Məhkəmə qərarları › İş №2(036)-143/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-143/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-143/2025 16.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Suanverdiyeva (Məmmədova) Türkan Qədir qızına qarşı “alimentin ləğv edilməsi” ilkin iddia və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X6 qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı cavabdeh X7 qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X13 rəsmi olaraq onun himayəsində olduğunu nəzərə alaraq, xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qeyd edilən 100 (bir yüz) manat aliment məbləğinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X20 anadan olmuşdur. Qeyd edir ki, xasiyyətləri uyğun gəlmədiyi üçün İmişli Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, övladı xx.xx.2017-ci il təvəllüdlü X11 cavabdehin, xx.xx.2014-cü il təvəllüdlü X13 onun himayəsində qalması və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 (bir yüz) manat alimentin cavabdehin xeyirinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə aliment məbləğindən başqa xx.xx.2017-ci il təvəllüdlü X11 tələbatlarının ödənilməsinə köməklik edir. Bildirir ki, 20.11,2014-cü il təvəllüdlü X20 onun himayəsində olduğu üçün digər övladı üçün aliment məbləğini cavabdehin xeyirinə ödənilməsinin düzgün olduğunu hesab etmir. Bu səbəbdəndə qeyd edilən aliment məbləğinin ləğv edilməsini istəyir. İddia ərizəsinə mediatorun təqdim etdiyi arayışıda əlavə edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X10 cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair xx.xx.2024-cü il tarixdən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü qızı X1 üçün onun yetkinlik yaşına çatana qədər hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə 2013cü ildə faktiki nikaha daxil olub xx.xx.2015-ci il tarixdə İmişli rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 20.11,2014-cü il təvəllüdlü Amin və xx.xx.2017-ci il təvəllüdlü Nəzrin adlı övladları doğulmuşdur. Göstərir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (036)-1000/2023 nömrəli qətnaməsi ilə rəsmi boşanmışlar. Aralarnda keçirilmiş mediasiya prosesi, habelə həmin Məhkəmə qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü qızı X14 onun yanında, X20 isə cavabdehlə qalmış, qətnaməyə əsasən X14 yetkinlik yaşına çatana kimi cavabdehdən 100 manat aliment onun xeyrinə ödənməsi qət edilmişdir. Lakin cavabdeh “alimentin ləğv edilməsi” tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, cavabdehin bu tələbi əsassızdır. Belə ki, o, heç bir yerdə işləmir. Bundan başqa cavabdehlə boşandıqdan sonra ailə qurmus və hazırda səkkiz aylıq hamilədir, onun əmək qabiliyyəti yoxdur. Əksinə cavabdeh tərəfindən ona ödənilən 100 manat məbləğində aliment azdır və uşağın ehtiyaclarını ödəmir. Ona görə də cavabdeh tərəfindən verilmiş iddianın rədd edilməsi və alimentin 235 manat məbləğində təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini və qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Cavabdeh X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd edilməli və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)1000/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında İmişli rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 94 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X14 iddiaçı Cavabdeh yanında, xx.xx.2014-cü il təvəllüdlü X20 isə cavabdeh İddiaçı yanında saxlanılmış və cavabdeh İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilmiş və alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmışdır. 20 sentyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. X4 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə İmişli Rayon Məhkəməsinin hesabına 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbə üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 478 saylı arayışından görünür ki, X3 rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatdadır. İşdə olan AA ******* nömrəli AR X5 surətinə əsasən X14 xx.xx.2017-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan həkim X17 tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2024-ci il tarixdə X10 25 həftə 6 günlük halilə olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin övladları xx.xx.2017-ci il təvəllüdlü X14 iddiaçının (anasının) himayəsindədir. İmişli Rayon Məhkəməsinin 2(036)- 1000/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdehdən 100 (bir yüz) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Ödənilən aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.11-1-ci bəndində qeyd edilir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, ki, hal-hazırda yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 Türkan Qədir qızının himayəsində olmasını, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olmasını, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini, nəzərə alaraq hesab edir ki, alimentin ləğv edilməsi barədə ilkin iddia tələbi təmin edilməməlidir. Alimentin artırılması ilə əlaqədar X10 tərəfindən verilmiş qarşılıqlı iddia ərizə ilə əlaqədar məhkəmə hesab edir ki, tələb onun heç bir yerdə işləməməsi, cavabdehlə boşandıqdan sonra yenidən nikaha daxil olması və ərizəni təqdim edərkən səkkiz aylıq hamilə olması və buna görə də əmək qabiliyyətinin olmaması və təyin edilmiş 100 manat məbləğində alimentin uşağın ehtiyaclarını ödəməsi ilə ilə əsaslandırdığı üçün qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşaqların saxlanması üçün cavabdehdən tutulmuş sabit pul məbləğində alimentin miqdarı artırılmalıdır. 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının miqdarı nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün İmişli Rayon Məhkəməsinin 2(036)-1000/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı Cavabdeh ödənilməsi xeyrinə tutulan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında aliment tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, 2024-cü il üzrə minimum əmək haqqı 345 manat və 2025-ci il üzrə isə minimum əmək haqqı 400 manat təşkil edir. Lakin iddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə 17 oktyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, aliment ərizənin verildiyi 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir (345 (2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,53 = 182.85 manat). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1000/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçıdan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında müəyyən edilməlidir. xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında pul vəsaiti iddiaçı X7 ödənilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1000/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçıdan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında müəyyən edilsin. xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli miqdarında pul vəsaiti iddiaçı X7 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar