Məhkəmə qərarları › İş №2(036)-1339/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1339/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1339/2021 15.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdehnа qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə girov qoyulmuş, 1 ədəd 583 əyarlı 7.9 qram çəkidə sırğa, 1 ədəd 583 əyarlı 3 qram çəkidə qolbağı, 1 ədəd 750 əyarlı 4.9 qram çəkidə üzük, 1 ədəd 3,5 qram çəkidə üzük, 1 ədəd 400 əyarlı 2.8 qram çəkidə üzük və 2 ədəd 583 əyarlı 13.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarının olmadıqda isə onların dəyərinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, yaranmış maddi problemləri səbəbindən özünə məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymaqla faizlə borc pul götürmək məcburiyyətində qalmış və buna görə İmişli rayonu, H.Əliyev prospekti 111 ünvanında qızıl girov saxlamaqla kredit verən, fiziki şəxs Cavabdeh müraciət etmişdir. Müraciəti əsasında kreditor Cavabdeh ona götürəcəyi məbləğə uyğun olaraq qızıl griov qoymalı olduğunu bildirmişdir. Şərtlərə uyğun olaraq lazımı sənədləri və müxtəlif adda qızıl-zinət əşyalarını kreditora təqdim etmişdir. Belə ki, 15 mart 2018-ci il tarixdə onunla kreditor fiziki şəxs Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında ona aylıq 6% olmaqla 970 manat kredit verilmişdir. Bunun müqabilində də aralarında həmin tarixdə tərtib olunmuş girov müqaviləsi hesab olunan, ona məxsus qızıl-zinət əşyalarının girov alınmasını və saxlanmasını sübut edən girov aktı tərtib olunmuşdur. Həmin akta əsasən o, kredit götürən zaman 1 ədəd 583 əyarlı 7.9 qram çəkidə sırğa, 1 ədəd 583 əyarlı 3 qram çəkidə qolbağı, 1 ədəd 750 əyarlı 4.9 qram çəkidə üzük, 1 ədəd 3,5 qram çəkidə üzük, 1 ədəd 400 əyarlı 2.8 qram çəkidə üzük və 2 ədəd 583 əyarlı 13.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarını girov qoymuşdur. Aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyini vaxtı-vaxtında yerinə yetirərək, hər ay gecikdirmədən kredit ödənişlərini icra etmişdir. Kredit müqaviləsi üzrə müəyyən olunmuş son ödəniş tarixinə bütün borc öhdəliyini icra etməsinə və həmin vaxtdan xeuli müddət keçməsinə baxmayaraq, kreditor Cavabdeh müxtəlif bəhanələr gətirməklə girov saxladığı qızıl-zinət əşyalarını geri qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan kreditor Cavabdeh ilə borcalan İddiaçı arasında bağlanmış 15 mart 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı aylıq 6% olmaqla 970 manat kredit verilmişdir. İş materiallarında olan lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, kreditor Cavabdeh həmin aktı imzalayaraq borcalan İddiaçı tərəfindən girov qoyulmuş 1 ədəd 583 əyarlı 7.9 qram çəkidə sırğa, 1 ədəd 583 əyarlı 3 qram çəkidə qolbağı, 1 ədəd 750 əyarlı 4.9 qram çəkidə üzük, 1 ədəd 3,5 qram çəkidə üzük, 1 ədəd 400 əyarlı 2.8 qram çəkidə üzük və 2 ədəd 583 əyarlı 13.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarını təhvil almışdır. İşdə olan qızıl mütəxəssisi X1 verdiyi qiymətləndirmə cədvəlindən görünür ki, 1 ədəd 583 əyarlı 7.9 qram çəkidə sırğa 600 manat, 1 ədəd 583 əyarlı 3 qram çəkidə qolbağı 240 manat, 1 ədəd 750 əyarlı 4.9 qram çəkidə üzük 539 manat, 1 ədəd 3,5 qram çəkidə üzük 260 manat, 1 ədəd 400 əyarlı 2.8 qram çəkidə üzük 224 manat və 2 ədəd 583 əyarlı 13.1 qram çəkidə üzük 224 manat, ümumilikdə 2931 manat dəyərində qiymətləndirilir. İşdə olan 24 yanvar 2020-ci il tarixli, 128115 nömrəli kassa mədaxil orderindən görünür ki, borcalan İddiaçı həmin tarixdə kreditor Cavabdeh sonuncu dəfə 300 manat ödəniş etməklə 15 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. 294.2-ci maddəsinə görə Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. “Girov haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə girovqoyan və ya üçüncü şəxs saxlanc girovu ilə təmin olunmuş öhdəliyi icra etdikdən sonra saxlanc girovu predmetini təxirəsalmadan qaytarmaq girovsaxlayanın vəzifəsidir. Girovsaxlayan saxlanc girovu predmetinin itirilməsi, çatışmaması və ya zədələnməsi üçün bunda təqsiri olmadığını və ya qarşısıalınmaz qüvvə nəticəsində baş verməsini sübut etməzsə, qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanc girovunun predmetinin itirilmiş (çatışmayan) dəyəri miqdarında, saxlanc girovunun predmeti zədələndikdə isə zədələnmə nəticəsində saxlanc girovu predmetinin dəyərinin azaldığı miqdarda məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, borcalan İddiaçı kreditor Cavabdeh qarşısında girovla təmin edilmiş öhdəliyini tam icra etməsinə baxmayaraq girovsaxlayan Cavabdeh girov predmeti olan qızıl-zinət əşyalarından ibarət əmlakları girovqoyan İddiaçı qaytarmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu üzrə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 1 ədəd 583 əyarlı 7.9 qram çəkidə sırğa, 1 ədəd 583 əyarlı 3 qram çəkidə qolbağı, 1 ədəd 750 əyarlı 4.9 qram çəkidə üzük, 1 ədəd 3,5 qram çəkidə üzük, 1 ədəd 400 əyarlı 2.8 qram çəkidə üzük və 2 ədəd 583 əyarlı 13.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyaları, olmadıqda isə onların dəyəri kimi 2931 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1 ədəd 583 əyarlı 7.9 qram çəkidə sırğa, 1 ədəd 583 əyarlı 3 qram çəkidə qolbağı, 1 ədəd 750 əyarlı 4.9 qram çəkidə üzük, 1 ədəd 3,5 qram çəkidə üzük, 1 ədəd 400 əyarlı 2.8 qram çəkidə üzük və 2 ədəd 583 əyarlı 13.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyaları, olmadıqda isə onların dəyəri kimi 2931 (iki min doqquz yüz otuz bir) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar