Məhkəmə qərarları › İş №2(036)-1521/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1521/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1521/2021 25.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC-nin “MKT-İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 20376186 saylı, 18 dekabr 2019-cu il tarixli 2020-ci il mövsümü üzrə “xampambığın alqı-satqısı haqqında” müqaviləyə əsəsən Cavabdeh 7.5 (yeddi, beş) hektar sahədə pambıq əkməyi və hər hektardan 25 (iyirmi beş) sentnerdən az olmamaqla xampambıq məhsulu istehsal edib, İddiaçı MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh İddiaçı MMC-dən 8647.55 (səkkiz min altı yüz qırx yeddi, əlli beş) AZN məbləğində avans vəsait götürmüşdür. Belə ki, İddiaçı MMC-dən götürülmüş 8647.55 (səkkiz min altı yüz qırx yeddi, əlli beş) AZN məbləğində avansın ödənişi nağd pul və müəyyən xidmətlər göstərmək formasında həyata keçirilmişdir. Müqavilə şərtlərinə əsasən Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh müəyyən miqdarda xam-pambıq təhvil vermişdir. Eyni zamanda bildirir ki, “Xam-pambığın alqı-satqısı haqqında” müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi təqdirdə yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1 % həcmində cərimə ödəməlidir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri Cavabdeh tərəfindən tam icra edilməmişdir. “Xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə 9503.04 (doqquz min beş yüz üç, sıfır dörd) kq, yəni 6176.98 (altı min yüz yetmiş altı, doxsan səkkizr) AZN məbləği dəyərində xam pambıq təhvil verilmişdir. Bu həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuş, həm də, İddiaçı MMC-dən təhvil götürülmüş cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh tərəfindən avans vəsaitin dəyərindən 1995 (min doqquz yüz doxsan beş) AZN məbləğində nağd vəsait İddiaçı MMC-yə geri qaytarılmışdır. Hal-hazırda öhdəliklərini tam icra etməyən Cavabdehnn avans vəsaitə görə İddiaçı MMC-yə 475.57 (dörd yüz yetmiş beş, əlli yeddi) AZN məbləğində əsas borcu və 90.58 (doxsan, əlli səkkiz) AZN məbləğində cərimə borcu mövcuddur. Borc məbləği xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC-nin “MKT-İmişli” filialı ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 475.57 (dörd yüz yetmiş beş, əlli yeddi) AZN məbləğində əsas borcun və 90.58 (doxsan, əlli səkkiz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 596.15 (beş yüz doxsan altı, on beş) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdehnın iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 20376186 saylı, 18 dekabr 2019-cu il tarixli 2020-ci il mövsümü üzrə “xam-pambığın alqısatqısı haqqında” müqavilədən görünür ki, Cavabdeh 7.5 (yeddi, beş) hektar sahədə pambıq əkməyi və hər hektardan 25 (iyirmi beş) sentnerdən az olmamaqla xam-pambıq məhsulu istehsal edib, İddiaçı MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar İddiaçı MMC-dən 8647.55 (səkkiz min altı yüz qırx yeddi, əlli beş) AZN məbləğində avans vəsait götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 20376186 saylı, 18 dekabr 2019-cu il tarixli 2020-ci il mövsümü üzrə “xam-pambığın alqısatqısı haqqında” müqaviləyə əlavədən görünür ki, İddiaçı MMC-dən götürülmüş 8647.55 (səkkiz min altı yüz qırx yeddi, əlli beş) AZN məbləğində avansın ödənişi “nağd pul” və “müəyyən xidmətlər göstərmək” formasında həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 20376186 saylı, 18 dekabr 2019-cu il tarixli 2020-ci il mövsümü üzrə “xam-pambığın alqısatqısı haqqında” müqaviləsinin 4.2-ci bəndinə əsasən “satıcı” müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1 % həcmdə “alıcı”ya cərimə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 047 saylı, 04 may 2021-ci il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan REF/1334/21 saylı, 16 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 475.57 (dörd yüz yetmiş beş, əlli yeddi) AZN məbləğində əsas borcun və 90.58 (doxsan, əlli səkkiz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 596.15 (beş yüz doxsan altı, on beş) AZN məbləğində borcu mövcudur. İş materiallarında olan ********* saylı, 17 may 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 20376186 saylı, 18 dekabr 2019-cu il tarixli 2020-ci il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən Cavabdeh 7.5 (yeddi, beş) hektar sahədə pambıq əkməyi və hər hektardan 25 (iyirmi beş) sentnerdən az olmamaqla xam-pambıq məhsulu istehsal edib, İddiaçı MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar İddiaçı MMC-dən 8647.55 (səkkiz min altı yüz qırx yeddi, əlli beş) AZN məbləğində avans vəsait götürmüşdür. Bundan başqa, İddiaçı MMC-dən götürülmüş 8647.55 (səkkiz min altı yüz qırx yeddi, əlli beş) AZN məbləğində avansın ödənişi “nağd pul” və “müəyyən xidmətlər göstərmək” formasında həyata keçirilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri Cavabdeh tərəfindən tam icra edilməmiş, cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmiş və İddiaçı MMC-yə 475.57 (dörd yüz yetmiş beş, əlli yeddi) AZN məbləğində əsas borcun və 90.58 (doxsan, əlli səkkiz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 596.15 (beş yüz doxsan altı, on beş) AZN məbləğində borcu mövcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “90.58 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən İddiaçı MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən faiz (cərimə) məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün faiz (cərimə) borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 90.58 (doxsan, əlli səkkiz) AZN məbləğində faiz (cərimə) borcu 40 (qırx) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “90.58 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “xam-pambığın alqı-satqısı haqqında” müqavilənin şərtləri pozulduğu, yəni “borclu” Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 475.57 (dörd yüz yetmiş beş, əlli yeddi) AZN məbləğində əsas borc, 40 (qırx) AZN məbləğində faiz (cərimə) borcu, ümumilikdə 515.57 (beş yüz on beş, əlli yeddi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 475.57 (dörd yüz yetmiş beş, əlli yeddi) AZN məbləğində əsas borc, 40 (qırx) AZN məbləğində faiz (cərimə) borcu, ümumilikdə 515.57 (beş yüz on beş, əlli yeddi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar