barəsində “müştəri” "xxxx" MMC-nin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış R-12/19 saylı, 15 fevral 2019-cu il tarixli “Faktorinq” müqaviləsinə əlavə olunan R-12/19-0049 saylı, 23 avqust 2019-cu il tarixli sazişin surətindən görünür ki, "xxxx" MMC-nin Cavabdeh qarşı 2241 (iki min iki yüz qırx bir) AZN məbləği həddində tələb hüququ "xxxx" MMC-yə güzəşt edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 02 aprel 2021-ci il tarixli hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun cəmiyyətə 357.55 (üç yüz əlli yeddi, əlli beş) AZN məbləğində əsas borcu, 53.63 (əlli üç, altmış üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 411.18 (dörd yüz on bir, on səkkiz) AZN məbləğində borcu mövcudur. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 15 aprel 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış WDP-000683 saylı, 17 avqust 2019-cu il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən “satıcı” "xxxx" MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə ümumi dəyəri 2241 (iki min iki yüz qırx bir) AZN məbləği olan 1 (bir) ədəd “Nilufər” yataq dəsti “alıcı” Cavabdeh satılmış, “alıcı” Cavabdeh 1 (bir) ədəd “Nilufər” yataq dəsti dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 125 (yüz iyirmi beş) AZN məbləğində pulu hissə-hissə ödəməyi, eləcə də, ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış R-12/19 saylı, 15 fevral 2019-cu il tarixli “Faktorinq” müqaviləsinə və müqaviləyə əlavə olunan R-12/19-0049 saylı, 23 avqust 2019-cu il tarixli sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı 2241 (iki min iki yüz qırx bir) AZN məbləği həddində tələb hüququ "xxxx" MMC-yə güzəşt edilmişdir. Bundan başqa, Cavabdeh cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmiş, cəmiyyətə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmiş və onun “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyətə 357.55 (üç yüz əlli yeddi, əlli beş) AZN məbləğində əsas borcu, 53.63 (əlli üç, altmış üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 411.18 (dörd yüz on bir, on səkkiz) AZN məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 656-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, WDP- 000683 saylı, 17 avqust 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 357.55 (üç yüz əlli yeddi, əlli beş) AZN məbləğində əsas borc, 53.63 (əlli üç, altmış üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 411.18 (dörd yüz on bir, on səkkiz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 357.55 (üç yüz əlli yeddi, əlli beş) AZN məbləğində əsas borc, 53.63 (əlli üç, altmış üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 411.18 (dörd yüz on bir, on səkkiz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1336/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1336/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver