Məhkəmə qərarları › İş №2(036)-1401/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1401/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1401/2023 14.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsində 2022-2023-cü ilin mövsüm dövründə yetişdirdiyi taxıl məhsulunun torpağın icarə müddəti bitmədən geri alınması səbəbindən toplaya bilmədiyini göstərərək 2800,0 manat məbləğində icarə haqqı, 3000,0 manat məbləğində çəkilən xərclər, cəmi 5800,0 manat və 80,0 manat dövlət rüsumu tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Aranlı kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. 2022-ci ilin iyun ayında Cavabdeh məxsus olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsini 2800,0 manat ödəyərək 1 il müddətinə icarəyə götürmüş və həmin ilin iyul ayında şumladaraq noyabr ayında taxıl əkmişdir. Əkin sahəsi malalanmış və amafosla gübrələnmişdir. 2023-cü ilin fevral ayında Cavabdeh ondan əlavə olaraq 2000,0 manat tələb etmiş və onu əraziyə buraxmayaraq əkin sahəsinin növbəti dəfə gübrələnməsinə imkan verməmişdir. Əkin sahəsində vaxtı-vaxtında gübrələnmə və suvarılma aparılmadığındanməhsuldarlıq xeyli dərəcədə aşağı düşmüş və hazır məhsul vaxtında toplanmadığından sahədə qalaraq məhv olmuşdur. Ona görə də, Cavabdeh 2800,0 manat məbləğində icarə haqqı, 3000,0 manat məbləğində çəkilən xərclər, cəmi 5800,0 manat və 80,0 manat dövlət rüsumu tutulub onun xeyrinə ödənilməsi haqqında ddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Aranlı yaşayır və ailə üzvlərinin mülkiyyətində olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsini hər il icarəyə verərək əldə etdiyi qazancla dolanır. 2021-ci ildə torpaq sahəsini İddiaçı icarəyə götürmüş və 3500,0 manat icarə haqqı ödəmişdir. 2022-ci ildə İddiaçı məxsus olan ərzaq mağazasına 3000,0 manat məbləğində borcu olduğu üçün torpaq sahəsini 2800,0 manata icarəyə verməyə məcbur olmuş, lakin ailə üzvləri narazlıq etdiyi üçün 5-6 gündən sonra torpağı həmin məbləğə icarəyə verməkdən imtina edərək İddiaçı ilə 5000,0 manata razılaşmışdır. İddiaçı torpaq sahəsində şumlama apararaq taxıl əkmiş, sahəni gübrələmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq qalan 2000,0 manat icarə haqqını öna ödəməmişdir. 2023-cü ilin fevral ayında o, İddiaçı 2000,0 manat məbləğində torpaq icarə haqqını bir daha tələb etmiş və ödəməkdən imtina etdiyi üçün onu daha torpaq sahəsinə buraxmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli Qəbzin surətinə əsasən Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsini 2800,0 manata 1 il müddətinə İddiaçı icarəsinə vermişdir. İşdə olan İmişli RİHB-nin Aranlı kənd İƏD üzrə İN-si X4 , fermer İddiaçı, fermer, X8, traktorçu X13 və icarədar Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.32023-cü il tarixli Aktda göstərilmişdir ki, Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 4,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mövsüm dövründə İddiaçı payızlıq buğda əkini aparmasına şərait yaratmış, lakin sonradan əkinə gübrə verilməsinə icazə verməmişdir. Həmin vaxt adı çəkilən şəxslər ərazidə olarkən İddiaçı Cavabdeh ilə razılaşa bilməmiş və 1 lafet gübrə sahəyə verilmədən geri qaytarılmışdır. İşdə olan İmişli rayonu Aranlı kənd sakinləri, X7, X2, X13 , X3, X5, İddiaçı, X8, X9 və X6 iştirakı ilə tərtib olunub İmişli RİHB-nin Aranlı kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.32023-cü il tarixli Aktda göstərilmişdir ki, Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 4,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2022-ci ilin mövsüm dövründə buğda məhsulu yetişdirməkdən ötrü 2800,0 manata İddiaçı icarəsinə vermişdir. X7 2022-ci ilin iyul ayında həmin torpaq sahəsini şumlamış və 250,0 manat almışdır; X2 xx.xx.2022-ci il tarixdə əraziyə iki dəfə mala çəkmiş və 200,0 manat almışdır; X13 xx.xx.2022-ci il tarixdə səpin aparmış və 100,0 manat almışdır; X3 əraziyə su bərəsi çəkmiş və 100,0 manat almışdır; X8, X5, İddiaçı, X8 10 ədəd amafos və 1550,0 kq buğda toxumu texnika ilə sahəyə aparmış və 60,0 manat almışdır; X1 bitkinin çıxış suyu ilə suvarmış və 125,0 manat almışdır; Maşına 40,0 manat verilmişdir; Sahəyə 1240,0 manat dəyərində toxum səpilmiş və 890,0 manat dəyərində gübrə( amafos) verilmişdir. İşdə olan İmişli rayon X21 Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-22-3-30/2-50/2023 saylı məlumata əsasən 2022-ci ilin payızlıq əkin dövründə 1,0 ha torpaq sahəsində payızlıq yumşaq buğda əkini üçün 250,0 kq toxum səpin norması ( 1 kq.- 0,80 manat) və 100,0 kq gübrə ( amafos) norması ( 1 kisə- 89 manat) müəyyən olunmuşdur. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı 2022-ci ilin iyun ayında Cavabdeh ailə üzvlərinə məxsus olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 4,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2800,0 manat ödəyərək 1 il müddətinə icarəyə götürmüş və cəmi 2765,0 manat xərcləyərək həmin torpaq sahəsində buğda məhsulu yetişdirmişdir. 2023-cü ilin fevral ayında Cavabdeh razılaşmanı birtərəfli qaydada pozaraq torpaq sahəsini vaxtından qabaq geri almış, əkinə tələb olunan qulluğun göstərilməsinə maneçilik törətmiş və hazır məhsulun yığılmasına imkan verməmişdir. AR Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əssən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirtdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh ailə üzvlərinə məxsus olan İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən 4,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2022-ci ildə icarəsinə görə İddiaçı aldığı 2800,0 manatı geri qaytarmalı və icarəçiyə dəymiş 2765,0(1000,0+890+250+200+100+100+125+100) manat məbləğində maddi zərəri ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T Dİ : İddia tələbi qismən təmin olunsun. Cavabdeh cəmi 5565,0 ( beş min beş yüz altmış beş) manat və 80,0 (səksən) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar