Məhkəmə qərarları › İş №2(036)-1463/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1463/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1463/2021 30.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borca görə 299 manat 10 qəpik, hesablanmış cəriməyə görə 51 manat 44 qəpik və ödənilməmiş dövlət rüsumuna görə 20 manat olmaqla, ümumilikdə, 370 manat 54 qəpik pulun cavabdehdən tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 376 5145 saylı 2020-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentinerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 389,1 manat dəyərində zəruri vəsait verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğinin dəyərini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən xam pambıq verilməmiş və bununlada müqavilə şərti pozulmuşdur. Cavabdeh tərəfindən avans məbləğindən cəmi 90 manat geri ödəmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans məbləğinin dəyərinə görə iddiaçıya 299,1 manat borcu yaranmışdır. Həmçinin, müqavilənin 4.2-ci maddəsinə əsasən, cavabdeh əsas borcun ödənilməyən hissəsinə görə hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğinə görə cərimə ödəməlidir ki, bu cərimənində məbləği 51,44 manat təşkil edir. Qeyd edilən tələblərlə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh tərəfindən iddiaçının pretenziyalarına cavab verilməmişdir. Nəticədə baxılan işlə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclası zamanı iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borca görə 299 manat 10 qəpik, hesablanmış cəriməyə görə 51 manat 44 qəpik və ödənilməmiş dövlət rüsumuna görə 20 manat olmaqla, ümumilikdə, 370 manat 54 qəpik pulun cavabdehdən tutularaq «İddiaçı MMC xeyrinə ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan əsas borca görə 299 manat 10 qəpik, hesablanmış cəriməyə görə 51 manat 44 qəpik və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, ümumilikdə, 370 manat 54 qəpik pul cavabdehdən tutulub İddiaçı MMCnin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 20 376 5145 saylı müqavilə üzrə 299.10 manat əsas borc, 51.44 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, ümumilikdə, 370.54 manat (üç yüz yetmiş manat əlli dörd qəpik) məbləğində pul tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar