Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1530/2021 15.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsinə qaytarılması və alimentin miqdarının artırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.01.2009-cu il təvəllüdlü X5 Cavabdeh himayəsindən alınaraq onun himayəsinə qaytarılmasını və birgə nikahlarından doğulmuş 15.01.2009-cu il təvəllüdlü X5 və 20.09.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İmişli Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsinə əsasən cavabdehdən hər ay onun xeyrinə tutulması müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh 15.01.2009-cu il təvəllüdlü X7 və 20.09.2014-cü il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmış, İmişli Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsi ilə nikahlarını pozulmuş, hər iki uşaq onun himayəsində saxlanılmış və Cavabdeh Ehtibar oğlundan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmşdir. X11 09 avqust 2019-cu ildə atasının yanına getmiş və İmişli Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(036)-1684/2019 saylı qətnaməsi ilə Cavabdeh himayəsinə verilmişdir. Hazırda X11 atası Cavabdeh yanından qaçıb onun yanına gəlmişdir. Ona görə də, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur. O, heç bir yerdə işləmir, yeni ailə həyatı qurub və bir övladı var. Hazırda oğlunun iddiaçının xeyrinə hər ay hər uşağa görə 175 manat məbləğində aliment ödəməyə imkanı yoxdur. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(036)- 235/2018 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 15.01.2009-cu il təvəllüdlü X5 və 20.09.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 24 avqust 2021-ci il tarixli rəyindən görünür ki, komissiya X5 istəyi, X4 isə azyaşlı və ana qayğısına ehtiyacı olduğunu nəzərə alaraq anaları İddiaçı himayəsinə verilməsini uşaqların mənafeyinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmin məcəllənin 63.1-ci maddəsinə görə valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin məcəllənin 63.2-ci maddəsinə görə belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Həmin məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra-Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Nikakın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbi barədə işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 3217-cı il tarixli 8-2/16 nömrəli qərarına əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanşacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 15.01.2009-cu il təvəllüdlü X7 Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməli və İmişli Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə artırılmalı, 15.01.2009-cu il təvəllüdlü X5 və 20.09.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15 yanvar 2009-cu il təvəllüdlü X7 Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilsin. İmişli Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 15.01.2009-cu il təvəllüdlü X5 və 20.09.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. 15 yanvar 2009-cu il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin tutulmasının əvvəli X5 atasından alınıb anasının himayəsinə verildiyi tarixdən hesablansın. 20.09.2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin tutulmasının əvvəli hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1530/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1530/2021
15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver