Məhkəmə qərarları › İş №2(036)-1349/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1349/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1349/2025 12.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdeh X3 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 9400 (doqquz min dörd yüz) manat pulun onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Xəlfəli kənd sakini Cavabdeh ona məxsus İmişli rayonu, Xəlfəli kəndində yerləşən fərdi yaşayış evinə oğurluq məqsədilə daxil olmuş və həyat yoldaşı X1 məxsus qızıl və zinət əşyalarını oğurluq yolu ilə talamışdır. Hazırda istintaq yekunlaşaraq həmin cinayət işi baxılması üzrə İmişli Rayon Məhkəməsinə göndərilmişdir. O, özü ailədə tək işlədiyindən Rusiya Federasiyasının Dağıstan Respublikasında fəhlə kimi çalışmışdır. Oğurluq hadisəsindən xəbər tutduqdan sonra yəni xx.xx.2024-cü il tarixdən işini dayandırmaq məcburiyyətində qalaraq İmişli rayonu, Xəlfəli kəndinə ailəsinin yanına gəlmiş və hazırda burada qalmaq məcburiyyətindədir. Çünki, Cavabdeh mənzilinə gecə saat 02:00 radələrində oğurluq məqsədilə pəncərəni dəmir alətlə açaraq oraya daxil olmuşdur. Həmin vaxt həyat yoldaşı və 2 (iki) azyaşlı uşağı evdə olduğu üçün qorxu və həyəcan keçirmişlər. Hazırda burada qalmağının səbəbi yoldaşında tez-tez ürəkgetmə əlamətlərinin olmasıdır. Qeyd etdiyi kimi ailədə yeganə qazanc gətirən o, olduğundan cavabdehin qanunsuz əməlləri ucbatından artıq 4 (dörd) aydır ki, o, öz qazancından məhrum olmaq məcburiyyətində qalmışdır. Belə ki, onun RF Dağıstan Respublikasında aylıq məvacibi 122000 (yüz iyirmi iki min) rubl idi. Artıq 4 aydır işsiz qaldığını nəzərə aldıqda ona dəyən ziyanın məbləği 488000 (dörd yüz səksən səkkiz min) rubl, yəni milli valyuta dəyəri ilə 8296 (səkkiz min iki yüz doxsan altı) manat pul vasiti edir. Məcbur olub iki dəfə təyyarə bileti aldığını nəzərə alaraq Rusiya Federasiyasından Azərbaycana gəlmək üçün 1200 (bir min iki yüz) manat pul xərcləmişdir. Bununla da ümumi ziyanin məbləği 9496 (doqquz min dörd yüz doxsan altı) manat pul vəsaiti etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etdiyini bildirdi. İşin faktiki halları: İş materiallarında olan online biletlin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “Azal” hava yolu şirkətinin həyata keçirdiyi Mahaçkaladan Bakı şəhərinə olan J2- 8232 nömrəli uçuş xəttinə bilet almışdır. İş materiallarında olan online biletin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “Azimut” hava yolu şirkətinin həyata keçirdiyi Həştərxan Bakı şəhərinə olan A4- 4063 nömrəli uçuş xəttinə bilet almışdır. İş materiallarında olan “Aybilet.az” online təyyarə bileti satış platformasından çıxarışa əsasən Mahaçqala Bakı reysi üzrə təyyarə biletinin qiyməti 739 manat təşkil edir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 1(036)-28/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh 03 dekabr 2024-cü il tarixdə saat 02 radələrində İmişli rayonu, Xəlfəli kəndində yerləşən İddiaçı və X1 məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin yataq otağının plastik materialdan olan pəncərəsinin arasına dəmir materialdan olan bərk küt əşya saldıqdan sonra əli ilə pəncərəni geriyə basıb açmaqla qanunsuz olaraq evin yataq otağına daxil olmuş, daha sonra həmin otaqdakı saxlanc yeri hesab edilən əşya şkafının birinci rəfindəki stəkanın içərisindən Sevda Mikayılovaya məxsus sarı-qırmızımtıl rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf və yaşıl rəngli qaşları olan 583 əyarlı, 1,41 qram çəkidə, 127 manat dəyərində bir cüt qızıl sırğanı, sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan gül formalı ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 5,97 qram çəkidə, 537 manat dəyərində bir cüt qızıl sırğanı, sarıqırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 3,82 qram çəkidə, 344 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, sarı rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 585 əyarlı, 2,35 qram çəkidə, 211 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, sarı-gümüşü rəngli metaldan olmaqla, 585 əyarlı, 1,58 qram çəkidə, 142 manat dəyərində bir ədəd qızıl qolbağı, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 7,25 qram çəkidə, 652 manat dəyərində bir ədəd qızıl boyunbağını, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 8,99 qram çəkidə, 566 manat dəyərində altı parçaya ayrılmış qızıl boyunbağı hissələrini, sadə metaldan olmaqla, Həcc ziyarətindən gətirilmiş 10 manat dəyərində bir ədəd üzüyü və İddiaçı məxsus sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 2,77 qram çəkidə, 249 manat dəyərində bir ədəd qızıl kişi üzüyünü gizli yolla talayaraq, zərər çəkmiş X1 2589,0 manat və zərərçəkmiş şəxs İddiaçı 249,0 manat olmaqla, ümumilikdə 2838,0 (iki min səkkiz yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurub oğurluq etməkdə təqsirli bilinərək Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə İmişli rayonu, Xəlfəli kəndində anadan olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına əsasən: Qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən: “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarına əsasən: məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin 1(036)-28/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh 03 dekabr 2024-cü il tarixdə saat 02 radələrində İmişli rayonu, Xəlfəli kəndində yerləşən İddiaçı və X1 məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin yataq otağının plastik materialdan olan pəncərəsinin arasına dəmir materialdan olan bərk küt əşya saldıqdan sonra əli ilə pəncərəni geriyə basıb açmaqla qanunsuz olaraq evin yataq otağına daxil olmuş, daha sonra həmin otaqdakı saxlanc yeri hesab edilən əşya şkafının birinci rəfindəki stəkanın içərisindən Sevda Mikayılovaya məxsus sarı-qırmızımtıl rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf və yaşıl rəngli qaşları olan 583 əyarlı, 1,41 qram çəkidə, 127 manat dəyərində bir cüt qızıl sırğanı, sarıqırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan gül formalı ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 5,97 qram çəkidə, 537 manat dəyərində bir cüt qızıl sırğanı, sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 3,82 qram çəkidə, 344 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, sarı rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 585 əyarlı, 2,35 qram çəkidə, 211 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, sarı-gümüşü rəngli metaldan olmaqla, 585 əyarlı, 1,58 qram çəkidə, 142 manat dəyərində bir ədəd qızıl qolbağı, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 7,25 qram çəkidə, 652 manat dəyərində bir ədəd qızıl boyunbağını, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 8,99 qram çəkidə, 566 manat dəyərində altı parçaya ayrılmış qızıl boyunbağı hissələrini, sadə metaldan olmaqla, Həcc ziyarətindən gətirilmiş 10 manat dəyərində bir ədəd üzüyü və İddiaçı məxsus sarıqırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 2,77 qram çəkidə, 249 manat dəyərində bir ədəd qızıl kişi üzüyünü gizli yolla talayaraq, zərər çəkmiş X1 2589,0 manat və zərərçəkmiş şəxs İddiaçı 249,0 manat olmaqla, ümumilikdə 2838,0 (iki min səkkiz yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurub oğurluq etməkdə təqsirli bilinərək Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı Rusiya Federasiyasının Dağıstan Respublikasında fəhlə kimi çalışdığı, oğurluq hadisəsindən xəbər tutduqdan sonra, yəni xx.xx.2024-cü il tarixdən işini dayandıraraq İmişli rayonu, Xəlfəli kəndinə ailəsinin yanına gəldiyini, iki dəfə təyyarə bileti aldığını nəzərə alaraq Rusiya Federasiyasından Azərbaycana gəlmək üçün 1200 (bir min iki yüz) manat pul xərclədiyini, Dağıstan Respublikasında aylıq məvacibi 122000 (yüz iyirmi iki min) rubl olan işindən cavabdehin təqsirinə görə çıxdığını əsas gətirərək, ona 9400 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, Cavabdeh 03 dekabr 2024-cü il tarixdə saat 02 radələrində İmişli rayonu, Xəlfəli kəndində yerləşən İddiaçı və X1 məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayış evindən oğurluq etdikdən sonra yəni, İddiaçı xx.xx.2024-cü il tarixdə “Azal” hava yolu şirkətinin həyata keçirdiyi Mahaçkaladan Bakı şəhərinə olan J2-8232 nömrəli uçuş xəttinə bilet almışdır. İş materiallarında olan “Aybilet.az” online təyyarə bileti satış platformasından çıxarışa əsasən Mahaçqala Bakı reysi üzrə təyyarə biletinin qiyməti 739 manat təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh əməli ilə İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gəlməsi arasında səbəbli əlaqə olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. İddiaçı xx.xx.2024cü il tarixdə Bakıya gəlmək üçün təyyarə biletinin dəyəri olan 739 manat pul vəsaiti cavabdehdə tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Azimut” hava yolu şirkətinin həyata keçirdiyi Həştərxan Bakı şəhərinə olan A4-4063 nömrəli uçuş xəttinə bilet alması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa, iddiaçının Dağıstan Respublikasında aylıq məvacibinin 122000 (yüz iyirmi iki min) rubl olması, 4 aydır işsiz qalması ilə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 739 (yeddi yüz otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 739 (yeddi yüz otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar