Məhkəmə qərarları › İş №2(036)-1340/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1340/2020

06.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1340/2020 06.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi iddiaçının nümayəndəsi x1 və Cavabdeh iştirakları ilə, İddiaçı “İddiaçı» ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “İddiaçı» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2143,20 manat əsas borcun, 768,57 manat faiz borcunun, 185,27 manat cərimənin, cəmi 3097,04 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq “İddiaçı» ASC-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x1 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı“İddiaçı» ASC ilə Cavabdeh arasında bağlanmış 27.06.2018-ci il tarixli saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 23 % olmaqla 18 ay müddətinə 2250 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcunu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir. Belə ki, 2143,20 manat əsas borcu və 768,57 manat faiz borcunu qəbul edir. Lakin cərimə borcu həddindən artıq şişirdildiyi üçün cərimə borcunu qəbul etmir. Odur ki, bütün bunların nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Мящкямя иддиачынын нцмайяндясиni və cavabdehi динляйиб, ишя ялавя едилмиш сянядляри тядгиг едиб, сцбутлара обйектив, гярязсиз, щяртяряфли вя там бахараг беля щесаб едир ки, иддиа qismən тямин едилмялидир. Belə ki, işin materiallarında olan kreditor “İddiaçı» ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27.06.2018-ci il tarixli saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 23 % olmaqla 18 ay müddətinə 2250 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan 23.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.06.2018-ci il tarixli saylı kredit müqaviləsi üzrə “İddiaçı» ASC-yə olan əsas borcu 2143,20 manat, faiz borcu 768,57 manat, cərimə borcu 185,27 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh 27.06.2018-ci il tarixli saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 185,27 manat məbləğində dəbbə pulu tənasübsüz şəkildə yüksəkdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 27.06.2018-ci il tarixli saylı kredit müqaviləsi üzrə 2143,20 manat əsas borc, 768,57 manat faiz borcu, 50 manat cərimə və 30 manat məbləğində dövlət rüsumu, cəmi 2991.77 manat məbləğində pul tutulub iddiaçı “İddiaçı» ASC -nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 187 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27.06.2018-ci il tarixli saylı kredit müqaviləsi üzrə 2143,20 manat əsas borc, 768,57 manat faiz borcu, 50 manat cərimə və 30 manat məbləğində dövlət rüsumu, cəmi 2991.77 (iki min doqquz yüz doxsan bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul tutulub iddiaçı “İddiaçı» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar