Məhkəmə qərarları › İş №2(036)-1572/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1572/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1572/2024 23.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şıralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 51860 (əlli bir min səkkiz yüz altmış) manat pulun və ödədiyi 245 (iki yüz qırx beş) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1990-cı il tarixində Cəlilabad rayonu Maşlıq kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Eyni zamanda yaşadığı Maşlıq kəndində kartof məhsulunun əkini və satışı ilə məşğul olur. Cavabdehi 3 ilə yaxındır ki, tanıyır. Belə ki, Cavabdeh İmişli rayon sakinidir. Cavabdeh kartof məhsulunun alqı-satqısı ilə məşğul olduğundan dəfələrlə Cəlilabad rayonu, Maşlıq kəndinə gələrək müxtəlif şəxslərdən kartof məhsulu alırdı. Həmin vaxtlarda X1 və Elşad Nadirovun vasitəsi ilə Cavabdehlə tanış olmuş və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. X1 və Elşad Nadirovun xahişi üzərinə Cavabdeh 2023-cü ilin may ayı ərzində ondan 1 kiloqram 0,50 qəpik olmaqla, cəmi dəyəri 51860 manatlıq (50 TİR) kartof məhsulunu nisyə olaraq almışdır. Onlardan iki kamaz məhsul onun özünündür. Cavabdeh aldığı həmin kartof məhsullarının pulunu iki ay müddətində ödəyəcəyini bildirmişdir. Lakin bu günə kimi ondan aldığı həmin kartofun dəyərini ona qaytarmamışdır. Həmin halı təsdiq edəcək şahidləri vardır. Bundan başqa cavabdehlərin ona borclu olması barədə 1 ədəd diski ərizəsinə əlavə edir. Cavabdeh onun pulunu qaytarmadığı üçün oda məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, məhkəməyə müraciət etməzdən əvvəl tərəfindən Cəlilabad rayon X7 polis bölməsinə şikayət edilmiş, lakin oradan işin mülki xarakterli olması deyilərək məhkəməyə müraciət etməyi izah olunmuşdur. İddiaçı həmçinin kartofun 256 paketinin öz malı olduğunu, qalanını isə digər şəxslərdən aldığını bildirmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə təsərrüfat işləri ilə məşğul olurdu. O, həmin əkin işlərinin xərcini özü çəkmiş Elsevər isə şumlamaq, əkmək və suvarmaq işlərinə baxmışdır. Həmin məhsullar və Elsevərin öz məshulları da şirkətə vermişdir. Orxan adlı şəxsdir, məhsulları o götürübdür. Arada adlı Amil və Şəhriyar adlı şəxslər də olubdur. Elsevərdən o, kartof almamış yalnız özü onunla şərikli əkdiyi kartofları almışdır. Elsevər kartofları ona yox şirkətə vermişdir. Onun Elsevərə borcu yoxdur. X2, X5 və X4 isə ümumiyyətlə tanımır. Onları bir dəfədir ki, görür. Onların əkin sahələrində də olmamış və onlardan heç bir məhsul almamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, İddiaçı ilə həmkəndlidir. Cavabdeh kəndə kartof alan kimi tanıyır. O, Elsevərdən soruşanda ki, kartofları kimə verirsən cavabında demişdir ki, Cavabdeh. Bundan sonra o cavabdehə birbaşa vermişdir. 520 paket, 38 kilo olmaqla 50 qəpikdən Cavabdeh kartof satmışdır. Dəfələrlə Cavabdeh verilən məhsulların pulların istəmiş və oda bir neçə tanımadığı Orxan, Amid adlı şəxslərə yönəltmişdir. Onlarla danışsa da heç bir faydası olmamışdır. İddiaçıya məxsus 256 paket kartofun şəxsən cavabdehə təqdim edilməsini şəxsən görməmişəm. Hamı məhsulu göndərilmiş maşına yükləyərək göndərmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, İddiaçı ilə sinif yoldaşı olubdur. Cavabdeh kəndə kartof alan kimi tanıyır. O, Elsevərdən soruşanda ki, kartofları kimə verirsən cavabında demişdir ki, Cavabdeh. O, da cavabdehə təqdim edilməsi üçün 100 paket kartofu şəxsən iddiaçıya təqdim etmişdir. Hər paketdə 38 kilo olmaqla 50 qəpikdən satmışdır. Sonradan pulunu ala bilməmişdir. İddiaçıya məxsus 256 paket kartofun şəxsən cavabdehə təqdim edilməsini şəxsən görməmişəm. Hamı məhsulu göndərilmiş maşına yükləyərək göndərmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, İddiaçı ilə sinif yoldaşı olubdur. Cavabdeh kəndə kartof alan kimi tanıyır. O, Elsevərdən soruşanda ki, kartofları kimə verirsən cavabında demişdir ki, Cavabdeh. O, da cavabdehə təqdim edilməsi üçün 100 paket kartofu şəxsən iddiaçıya təqdim etmişdir. Hər paketdə 38 kilo olmaqla 50 qəpikdən satmışdır. Sonradan pulunu ala bilməmişdir. İddiaçıya məxsus 256 paket kartofun şəxsən cavabdehə təqdim edilməsini şəxsən görməmişəm. Hamı məhsulu göndərilmiş maşına yükləyərək göndərmişdir. İşdə olan dəftərdən görünür ki, əl yazısı ilə Vasif, Cavid, Eldar, Elxan, Eliş, Elvin, Samir, Sahin adları və onların adları qarşısında və rəqəmlər qeyd edilmişdir. İş materiallarındakı diskdə olan səs yazısına məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, cavabdehə məxsus olan “nə göndərirsənsə onun içindən ayır bir yerə yığ sonra şəkilin çək at. Sonra Allah xeyir versin kimi səslər qeyd edilmişdir.” Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh ilə aralarında şifahi razılaşma olmasına, həmin razılaşmaya əsasən 2023-cü ilin may ayı ərzində ondan 1 kiloqram 0,50 qəpik olmaqla, cəmi dəyəri 51860 manatlıq (50 TİR) kartof məhsulunu nisyə olaraq almışdır. Cavabdeh aldığı həmin kartof məhsullarının pulunu iki ay müddətində ödəyəcəyini bildirsə də lakin həmin müddətin bitməsinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir vəsaitin ödənilmədiyinə istinad etmiş, cavabdeh tərəfindən 51860 (əlli bir min səkkiz yüz altmış) manat məbləğin ona ödənilməsini tələb etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında hər hansı razılaşmanın olması, onun 2023-cü ilin may ayı ərzində ondan 1 kiloqramı 0,50 qəpik olmaqla, cəmi dəyəri 51860 manatlıq (50 TİR) kartof məhsulunu nisyə alması, cavabdehin onun qarşısında pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. İddiaçı cavabdeh ilə arasında “whatsapp” proqramı vasitəsilə aparılan səs yazısı təqdim edərək məhkəmə tərəfindən onun sübut kimi qəbul olunmasını xahiş edilmişdir. İstinad olunan səs yazısında məhkəmə tərəfindən təhlil edilərək həmin mesajlardan iddiaçının istinad etdiyi halların həqiqiliyinə dəlalət edən yazışmanı aşkar etmək mümkün olmamışdır. Eyni zamanda cavabdeh həmin səs yazısına münasibtədə bildirmişdir ki, iddiaçı ona məxsus məhsulları əkib- becərmişdir. Bu səs yazısın da bildirdiyi fikir həmin məhsullara aiddir. Beləliklə, həmin səs yazısında, cəmi dəyəri 51860 manatlıq (50 TİR) kartof məhsulunu nisyə olaraq alması faktı sübuta yetirilmir. Eyni zamanda, iddiaçı məhkəməyə öz əlyazması ilə tərtib edilmiş dəftəri təqdim edərək bunun da sübut kimi qəbul olunmasını xahiş etmişdir. Lakin məhkəmə qeyd edir ki, əlyazmada əks olunanların cavabdehlə razılaşdırılması, həqiqətən də aralarında olan alışveriş işlərinin yəni 2023-cü ilin may ayı ərzində ondan 1 kiloqram 0,50 qəpik olmaqla, cəmi dəyəri 51860 manatlıq (50 TİR) kartof məhsulunu nisyə alması ilə bağlı hər hansı bir sübut mövcud olmamışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, iddiaçıya məxsus 256 paket kartofun şəxsən cavabdehə təqdim edilməsini görmədiyini, özünə məxsus 520 paket kartofu isə Cavabdeh satdığını və ona təhvil verdiyini bildirmişdir. Belə olan halda, X5 izahatı ilə nəinki, iddiaçının cavabdehə cəmi dəyəri 51860 manatlıq (50 TİR) kartof məhsulunu nisyə satması, hətta onun izahtənda bildirdiyi onun özünə məxsus olan 256 paket kartofu da satması sübuta yetirilməmişdir. X3 isə özünə məxsus 520 paket kartofu isə Cavabdeh birbaşa satdığı və təhvil verdiyini bildirdiyi üçün onun dəyərini tələb etmək hüququ ona məxsusdur. Bununla bağlı iddiaçının hər hansı subyektiv hüququnun yaranması müəyyən edilməmişdir. Digər şahidlər X6 və X5 da iddiaçıya məxsus 256 paket kartofun şəxsən cavabdehə təqdim edilməsini şəxsən görmədiklərini, lakin özlərinə məxsus olan 100 paket kartofu şəxsən iddiaçıya təqdim etdiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, həmin şəxslərin izahatları ilə məhkəmə işin həllində maraqlı olduqları üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 245 (iki yüz qırx beş) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 245 (iki yüz qırx beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 245 (iki yüz qırx beş) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar