Məhkəmə qərarları › İş №2(036)-1591/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1591/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1591/2024 23.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş icraata qəbul edilmiş və məhkəmə hazırlıq iclası 23 iyul 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə vəsatət ilə müraciət edərək mülki işə mahiyyəti üzrə baxılmasını istəmədiyini, ərizəsini və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə ərizəçinin vəsatətini nəzərdən keçirib hesab edir ki, vəsatət qanuni və əsaslı olduğuna görə təmin edilərək iddia ərizəsi geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, İddiaçı tərəfindən iddia tələbi üzrə xx.xx.2024-cü il tarixli, 53204 nömrəli qəbz əsasında "xxxx" MMC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 30 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia tələbi üzrə xx.xx.2024-cü il tarixli, 53204 nömrəli qəbz əsasında "xxxx" MMC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar