Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-138/2025 16.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əşyaların mənzildən və həyətindən çıxarılması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "əşyaların mənzildən və həyətindən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Teyyub qızının şəxsi cehiz əmlaklarını İmişli şəhəri, Araz küçəsi 22 saylı ünvanda yerləşən, sahibliyində və istifadəsində olan yaşayış evindən və həyətindən çıxarmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: onunla bir evdə yaşayan kiçik qardaşı X1 Təranə Teyyub qızı ilə bir neçə il əvvəl qeyri-rəsmi evlənib müvəqqəti olaraq cehiz əşyalarını onun evinin bir otağına yığmışdır. 2023-cü ilin yayında Cavabdeh onun qardaşından ayrılıb İmişli rayonu, Cavadxanlı kəndinə gedib orada ata evində qeydiyyatda olmaqla yaşayır. Cavabdeh onun ailə üzvü olmamaqla evində qeydiyyatda deyildir və bu evdə yaşamaq hüququ yoxdur. Bununla belə, cavabdeh cehizinin bir hissəsini aparsa da, cehizinin qalan hissəsini-mebel-yataq əşyalarını onun evinin bir otağına yığıb saxlayır. O, öz evinin həmin otağına girib istifadə edə bilmir. Halbuki otaqda yanğın və sair arzuolunmaz hadisələr baş verə bilər. O, müharibə veteranıdır. Evdə 3 (üç) qardaş yaşayır və onun əmlakını saxlamağa borclu və onları qoruyub saxlamağı mümkün deyil. Cavabdeh Teyyub qızı onun sahiblik etdiyi evdən normal istifadə etməyinə maneə yaradır. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq evinizi boşaltmayacağını deyir. Sonuncu dəfə o, cavabdehə rəsmi xəbərdarlıq göndərmiş, xəbərdarlıq məktubunun surətini və poçt qəbzini ərizəyə əlavə edir. Həmin əmlaklar aşağıdakılardır: Şifaner-300 manat dəyirində, bufet-250 manat dəyərində, yataq mebeli 200 manat dəyərində, soyuducu-400 manat dəyərində, qaz peçi-50 manat dəyərində, stol 1 ədəd - stul 6 ədəd 200 manat dəyərində və 2 (iki) ədəd xalça 200 manat dəyərində-cəmi 1600 manat dəyərində. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir Cavabdehin əmlakını onların yaşayış evindən çıxarmaması, 1 otağı bağlı saxlaması onların mənzil hüququnu pozur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək istifadəsində olan İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus 200 manat dəyərində 1 ədəd divan, 100 manat dəyərində 2 ədəd kreslo,100 manat dəyərində güzgülü kamod, 100 manat dəyərində taxt, 100 manat dəyərində yataq, 20 manat dəyərində televizor altı, 20 manat dəyərində jurnal stolu,60 manat dəyərində 6 yastıq,30 manat dəyərində 6 döşəkçə, 80 manat dəyərində 4 yorğan, 20 manat dəyərində 2 yay yorğanı, 80 manat dəyərində 4 döşək, 400 manat dəyərində 2 xalça, 10 manat dəyərində gəlincik, 20 manat dəyərində divar saatı, 30 manat dəyərində 6 qırmızı qazan dəsti, 20 manat dəyərində qara qazan dəsti, 10 manat dəyərində 1 adyal, 50 manat dəyərində 16 armudu stəkan, 25 manat dəyərində 1 subnik və 6 stəkanı, 5 manat dəyərində göy rəngli qənd qabı, 25 manat dəyərində qara rəngli çay servizi, 25 manat dəyərində 5 ağ fincan-nəlbəki, 10 manat dəyərində 2 su qabı, 24 manat dəyərində 12 kofe fincanı, 20 manat dəyərində bakal dəsti, 20 manat dəyərində 2 qara vaza, 20 manat dəyərində 2 şüşə vaza, 30 manat dəyərində 6 konfet qabı, 30 manat dəyərində 6 kasa, 30 manat dəyərində 6 kül qabı, 60 manat dəyərində 12 bulud boşqabı, 40 manat dəyərində 8 sarı rəngli tum qabı,24 manat dəyərində 12 duz qabı, 30 manat dəyərində 6 ayaqlı kasa, 24 manat dəyərində 12 balaca nəlbəki, 80 manat dəyərində 16 xrustal bakal, 30 manat dəyərində 6 ağ kofe dəsti, 12 manat dəyərində 24 xörək qaşığı, 10 manat dəyərində 2 çömçə, 10 manat dəyərində güllü qaşıq dəsti, 12 manat dəyərində 12 pendir bıçağı, 45 manat dəyərində 15 kabab boşqabı, 40 manat dəyərində 4 karniz, 40 manat dəyərində 4 pərdə, 15 manat dəyərində 3 güldan, 20 manat dəyərində 2 qəhvədan, 20 manat dəyərində ütü masası, 10 manat dəyərində 1 ağ güldan, 20 manat dəyərində 2 çaynik,5 manat dəyərində 1 çuğun vedrə,10 manat dəyərində 2 tava və 20 manat dəyərində 1 ədəd elektrik samovarının çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşdə olan JN-715 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Otuziki kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.94 ha torpaq sahəsi İddiaçı, X19, X10, İddiaçı, X9, X7, X15, X8, X11, X4, X25, X20 və X16 ümumi mülkiyyətinə verilmişdir. - 061313 vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanda yaşayır. - İmişli RİHB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2324 saylı arayışdan görünür ki, X3 şəhəri, Araz küçəsi 122 saylı ünvanda yaşayır. - İmişli RİHB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2323 saylı arayışdan görünür ki, İddiaçı İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanda yaşayır. - İmişli RİHB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanda yaşayır. - “Azemis” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh yaşayı yeri İmişli rayonu, Qaralar Ərazi Dairəsi, Cavadxanlı kəndi ünvanıdır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 10 (on) gün müddətinə gəlib əmlakını ona evdən aparmasını, əks halda həmin əmlakın salamat saxlanılmasına cavabdeh deyildir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İmişli RİHB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2323 saylı arayışına əsasən İddiaçı İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanda yaşayır. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən də görünür ki, İddiaçı İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanda yaşayır. İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanda yaşayır Hazırki iş üzrə cavabdehin X2nun həyat yoldaşı olmuşdur. X2 Cavabdeh Teyyub qızı ilə bir neçə il əvvəl qeyri-rəsmi evlənib müvəqqəti olaraq cehiz əşyalarını onun evinin bir otağına yığmışdır. 2023-cü ilin yayında Cavabdeh onun qardaşından ayrılmışdır. İmişli rayonu, Cavadxanlı kəndinə gedib orada ata evində qeydiyyatda olmaqla yaşayır. İmişli RİHB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanda yaşamır. “Azemis” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh yaşayı yeri İmişli rayonu, Qaralar Ərazi Dairəsi, Cavadxanlı kəndi ünvanıdır. Buna baxmayaraq cavabdeh cehizinin bir hissəsini aparsa da, cehizinin qalan hissəsini-mebel-yataq əşyalarını iddiaçı yaşadığı evinin bir otağına yığıb saxlayır. Hazırda iddiaçının istifadə hüququ məhdudlaşdırır. Məhkəmə qeyd edir ki, evdən çıxarılması tələb edilən əşyaların cavabehə məxsus olması işin mübahisəsiz halıdır və tərəflər arasında bu məqamla bağlı mübahisə yoxdur. Cavabdehə məxsus əşyaların heç bir hüquqi əsas olmadan iddiaçının yaşadığı İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanında yerləşən fərdi yaşayış evində qalması iddiaçının həmin evdən istifadə hüququnun məhdudlaşmasına səbəb olur. Həmçinin, cavabdeh tərəfindən iddiaçının yaşadığı İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanında yerləşən fərdi yaşayış evinə hər hansı subyektiv hüququnun olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununa əsasən: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar 5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdrıması zamanı İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının sahibliyində olması, həmin evdən istifadə hüququnun olması və orada yaşaması müəyyən edilmişdir. Bunun əksinə cavabdehin tərəfindən iddiaçının yaşadığı İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanında yerləşən fərdi yaşayış evinə və ya əşyalarının orada yerləşdirilməsinə dair hər hansı subyektiv hüququnun olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Cavabdehə məxsus əşyaların heç bir hüquqi əsas olmadan iddiaçının yaşadığı İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanında yerləşən fərdi yaşayış evində qalması iddiaçının həmin evdən istifadə hüququnun məhdudlaşmasına səbəb olduğundan məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddiaçı müharibə veteranı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 100 (yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı istifadəsində olan, İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus 200 manat dəyərində 1 ədəd divan, 100 manat dəyərində 2 ədəd kreslo,100 manat dəyərində güzgülü kamod, 100 manat dəyərində taxt, 100 manat dəyərində yataq, 20 manat dəyərində televizor altı, 20 manat dəyərində jurnal stolu,60 manat dəyərində 6 yastıq,30 manat dəyərində 6 döşəkçə, 80 manat dəyərində 4 yorğan, 20 manat dəyərində 2 yay yorğanı, 80 manat dəyərində 4 döşək, 400 manat dəyərində 2 xalça, 10 manat dəyərində gəlincik, 20 manat dəyərində divar saatı, 30 manat dəyərində 6 qırmızı qazan dəsti, 20 manat dəyərində qara qazan dəsti, 10 manat dəyərində 1 adyal, 50 manat dəyərində 16 armudu stəkan, 25 manat dəyərində 1 subnik və 6 stəkanı, 5 manat dəyərində göy rəngli qənd qabı, 25 manat dəyərində qara rəngli çay servizi, 25 manat dəyərində 5 ağ fincan-nəlbəki, 10 manat dəyərində 2 su qabı, 24 manat dəyərində 12 kofe fincanı, 20 manat dəyərində bakal dəsti, 20 manat dəyərində 2 qara vaza, 20 manat dəyərində 2 şüşə vaza, 30 manat dəyərində 6 konfet qabı, 30 manat dəyərində 6 kasa, 30 manat dəyərində 6 kül qabı, 60 manat dəyərində 12 bulud boşqabı, 40 manat dəyərində 8 sarı rəngli tum qabı,24 manat dəyərində 12 duz qabı, 30 manat dəyərində 6 ayaqlı kasa, 24 manat dəyərində 12 balaca nəlbəki, 80 manat dəyərində 16 xrustal bakal, 30 manat dəyərində 6 ağ kofe dəsti, 12 manat dəyərində 24 xörək qaşığı, 10 manat dəyərində 2 çömçə, 10 manat dəyərində güllü qaşıq dəsti, 12 manat dəyərində 12 pendir bıçağı, 45 manat dəyərində 15 kabab boşqabı, 40 manat dəyərində 4 karniz, 40 manat dəyərində 4 pərdə, 15 manat dəyərində 3 güldan, 20 manat dəyərində 2 qəhvədan, 20 manat dəyərində ütü masası, 10 manat dəyərində 1 ağ güldan, 20 manat dəyərində 2 çaynik,5 manat dəyərində 1 çuğun vedrə,10 manat dəyərində 2 tava və 20 manat dəyərində 1 ədəd elektrik samovarının çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı istifadəsində olan, İmişli şəhəri, Araz küçəsi 122 saylı ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus 200 manat dəyərində 1 ədəd divan, 100 manat dəyərində 2 ədəd kreslo,100 manat dəyərində güzgülü kamod, 100 manat dəyərində taxt, 100 manat dəyərində yataq, 20 manat dəyərində televizor altı, 20 manat dəyərində jurnal stolu,60 manat dəyərində 6 yastıq,30 manat dəyərində 6 döşəkçə, 80 manat dəyərində 4 yorğan, 20 manat dəyərində 2 yay yorğanı, 80 manat dəyərində 4 döşək, 400 manat dəyərində 2 xalça, 10 manat dəyərində gəlincik, 20 manat dəyərində divar saatı, 30 manat dəyərində 6 qırmızı qazan dəsti, 20 manat dəyərində qara qazan dəsti, 10 manat dəyərində 1 adyal, 50 manat dəyərində 16 armudu stəkan, 25 manat dəyərində 1 subnik və 6 stəkanı, 5 manat dəyərində göy rəngli qənd qabı, 25 manat dəyərində qara rəngli çay servizi, 25 manat dəyərində 5 ağ fincan-nəlbəki, 10 manat dəyərində 2 su qabı, 24 manat dəyərində 12 kofe fincanı, 20 manat dəyərində bakal dəsti, 20 manat dəyərində 2 qara vaza, 20 manat dəyərində 2 şüşə vaza, 30 manat dəyərində 6 konfet qabı, 30 manat dəyərində 6 kasa, 30 manat dəyərində 6 kül qabı, 60 manat dəyərində 12 bulud boşqabı, 40 manat dəyərində 8 sarı rəngli tum qabı,24 manat dəyərində 12 duz qabı, 30 manat dəyərində 6 ayaqlı kasa, 24 manat dəyərində 12 balaca nəlbəki, 80 manat dəyərində 16 xrustal bakal, 30 manat dəyərində 6 ağ kofe dəsti, 12 manat dəyərində 24 xörək qaşığı, 10 manat dəyərində 2 çömçə, 10 manat dəyərində güllü qaşıq dəsti, 12 manat dəyərində 12 pendir bıçağı, 45 manat dəyərində 15 kabab boşqabı, 40 manat dəyərində 4 karniz, 40 manat dəyərində 4 pərdə, 15 manat dəyərində 3 güldan, 20 manat dəyərində 2 qəhvədan, 20 manat dəyərində ütü masası, 10 manat dəyərində 1 ağ güldan, 20 manat dəyərində 2 çaynik,5 manat dəyərində 1 çuğun vedrə,10 manat dəyərində 2 tava və 20 manat dəyərində 1 ədəd elektrik samovarının çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-138/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-138/2025
16.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver