Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1445/2022 14.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qıznın katibliyi ilə, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı (bundan sonra - İcraçı Kredit Agentliyi» MMC BOKT) cavabdehlər Cavabdeh və Abdullayeva Xatirə Nadir qızına qarşı kredit borcu iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC BOKT ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh və Abdullayeva Xatirə Nadir qızından müştərək qaydada 900 manat əsas borc, 100 manat faiz borcu, 1830 manat cərimə borcu olmaqla, cəmi 2830 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC BOKT-un xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli 2(036)-5327/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(036)-1445/2022 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 may 2013-cü il tarixli, 352/381 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə müvafiq olaraq İddiaçı MMC BOKT ilə "xxxx" MMC arasında Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə bağlanmış 14 avqust 2017-ci il tarixli, 34 saylı müqaviləyə əsasən "xxxx" MMC kredit borcları ilə bağlı tələb sahibi kimi, bütün hüquq və tələblərini İddiaçı MMC BOKT-a güzəşt etmişdir. Həmçinin Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Abdullayeva Xatirə Nadir qızı zaminlik müqaviləsinə əsasən bank qarşısında Cavabdeh ilə eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC BOKT-un nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, əsas və faiz borcunu qəbul edir. Lakin cərimə borcu həddindən artıq şişirdildiyi üçün qəbul etmir. Ona görə də iddianın qismən təmin olunmasını və cərimə borcunun azaldılmasını xahiş edir. Cavabdeh Abdullayeva Xatirə Nadir qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 23 may 2013-cü il tarixli, 352/381 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 3% olmaqla, 12 ay müddətinə 1500 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan “Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə” 14 avqust 2017-ci il tarixli, 34 saylı müqaviləyə əsasən, "xxxx" MMC kredit borcları ilə bağlı tələb sahibi kimi, bütün hüquq və tələblərini İddiaçı MMC BOKT-a güzəşt etmişdir. İş materiallarında olan “Borcalana zamin duran şəxsin razılıq ərizəsi” –dən görünür ki, Abdullayeva Xatirə Nadir qızı 23 may 2013-cü il tarixli, 352/381 saylı Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası məqsədilə onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh və Abdullayeva Xatirə Nadir qızı kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər, hazırda onların iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehlərin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və hesablanmış 1830 manat məbləğində dəbbə pulunun onların maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, məhkəmə əmrinə etiraz etmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Abdullayeva Xatirə Nadir qızından müştərək qaydada 23 may 2013-cü il tarixli, 352/381 saylı kredit müqaviləsi üzrə 900 manat əsas borc, 100 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 1010 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı MMC BOKT-un xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Abdullayeva Xatirə Nadir qızından müştərək qaydada 23 may 2013-cü il tarixli, 352/381 saylı kredit müqaviləsi üzrə 900 manat əsas borc, 100 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 1010 (bir min yüz on) manat borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı MMC BOKT-un xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1445/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1445/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver