Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1457/2025 14.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı – cavabdehlər Cavabdeh1 Əbdulhəsən oğluna, Cavabdeh2 və Cavabdeh3 Bəhiş oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 Əbdulhəsən oğluna, Cavabdeh2 və Cavabdeh3 Bəhiş oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Əbdulhəsən oğlundan və Cavabdeh3 Bəhiş oğlundan müştərək qaydada 12200 manat pulun, Cavabdeh2 950 manat pulun və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehlərdən alnıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı hazırki iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1 Əbdulhəsən oğlundan və Cavabdeh3 Bəhiş oğlundan müştərək qaydada 12200 manat pulu və Cavabdeh2 950 manat pulu tələb etsə də, həmin tələblərin əlaqəli olması barədə məhkəmə heç bir sübut təqdim etməmiş və bunu iddia ərizəsində əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.3-cü maddəsində iddiaçının bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.7-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Odur ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyindən və həmin tələblərə ayrı-ayrı icraatda müstəqil şəkildə baxılmalı olduğundan və ayrı-ayrılıqda iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğunfan iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 266- 268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 Əbdulhəsən oğluna, Cavabdeh2 və Cavabdeh3 Bəhiş oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. 130 (yüz otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1457/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1457/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver