Məhkəmə qərarları › İş №2(036)-2165/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2165/2020

19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2165/2020 19.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 Yuif qızınа qarşı “ödənilmiş alimentin qaytarılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan uşağı X3 onun yanında yaşadığı və himayəsində olduğu 5 ay müddətdə saxlanıldığı üçün Cavabdeh1 qızının bütün növ qazancından (başqa gəlirlərindən) 5 ay müddət üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutulması, həmin müddətdə Cavabdeh1 qızına ödədiyi 1269,7 manat məbləğində alimentin alınaraq ona qaytarılması, uşağı X3 xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixədək onun yanında yaşamasının və uşaqlarına ödədiyi alimentin 50 faizinin onların bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 qızı ilə birgə nikahlarından xx.xx.2001-ci ildə Ehtiram və xx.xx.2004-cü ildə Ehtibar adlı iki uşaqları doğulmuşdur. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2-165/2007 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqları cavabdehin himayəsində saxlanılmış, məhkəmənin xx xxxx 2007-ci il tarixli 2-234-2007 saylı məhkəmə əmri ilə hər ay qazancının (başqa gəlirlərimin) üçdə bir hissəsi alınıb uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh1 qızının xeyrinə verilməsi əmr edilmişdir. O, uşaqlarının saxlanması üçün Cavabdeh1 xeyrinə məhkəmə əmri ilə müəyyən edilmiş alimenti ödəmişdir. Lakin 2017-ci ildə ona məlum olmuşdur ki, Cavabdeh1 qızı bir şəxsə 2016-cı ilin axırlarında qoşularaq qacıb, həmin şəxslə birlikdə yaşayırlar və hazırda bir uşaqları var. Cavabdeh qoşulub qaçdıqdan sonra uşaqları özü ilə aparmamış, uşaqları onun himayəsinə verməli olduğu halda anası X1 öhdəsinə atıb getmişdir. Uşaqlar faktiki valdeyinləri olduğu halda valdeyin himayəsindənvə qayğısından məhrum edilmiş vəziyyətdə yaşayırlar. 2017-ci ilin aprel ayının 10-da oğlu Ehtiram ona zəng vuraraq onunla yaşamaq istədiyini bildirmiş, o da gedib uşağını keçmiş qaynanasından təhvil alıb öz anasıgilə gətirmiş 5 ay onunla birlikdə yaşadıqdan sonra Ehtiram xx.xx.2017-ci ildə anasının təziqilə çıxıb nənəsi Lətafətgilə getmişdir. Ona görə də hesab edir ki, uşağının onun yanında olduğu müddət tanınmalı, həmin müddət üçün ödədiyi aliment ona qaytarılmalı, əksinə həmin müddətə görə cavabdeh ona aliment ödəməli və uşaqları üçün ödədiyi alimentin 50 faizi onların bank hesablarına köçürülməlidir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbində göstərilən xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqlar onun himayəsindədir və həmişə onun himayəsində olub. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, o, valideynlərinin ayrıldıqları gündən hazırkı tarixədək, o cümədən xx.xx.2017 və xx.xx.2017-ci il tarixləri arasında anası Cavabdeh1 qızının yanında yaşamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxsdir. Lakin onun cavabdehlikdən çıxarılması barədə iddiaçının razılığı olmadığından məhkəmə işə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olub-olmamasından aslı olmayaraq Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Аzərbaycan Respublikası Konistitusiyasının 125-cimaddəsinin Vİİ bəndində göstərilmişdir ki,məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X7 Məhkəməsi "X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hal kimi qiymətləndirilməli və iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar