Məhkəmə qərarları › İş №2(036)-1457/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1457/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1457/2024 05.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı - Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin /asitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, tabelə cəzanı icra edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün surəti və hakimin göstərişi icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cəzanın icrasının təmin edilməsi məqsədilə məhkum Cavabdeh xx.xx.2023-cü tarixdə şöbənin qeydiyyatına götürülmüş, xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah edilərək cəzanın erası qayda və şərtləri, məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri qərəzli və üzrsüz səbəbdən pozacağı halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşıyacağı məsuliyyət ona izah olunaraq həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli protokol tərtib olunmaqla bir ədəd “ATTENTİ” markalı mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə şöbəyə gələrək elektron qolbağını qırdığını və dəyərini ödəyə bilməyəcəyini bildirmişdir. Cəza çəkdiyi müddətdə qərəzli olaraq cəza çəkməkdən boyun qaçırdığı üçün barəsində cəzanın azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz olunması barədə təqdimat verilmiş və Salyan Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Arzu Heydarzədəyə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və mobil nəzarət qurğusunun dəyəri 2277 manat, 40 qəpik hesablanmışdır. xx.xx.2024-cü il tarixli texniki rəydən də müəyyən olunur ki, nəzarət subyekti olmuş Cavabdeh tətbiq edilmiş elektron qolbaq olmadığı üçün nəzarət vasitəsi istifadəyə yarasız hesab edilmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron qolbağını qıraraq itirməsi onlara maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri ümumilikdə 2277 manat, 40 qəpik təşkil edir. İddiaçı böyük icra məmuru (probasiya üzrə) İ dərəcəli ədliyyə qulluqçusu Nurlan Mirzəyev məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini və həmin ərəfədə xəstə olmasını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 7(036)-927/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 1 (bir) il, 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının çəkilməmiş hissəsi olan bir il üç ay beş gün azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Cavabdeh məhkəmə iclas zalından həbsə alınmış, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkmiş, cəzaçəkməsinin başlanğıcı xx.xx.2023-cü ildən hesablanmış və qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir; İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh ilə fərdi söhbət aparılaraq ona cəzaçəkmə qaydaları və məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh Bakı şəhərinə getdiyini və elektron qolbağını qırdığını etiraf etmiş və elektron qolbağının dəyərini ödəyə bilməyəcəyini bildirmişdir; İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh mobil qurğu, mobil qurğunun enerji adapteri, sadə elektron qolbağ və mobil qurğunun çexolu və elektron nəzarət vasitəsinin çantası təhkim olunmuş, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir; İş materiallarında olan 21/3-1149 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, elektron nəzarət vasitələrinin tətbiq olunduğu məhkumların izlənilməsi, nəzarətdə saxlanılması ilə bağlı fəaliyyətin təşkili ilə əlaqədar Ədliyyə Nazirliyinin balansında olan izlənmə avadanlıqları Probasiya Xidmətinin Elektron monitorinq, elektron nəzarət sisteminin server avadanlıqları və proqram təminatı (texniki xidmətin göstərilməsi üçün) informasiya-kommunikasiya texnologiyaları idarələrinin istifadələrinə tehvil verilməsi üçün müvafiq akt tərtib olunmuş və tərəflərə təqdim olunmuşdur. Tərtib olunmuş aktda sadə ağıllı elektron qolbağların yə digər nəzarət avadanlıqlarının dəyəri və maliyyə məlumatları öz əksini tapmışdır. Həmçinin bildirilir ki, elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq X1 aşağıda göstərilən hesabına köçürülməlidir. X3 Müxbir hesab nömrəsi: AZ41NABZ******************** VÖEN-İ: **********, Kod: 210005 SWİFT: CTREAZ22, Bakı şəhər maliyyə idarəsi hesab nömr: AZ66CTRE**********0002107131 Səviyyə kodu; 1, Təsnifat kodu: 142330, Valyuta: AZN VÖEN-i: **********; İş materiallarında olan ED 000465 saylı elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyindən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsindən emal üçün götürülmüş “Attenti” sadə qolbağının komplektasiyası pozulmuşdur. Yoxlama nəticəsində komplektə daxil olan TX700 qolbağı aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsızdır; İş materiallarında olan xx.xx.2021-ci il tarixli ED-M-№-96-21 saylı Evrodizayn QSCnin məktubundan görünür ki, Probasiya xidmətinin qeydiyyatda olan elektron nəzarət vassitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və ya yararsız hala salınması hallarında qeyd olunan həmin vasitələrin dəyəri 1930 manat, ƏDV 347.40 manat, cəmi 2277,40 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 1(057)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsa da, o, həmin mobil nəzarət qurğusunu zədələyərək yararsız vəziyyətə salmışdır. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh ödəməli olduğu 2277.40 manat məbləğində pulu hazıradək ödəməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların - məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh mobil nəzarət qurğusunu zədələyərək yararsız vəziyyətə saldığına görə 2277.40 manat pulu qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən öz etirafedici izahatı ilə təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (X2, kod - 210005; VÖEN - **********; SWİFT-CTREAZ22 Müxbir hesab –AZ41NABZ********************), tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutulub dövlət büdcəsinə X2, kod - 210005; VÖEN - **********; SWİFT-CTREAZ22 Müxbir hesab – AZ41NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar