Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1402/2021 22.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif qızınun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 382.80 (üç yüz səksən iki, səksən) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********69188 “SAMSUNG GALAXY A01” markalı mobil telefon və “HUAWEY BAND 3E” markalı saat satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 482.40 (dörd yüz səksən iki, qırx) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ Mİ BAND 4” markalı saat, “HOFFMANN LED TV” və “SONOROUS SUREFİX ASQİ” satılmışdır. 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd İMEİ kodu **********69188 “SAMSUNG GALAXY A01” markalı mobil telefonun və “HUAWEY BAND 3E” markalı saatın dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 63.80 (altmış üç, səksən) AZN məbləğində pulu və 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ Mİ BAND 4” markalı saatın, “HOFFMANN LED TV”-nin və “SONOROUS SUREFİX ASQİ”nın dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 80.40 (səksən, qırx) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdehnun cəmiyyətə 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 332.40 (üç yüz otuz iki, qırx) AZN məbləğində əsas borcu, 33.60 (otuz üç, altmış) AZN məbləğində cərimə borcu və 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 482.40 (dörd yüz səksən iki, qırx) AZN məbləğində əsas borcu, 48.60 (qırx səkkiz, altmış) AZN məbləğində cərimə borcu və ümumilikdə 897 (səkkiz yüz doxsan yeddi) AZN məbləğində əsas məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 332.40 (üç yüz otuz iki, qırx) AZN məbləğində əsas borcun, 33.60 (otuz üç, altmış) AZN məbləğində cərimə borcunun, 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 482.40 (dörd yüz səksən iki, qırx) AZN məbləğində əsas borcun, 48.60 (qırx səkkiz, altmış) AZN məbləğində cərimə borcunun, ümumilikdə 897 (səkkiz yüz doxsan yeddi) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 382.80 (üç yüz səksən iki, səksən) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********69188 “SAMSUNG GALAXY A01” markalı mobil telefon və “HUAWEY BAND 3E” markalı saat “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 01 mart 2020-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 382.80 (üç yüz səksən iki, səksən) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********69188 “SAMSUNG GALAXY A01” markalı mobil telefonu və “HUAWEY BAND 3E” markalı saatı təhvil almışdır. İş materiallarında olan 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 382.80 (üç yüz səksən iki, səksən) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********69188 “SAMSUNG GALAXY A01” markalı mobil telefona və “HUAWEY BAND 3E” markalı saata görə 6 (altı) ay müddətinə hər ay 63.80 (altmış üç, səksən) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 482.40 (dörd yüz səksən iki, qırx) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ Mİ 4 BAND” markalı saat, “HOFFMANN LED TV” və “SONOROUS SUREFİX ASQİ” “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 01 mart 2020-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 482.40 (dörd yüz səksən iki, qırx) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ Mİ 4 BAND” markalı saatı, “HOFFMANN LED TV”ni və “SONOROUS SUREFİX ASQİ”nı təhvil almışdır. İş materiallarında olan 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 482.40 (dörd yüz səksən iki, qırx) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ Mİ 4 BAND” markalı saata, “HOFFMANN LED TV”yə və “SONOROUS SUREFİX ASQİ”ya görə 6 (altı) ay müddətinə hər ay 80.40 (səksən, qırx) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20136616 saylı, 01 mart 2020-ci il tarixli və 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqavilələrinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 19 aprel 2021-ci il tarixə 814.80 (səkkiz yüz on dörd, səksən AZN məbləğində əsas məbləğində əsas borcu, 82.20 (səksən iki, iyirmi) AZN məbləğində cərimə borcu və ümumilikdə 897 (səkkiz yüz doxsan yeddi) AZN məbləğində borcu mövcudur. İş materiallarında olan 03 oktyabr 2020-ci il tarixli xəbərdarlıqdan surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 20 aprel 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, 1. iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “satıcı” "xxxx" MMC tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 382.20 (üç yüz səksən iki, iyirmi) AZN məbləği olan 1 (bir) ədəd İMEİ kodu **********69188 “SAMSUNG GALAXY A01” markalı mobil telefon və “HUAWEY BAND 3E” markalı saat “alıcı” Cavabdeh satılmış, “alıcı” Cavabdeh 1 (bir) ədəd İMEİ kodu **********69188 “SAMSUNG GALAXY A01” markalı mobil telefonun və “HUAWEY BAND 3E” markalı saatın dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 63.80 (altmış üç, səksən) AZN məbləğində pulu hissə-hissə; 2. 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən “satıcı” "xxxx" MMC tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 482.40 (dörd üz səksən iki, qırx) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ Mİ 4 BAND” markalı saat, “HOFFMANN LED TV” və “SONOROUS SUREFİX ASQİ” “alıcı” Cavabdeh satılmış, “alıcı” Cavabdeh 1 (bir) ədəd “XİAOMİ Mİ 4 BAND” markalı mobil telefonun, “HOFFMANN LED TV”nin və “SONOROUS SUREFİX ASQİ”nın dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 80.40 (səksən, qırx) AZN məbləğində pulu hissə-hissə, eləcə də, ödənişləri gecikdirdikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniyanı “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bununla yanaşı, Cavabdeh cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmiş, cəmiyyətə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmiş, onun 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 332.40 (üç yüz otuz iki, qırx) AZN məbləğində əsas borcu, 33.60 (otuz üç, altmış) AZN məbləğində cərimə borcu və 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 482.40 (dörd yüz səksən iki, qırx) AZN məbləğində əsas borcu, 48.60 (qırx səkkiz, altmış) AZN məbləğində cərimə borcu, ümumilikdə 897 (səkkiz yüz doxsan yeddi) AZN məbləğində əsas məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20136616 saylı, 01 mart 2020-ci il tarixli və 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 332.40 (üç yüz otuz iki, qırx) AZN məbləğində əsas borcu, 33.60 (otuz üç, altmış) AZN məbləğində cərimə borcu, 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 482.40 (dörd yüz səksən iki, qırx) AZN məbləğində əsas borcu, 48.60 (qırx səkkiz, altmış) AZN məbləğində cərimə borcu, ümumilikdə 897 (səkkiz yüz doxsan yeddi) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20136616 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 332.40 (üç yüz otuz iki, qırx) AZN məbləğində əsas borc, 33.60 (otuz üç, altmış) AZN məbləğində cərimə borcu, 20137525 saylı, 01 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 482.40 (dörd yüz səksən iki, qırx) AZN məbləğində əsas borc, 48.60 (qırx səkkiz, altmış) AZN məbləğində cərimə borcu, ümumilikdə 897 (səkkiz yüz doxsan yeddi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1402/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1402/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver