Məhkəmə qərarları › İş №2(036)-1565/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1565/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1565/2020 20.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASCnin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 529sİMS/17 saylı, xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə illik 35 (otuz beş) %-dək 20000 (iyirmi min) AZN məbləğədək kredit, kredit prosedurlarına görə 5 (beş) % (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 (dörd) AZN məbləğində komisyon haqqı tutmaqla, verilə bilər. Belə ki, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC tərəfindən Cavabdeh cari hesabına xx xxxxxx 2017-ci il tarixdə illik 27 (iyirmi yeddi) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə, aylıq ödəniş 49 (qırx doqquz) AZN məbləği, 14 (on dörd) AZN məbləğində komissiya olmaqla, 500 (beş yüz) AZN məbləğində kredit köçürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kreditborcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür.Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir.Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh xx xxxxx 2020-cu il tarixə banka229.38 (iki yüz iyirmi doqquz, otuz səkkiz) AZN məbləğində əsas kredit borcu, 6.86 (altı, səksən altı) AZN məbləğində faiz borcu, 8.80 (səkkiz, səksən) AZN məbləğində cərimə və ümumilikdə isə 245.04 (iki yüz qırx beş, sıfır dörd) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 229.38 (iki yüz iyirmi doqquz, otuz səkkiz) AZN məbləğində əsas kredit borcunun, 6.86 (altı, səksən altı) AZN məbləğində faiz borcunun, 8.80 (səkkiz, səksən) AZN məbləğində cərimə borcunun, ümumilikdə 245.04 (iki yüz qırx beş,sıfır dörd) AZNməbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinəödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASCqabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 529sİMS/17 saylı, xx xxxxxx 2017-cü il tarixli kredit müqaviləsindən görünür ki,bank tərəfindən Cavabdeh oğluna 120 (yüz iyirmi) ay müddətinə illik 35 (otuz beş) %-dək 20000 (iyirmi min) AZN məbləğədək kredit, kredit prosedurlarına görə 5 (beş) % (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 (dörd) AZN məbləğində komisyon haqqı tutmaqla, verilə bilər. Eyni zamanda, bank tərəfindən Cavabdeh oğlunun cari hesabına xx xxxxxx 2017-ci il tarixdə illik 27 (iyirmi yeddi) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə, aylıq ödəniş 49 (qırx doqquz) AZN məbləği, 14 (on dörd) AZN məbləğində komissiya olmaqla, 500 (beş yüz) AZN məbləğində kredit köçürülmüşdür. İş materiallarında olan UB-BANK/PİKMD/894980 saylı, xx xxxxx 2020-cu il tarixlimaliyyə arayışının surətindən görünür ki, Cavabdeh noğlunun kredit müqaviləsinə əsasən xx xxxxx 2020-cu il tarixə banka229.38 (iki yüz iyirmi doqquz, otuz səkkiz) AZN məbləğində əsas kredit borcu, 6.86 (altı, səksən altı) AZN məbləğində faiz borcu, 8.80 (səkkiz, səksən) AZN məbləğində cərimə borcu və ümumilikdə isə 245.04 (iki yüz qırx beş,sıfır dörd) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD saylı, xx xxxxxxx 3019-cu il tarixli bildirişin surətinən görünür ki, Cavabdeh iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna əldə edilmiş “xxxxxxx” Kommersiya Bankı ASC-nin xx xxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, “xxxxxxx” Kommersiya Bankı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 529sİMS/17 saylı, xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi bankın məlumat bazasına əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 3019-cu il tarixli Fərmanına əsasən kompensasiya ödənilməli və restrukturizasiya olunmalı kredit müqavilələrinin siyasında aşkar edilməmişdir. İş materiallarında olan ********* saylı, xx xxxx 3019-cu il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı“xxxxxxx” Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 529sİMS/17 saylı, xx xxxxxx 2017-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 120 (yüz iyirmi) ay müddətinə illik 35 (otuz beş) %-dək 20000 (iyirmi min) AZN məbləğədək kredit, kredit prosedurlarına görə 5 (beş) % (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 (dörd) AZN məbləğində komisyon haqqı tutmaqla, verilə bilər. Eyni zamanda, bank tərəfindən Cavabdeh oğlunun cari hesabına xx xxxxxx 2017-ci il tarixdə illik 27 (iyirmi yeddi) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə, aylıq ödəniş 49 (qırx doqquz) AZN məbləği, 14 (on dörd) AZN məbləğində komissiya olmaqla, 500 (beş yüz) AZN məbləğində kredit köçürülmüşdür. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və onun kredit müqaviləsinə əsasən xx xxxxx 2020cu il tarixə banka229.38 (iki yüz iyirmi doqquz, otuz səkkiz) AZN məbləğində əsas kredit borcu, 6.86 (altı, səksən altı) AZN məbləğində faiz borcu, 8.80 (səkkiz, səksən) AZN məbləğində cərimə borcu və ümumilikdə isə 245.04 (iki yüz qırx beş, sıfır dörd) AZN məbləğində kredit borcu mövcuddur. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsi “xxxxxxx” Kommersiya Bankı ASC-nin məlumat bazasına əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 3019-cu il tarixli Fərmanına əsasən kompensasiya ödənilməli və restrukturizasiya olunmalı kredit müqavilələrinin siyasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 4412.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 4412.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 529sİMS/17 saylı, xx xxxxxx 2017-cü il tarixli kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 229.38 (iki yüz iyirmi doqquz, otuz səkkiz) AZN məbləğində əsas kredit borcu, 6.86 (altı, səksən altı) AZN məbləğində faiz borcu, 8.80 (səkkiz, səksən) AZN məbləğində cərimə borcu, ümumilikdə 245.04 (iki yüz qırx beş,sıfır dörd) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 229.38 (iki yüz iyirmi doqquz, otuz səkkiz) AZN məbləğində əsas kredit borcu, 6.86 (altı, səksən altı) AZN məbləğində faiz borcu, 8.80 (səkkiz, səksən) AZN məbləğində cərimə borcu, ümumilikdə 245.04 (iki yüz qırx beş, sıfır dörd) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar