Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1711/2024 12.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsayev Elçin Fətulla oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment borcunun ödənilməsindən azad olunma) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 əhimli və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İsayev Elçin Fətulla oğlunun Cavabdeh qarşı “aliment borcunun ödənilməsindən azad olunma” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(074)-931/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı alimentin borcunun ödənilməsindən azad olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment üzrə yaranmış 1796 manat aliment borcun ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-84/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və ondan qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınıb, iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/3-1-11//2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun olaraq, o, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnozu: Üzvi şəxsiyyət pozuntusu, intihar cəhdləri və epileptiform tutmaları ilə F07.0. Eyni diaqnozla xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər Sumqayıt Psixiatriya Xəstəxanasının göndərişi ilə Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin tibb müəssisəsində müalicə almışdır. Hazırda yaranmış 1796 manat aliment borcunun ödənilməməsi onun xəstəlyi və maddi imkanının yol verməməsi ilə əlaqədardır. Hər ay mütəmadi olaraq əvvəlki qaydada 140 manat məbləğində ödəniş edir. Pensiyanın bərpasına qədər də, bu ödənişləri edəcəkdir. Həmin ödənişi onun anası öz pensiyasından ödəyir. O, yeganə oğul övladıdır, bacıları da, birtəhər ona köməklik göstərirlər ki, hələlik maddi tələbatı ödənilsin. Lakin, əsassız olaraq icra məmuru onu narahat edir, bildirir ki, orta aylıq əmək haqqına görə 230 manat pul ödəməlidir. O da məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-84/2020 saylı icra vərəqəsinə əsasən, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(074)-1434/2018 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı dəyişdirilmiş və borclu İddiaçı qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınıb tələbkar Cavabdeh verilməlidir.
5. Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-84/2020 saylı icra vərəqəsinin surəti borclu İddiaçı pensiyasından hər ay 1/4 hissənin tutulub, tələbkar Cavabdeh hesabına köçürülməsinin təmin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.
6. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi, əlilliyə görə əmək pensiyası təyin edilibdir. İddiaçı əlilliyinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ona əlilliyə görə əmək pensiyasının ödənilməsi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır.
7. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən, işsiz kimi qeydiyyatdadır.
8. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-84/2020 saylı icra sənədi üzrə borclu İddiaçı xx.xx.2023-cü il tarixədək (xx.xx.2023cü il tarixdə İddiaçı əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır) 624 manat, xx.xx.2023-cü il tarixdən sonrakı dövr ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqına əsasən hesablanıb (2023-cü il üzrə 933,8 manat, 2024-cü ilin yanvar-aprel aylarında isə 1007,5 manat), 1779 manat olmaqla, cəmi 2403 manat aliment borcu qalmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(074)-931/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad olunması tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4cü maddələri, BMT-nin “Uşaq hüquqları Bəyannaməsi”nin 2 və 4 saylı prinsipləri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19-cu maddələri, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(074)-931/2024 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İsayev Elçin Fətulla oğlu apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və onun Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ödəməli olduğu aliment üzrə yaranmış 2403 manat aliment borcundan azad edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
12. Bundan sonra iddiaçı İsayev Elçin Fətulla oğlu xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə apellyasiya şikayətinə dəqiqləşməyə dair ərizə göndərərək, Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(074)-931/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və onun Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ödəməli olduğu aliment üzrə yaranmış 1796 manat aliment borcundan azad edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/3-1-11//2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun olaraq, o, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnozu: Üzvi şəxsiyyət pozuntusu, intihar cəhdləri və epileptiform tutmaları ilə F07.0. Eyni diaqnozla xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər Sumqayıt Psixiatriya Xəstəxanasının göndərişi ilə Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin tibb müəssisəsində müalicə almışdır. Hazırda yaranmış 1796 manat aliment borcunun ödənilməməsi onun xəstəliyi və maddi imkanının yol verməməsi ilə əlaqədardır. Hər ay mütəmadi olaraq əvvəlki qaydada 140-150 manat məbləğində ödəniş edir. Pensiyanın bərpasına qədər də bu ödənişləri edəcəkdir. Həmin ödənişi onun anası öz pensiyasından ödəyir. O, yeganə oğul övladıdır, bacıları da birtəhər ona köməklik göstərirlər ki, hələlik maddi tələbatı ödənilsin. Lakin, əsassız olaraq icra məmuru onu narahat edir, bildirir ki, orta aylıq əmək haqqına görə 230 manat pul ödəməlidir. O da məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hesab edir ki, birinci instansiya məhkəməsi tədqiq olunmamış sübutlara əsaslanaraq qərar qəbul edib.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(074)-931/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək qətnaməni tam mübahisələndirmişdir. Odur ki, kollegiya hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(074)-931/2024 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.İV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
19. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad olunması tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.
26. Məhkəmə tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın qabiliyyətinin inkişaf etdirilməsini, onun maddi və mənəvi tələbatlarının təmin edilməsini, hüquq və mənafeylərinin mühafizəsini əsas tutaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad olunması tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır.
27. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan iddiaçı aliment borcunun ödənilməsindən azad olunmasını mübahisələndirərək apellyasiya şikayəti vermişdir.
28. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
29. İlk növbədə kollegiya qeyd edir ki, qanunverici aliment ödəməli şəxsin iddiası üzrə aliment borcundan azad olunmasını istisna etmir. Lakin qanunverici şəxsin həmin borcdan azad olunmasını qanunla nəzərdə tutulmuş əsasların olması ilə şərtləndirmişdir.
30. İşin faktiki hallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətdə irəli sürdüyü dəlillər aliment borcundan azad olunmasına əsas verən hal kimi çıxış edə bilməz. Belə ki, kollegiya hesab edir ki, əlilliyə görə əmək pensiyasının ödənilməsinin dayandırılması, işsiz kimi qeydə alınma iddiaçını aliment öhdəliyindən azad edən və ya aliment borcunun ödənilməsindən azad edən hal kimi qəbul edilə bilməz. Kollegiyanın qənatincə iddiaçı iddia tələbinin əsaslığını məhkəmədə sübuta yetirə bilməmiş, maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsinə dair yetərincə sübut məhkəməyə təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
32. Bununla yanaşı məhkəmə kollegiyası vurğulayır ki, əgər iddiaçı icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi qaydası ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(074)-931/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.