Məhkəmə qərarları › İş №2(036)-1527/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1527/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1527/2023 14.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi , İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 1500,0 manat əsas borc və 35 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2022-ci ilin avqust ayında o, makler kimi fəaliyyət göstərən Cavabdeh vasitəsilə Bakı şəhəri, Zığ qəsəbəsində ev tapmış və ev sahibinə 1000,0 manat beh vermişdir. Cavabdeh evin sənədlərini hazırlamaqdan ötrü 1500,0 manat tələb olunduğunu bildirərək ondan dərhal 1000,0 manat nağd qaydada və sonra kart hesabına köçürmə yolu 500,0 manat almışdır. Lakin Cavabdeh evin sənədlərini düzəldə bilmədiyindən alqı-satqı baş tutmamış və beh qaytarılmışdır. Cavabdeh ona cəmi 300,0 manat qaytararaq 1200,0 manat borclu qalmış və ödəməkdən boyun qaçırtmışdır. Ona görə də, Cavabdeh cəmi 1500,0 manat əsas borc və 35 manat dövlət rüsumu alınıb ona verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, faktiki olaraq Bakı şəhərində yaşayır və daşınmaz əmlakın alqı-satqısında vasitəçi kimi fəaliyyət göstərərək qazanc əldə edir. İddiaçı, 2022-ci ilin avqust ayında Bakı şəhəri, Zığ qəsəbəsində ev almaq məqsədilə ona müraciət etmiş və onun göstərdiyi evi almaq məqsədilə ev sahibinə 1000,0 manat beh vermişdir. Evin sənədləri olmadığından İddiaçı sənədləri hazırlamaqdan ötrü ona dərhal 1000,0 manat nağd qaydada və sonra kart hesabına köçürmə yolu 500,0 manat vermişdir. Lakin evin sənədlərini düzəltmək mümkün olmamış və alqı-satqı baş tutmayaraq beh qaytarılmışdır. O, İddiaçı 300,0 manat qaytararaq 1200,0 manat borclu qalmış və maddi imkanı olmadığından indiyədək borcunu qaytara bilməmişdir. АR МПМ-нин 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin avqust ayında İddiaçı daşınmaz əmlakın hüquqi statusuna dair sənədləri hazırlamaqdan ötrü 1500,0 manat almış və üzərinə götürdüyü vəzifəni icra etməyərək cəmi 300,0 manat qaytarıb 1200,0 manat borclu qalmışdır. AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1200,00 manat əsas borc və 32,0 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 1200,0 ( min iki yüz) manat əsas borc və 32,0 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar