Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1445/2021 23.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tağıyev Rasət Şaiq oğlunun katibliyi və iddiaçı «WOODPECKER» (DALGA-94») MMC-nin nümayəndəsi İddiaçı iştirakı ilə iddiaçı «WOODPECKER» (DALGA-94») MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «WOODPECKER» (DALGA-94») MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 1115.00 manat əsas borc, 235.00 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 1380.00 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «WOODPECKER» (DALGA-94») MMC-nin nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İşdə olan 12.12.2019-cu il tarixli 00106356 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə WOODPECKER İmişli Ticarət Mərkəzindən 1615.00 manat dəyərində S50443 Sifariş krem bənövşəyi 5 m markalı mətbəx mebeli nisyə almış və 500.00 manat ilkin ödəniş edərək qalan məbləği 1 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 12.12.2019-cu il tarixli 00106356 nömrəli Müqavilənin 6.2-ci bəndinə əsasən “Alıcı” ödəmələrin həyata keçirilməsini gecikdirərsə, 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən aylıq ödənişin 1 % məbləğində məhsula əlavə qiymət hesablanması nəzərdə tutulmuşdur. İşdən görünür ki, Cavabdeh 12.12.2019-cu il tarixli 00106356 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1115.00 manat borclu qalmış və hesabına 235.00 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, «WOODPECKER» (DALGA-94») MMC-nin xeyrinə Cavabdeh 1115.00 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə borcu isə əsas borca uyğun olaraq azaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1115.00 (min yüz on beş) manat əsas borc, 20.00 (iyirmi) manat cərimə və dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb iddiaçı «WOODPECKER» (DALGA-94») MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1445/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1445/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver