Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1448/2021 23.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, iddiaçı «Azəriqaz» İB-nin Cavabdeh oğluna qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq xeyrinə 788 manat və dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan «Azəriqaz» İB-nin Salyan Regional Qİİ (Paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” 24.12.2018-ci il tarixli müqavilənin surətinə əsasən Paylayıcı İstehlakçını keyfiyyətli qazla təmin etməyi və İstehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan «Azəriqaz» İB-nin Salyan Regional Qİİ tərəfindən təsdiq edilmiş Abonentin saldosuna əsasən abonent Cavabdeh oğlunun (abonent kodu: **********00100; ünvan: İmişli şəhəri, Həsənoğlu küçəsi, ev 49) istifadəsində olan qaz işlədicilərinin qaz sərfiyyatına görə sayğacın göstəricilərinə əsasən debitor borcu 01 yanvar 2020-ci il tarixə 788 manat təşkil edir. AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. AR Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh oğlu (abonent kodu: **********00100; Sayğacın zavod nömrəsi: **********9; ünvan: İmişli rayonu, Qaralar kəndi) istifadəsində olan qaz işlədicilərinin qaz sərfiyyatına görə sayğacın göstəricilərinə əsasən hesablanmış 788 manat debitor borcunu iddiaçı «Azəriqaz» İB-ə ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 788 (yeddi yüz səksən səkkiz) manat və 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı «Azəriqaz» İB-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-1448/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1448/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver