Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1589/2023 25.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 14.440 manat məbləğində pulun və 134 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ildə saat 5 radələrində iş zamanı elevator qolunu qoparmış və xəsarət aldığından sol qolu amputasiya olunmuşdur. Əmək qabiliyyətini 80% ömürlük itirdiyinə görə ona İİ qrup əlillik təyin edilmişdir. İşəgötürən tərəfindən iddiaçıya hər ay 150 manat əmək haqqının 80 faizi, ödənc kimi isə 120 manat müəyən olumuşdur. Şirkətin direktoru xx.xx.2017-ci ildə "xxxx" MMC-nin fəaliyyətinin dayandırdığını bildirilmişdir. Ona görə də ona verilən müavinət dayandırılmışdır. İmişli Rayon Məhkəmısinin 2(036)-5583/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 480 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödnilməsi qət edilmişdir.
3. İstehsalatda bədbəxt hadisə haqqında "xxxx" MMC-nın direktoru tərəfindən təsdiq edilmiş 01 saylı "İZ" formalı aktdan görünür ki, 07 sentyabr 2012-ci il tarixdə İddiaçı saat 20:00-da gecə növbəsində işə gəlmiş, 08 sentyabr 2012-ci il tarixdə saat 05 radələrində "Küspə qurutma sahəsində" kisələri anbara daşıyan elevatora ilişərək xəsarət almışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 28 dekabr 2013-cü il tarixli arayışından görünür ki, İddiaçı əmək qabiliyyətini 80% itirməsi ilə əlaqədar müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir.
5. "xxxx" MMC-nin direktoru Cavabdeh iddiaçıya 05 sentyabr 2017-ci il tarixdə ünvanladığı 18 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nın fəaliyyəti 10 iyul 2017-ci il tarixdən dayandırıldığı, müəssisənin hesabına pul vəsaiti daxil olmadığından, sentyabr ayının 1-dən etibarən müavinətin verilməsinə fasilə olacağı, müəssisə fəaliyyətə başladığı andan ödənilməyən aylar da daxil olmaqla ödənişlərin davam etdiriləcəyi bildirilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olur ki, xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmiş "xxxx" MMC təsisçinin “Hüquqi varilik keçmədən hüquqi şəxin ləğv edilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarına əsasən ləğv edilərək xx.xx.2018-ci il tarixdə dövlət reyestrindən çıxarılmışır. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
11. Maddə 239. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuº qaydalar üzrə ödənilir.
13. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
14. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
21. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
22. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli srməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 14 saylı region üzrə X1 və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin Cavabdeh alınması, onun üzərinə işəgötürən müəssisənin fəaliyyətinin dayandırılması barədə sənədlərin DSMFnin İmişli rayon şöbəsinə və digər dövlət qurumlarına təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tаrixli, 2(036)-1580/2018 caylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC-də istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzinin Cavabdeh alınması, onun üzərinə işəgötürən müəssisənin fəaliyyətinin dayandırılması barədə sənədlərin DSMF-nin İmişli rayon şöbəsinə və digər dövlət qurumlarına təqdim edilməsi öhdəliyinin qoyulması qət edilmişdir.
24. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(106)- 594/2020 caylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 14 saylı region üzrə X2 və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
25. Eyni zamanda işin hallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 14 saylı region üzrə X2 və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin illik inflasiyalara uyğun artırılmaqla ödənilməsi” tələbinə dair iddiası üzrə imişli Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdeh “Azəri-HS" MMC-dən 480 manat məbləğində kompensasiyanın tutularaq İddiaçı verilməsi qət edilmişdir.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işə götürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üzün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzim bütövlükdə ödəməlidir. İşə götürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə "istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği" təsdiq edilmişdir Bu Qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğim müəyyən edir.
28. Qaydaların 1.1-ci bəndinə əsasən zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində orwın itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq, dəyən zərərin əvəzi ödənilir.
29. Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir.
30. Qaydaların 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan vəyaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. 31.Qaydaların 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir).
32. Yuxarıda qeyd olunan normaların tələblərindən göründüyü kimi istehsalatda baş vermiş bədbəxt hadisəyə görə zərərin əvəzinin ödənilməsi vəzifəsi işəgötürənin üzərinə qoyulmuşdur.
33. İşin müəyyən olunan hallarına əsasən iddiaçıya işəgötürən müəssisənin fəaliyyəti olduğu dövrdə əvvəlki qazancının, yəni 150 manatın itirmiş olduğu 80% əmək qabiliyyətinə mütənasib olan 120 manat hissəsi davamlı olaraq 2017-ci ilin sentyabr ayınadək ödənilmiş, sonradan müəssisənin fəaliyyətinin dayandırılması və daha sonradan isə müəssisənin ləğv edilməsi səbəbindən problemlər yaranmışdır.
34. Məhkəmə hesab edir ki, müəssisənin fəaliyyətinin dayandırılmasına baxmayaraq həmin müəssisə ləğv olunan günədək istehsalatda xəsarət almaqla əmək qabiliyyətini itirmiş şəxsə aylıq ödənclər verilməlidir. Lakin işin hallarından göründüyü kimi İddiaçı ödənc ödəmə vəzifəsini Cavabdeh deyil, "xxxx" MMC daşıyır.
35. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
38. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
39. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev