Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1593/2021 02.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Saatlı rayonunda yerləşən mağazasından mebel avadanlıqları alınması üçün 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərti ilə 3311 (üç min üç yüz on bir) AZN məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh ilə arasında 094-EMB-0367-17 saylı, 24 iyul 2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin 2.1.6-cı bəndinə əsasən “satıcı” adlandırılan X7 oğlu avadanlıqların (istehlak malları) satışı zamanı 30 (otuz) gündən yuxarı gecikməsi olan müştərilərin borcunu ödəməyi “kreditor” adlandırılan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlik götürmüşdür. 094-EMB-0367-17 saylı, 24 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər “borcalan” Cavabdeh tərəfindən lazımınca icra edilmədiyi üçün Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin 2.1.6-cı bəndinə əsasən “borcalan” Cavabdeh gecikdirilmiş kredit borcu hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 tərəfindən 28 dekabr 2018-ci il tarixdə 181 (yüz səksən bir) AZN məbləğində, 28 fevral 2019-cu il tarixdə 0.26 (sıfır, iyirmi altı) AZN məbləğində, 30 dekabr 2019-cu il tarixdə 854.28 (səkkiz yüz əlli dörd, iyirmi səkkiz) AZN məbləğində, ümumilikdə 1035.54 (min otuz beş, əlli dörd) AZN məbləğində pul Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 01 saylı, 24 iyul 2019-cu il tarixli faktorinq müqaviləsinə və həmin müqaviləyə edilmiş 05 saylı, 22 yanvar 2020-ci il tarixli Əlavəyə əsasən “müştəri” adlandırılan X5 üçüncü şəxslərə qarşı olan tələb hüququnu “faktor” adlandırılan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə güzəşt etməyi, “faktor” isə “müştəri”dən aldığı tələb hüququnun dəyərini müqavilə şərtlərinə uyğun olaraq, ödəməyi öhdəsinə götürmüşdür. Cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 1035.54 (min otuz beş, əlli dörd) AZN məbləğində əsas borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 1035.54 (min otuz beş, əlli dörd) AZN məbləğində əsas borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 094-EMB-0367-17 saylı, 24 iyul 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Saatlı rayonunda yerləşən mağazasından mebel avadanlıqları alınması üçün cəmiyyət tərəfindən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərti ilə 3311 (üç min üç yüz on bir) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 094-EMB-0367-17 saylı, 24 iyul 2017-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəli) görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 3311 (üç min üç yüz on bir) AZN məbləği olan mebel avadanlığının dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 192 (yüz doxsan iki) AZN məbləğində pulu hissə-hissə iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “kreditor” “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə “satıcı” hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin surətindən görünür ki, satıcı bir və ya bir neçə avadanlığı kreditlə əldə etmək istəyən müştəriyə kreditordan müvafiq məbləğə qədər kredit almağı təklif edəcək. Kreditor həmin müştərinin krediti qaytarmaq qabiliyyətini yoxlayıb, təsdiq edəndən sonra, ona bu müqavilədə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan müvafiq kredit qaydalarına uyğun olaraq, müvafiq kredit məbləğini verməyi öz öhdəsinə götürür. Borc almaq istəyən müştəriyə kreditor tərəfindən verilən kreditin illik faizi dərəcəsi kreditləşdirmə müddəti və məbləği qanunvericiliyə və kreditorun qayda və tələblərinə uyğun müəyyənləşdirilir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 01 saylı, 24 iyul 2019-cu il tarixli “Faktorinq” müqaviləsinin surətindən görünür ki, “faktor”un üçüncü şəxs (borclu) barəsində “müştəri”nin (kreditor) üçüncü şəxsə olan pul tələbinin “faktor”a güzəşt etməsi qarşılığında “müştəri”yə pul vəsaiti verməyi öhdəsinə götürməsi, “müştəri”nin isə üçüncü şəxsə (borclu) olan pul tələbini faktora güzəşt etməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 01 saylı, 24 iyul 2019-cu il tarixli “Faktorinq” müqaviləsinə əlavə olunan 05 saylı, 22 yanvar 2020-ci il tarixli sazişin surətindən görünür ki, hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Cavabdeh qarşı 1035.54 (min otuz beş, əlli dörd) AZN məbləği həddində tələb hüququ Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə güzəşt edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ******* saylı, 28 dekabr 2018ci il tarixli, ******* saylı, 28 fevral 2019-cu il tarixli və ******* saylı, 30 dekabr 2019-cu il tarixli kassa mədaxil orderlərinin surətindən görünür ki, “borcalan” Cavabdeh gecikdirilmiş kredit borcuna görə hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 tərəfindən ümumilikdə 1035.54 (min otuz beş, əlli dörd) AZN məbləğində pul Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilmişdir. İş materiallarında olan N MA-0021304-21 saylı, 04 may 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 094-EMB-0367-17 saylı, 24 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcu mövcud deyildir. İş materiallarında olan 04 mart 2021-ci il tarixli xəbərdaqlığın surətindən görünür ki, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə olan borcu və pul tələbinin güzəşt edilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 21 may 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən iddia qaldırılması üçün 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 094-EMB-0367-17 saylı, 24 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əsasən hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Saatlı rayonunda yerləşən mağazasından mebel avadanlıqları alınması üçün cəmiyyət tərəfindən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərti ilə 3311 (üç min üç yüz on bir) AZN məbləğində kredit verilmiş və Cavabdeh ümumi dəyəri 3311 (üç min üç yüz on bir) AZN məbləği olan mebel avadanlığının dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 192 (yüz doxsan iki) AZN məbləğində pulu hissə-hissə iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, “kreditor” “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə “satıcı” hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli əməkdaşlıq haqqında müqaviləyə əsasən satıcı bir və ya bir neçə avadanlığı kreditlə əldə etmək istəyən müştəriyə kreditordan müvafiq məbləğə qədər kredit almağı təklif edəcək. Kreditor həmin müştərinin krediti qaytarmaq qabiliyyətini yoxlayıb, təsdiq edəndən sonra, ona bu müqavilədə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan müvafiq kredit qaydalarına uyğun olaraq, müvafiq kredit məbləğini verməyi öz öhdəsinə götürür. Borc almaq istəyən müştəriyə kreditor tərəfindən verilən kreditin illik faizi dərəcəsi kreditləşdirmə müddəti və məbləği qanunvericiliyə və kreditorun qayda və tələblərinə uyğun müəyyənləşdirilir. Bundan başqa, iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 01 saylı, 24 iyul 2019-cu il tarixli “Faktorinq” müqaviləsinə əsasən “faktor”un üçüncü şəxs (borclu) barəsində “müştəri”nin (kreditor) üçüncü şəxsə olan pul tələbinin “faktor”a güzəşt etməsi qarşılığında “müştəri”yə pul vəsaiti verməyi öhdəsinə gptürməsi, “müştəri”nin isə üçüncü şəxsə (borclu) olan pul tələbini faktora güzəşt etməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Bundan başqa, iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 01 saylı, 24 iyul 2019-cu il tarixli “Faktorinq” müqaviləsinə əlavə olunan 05 saylı, 22 yanvar 2020-ci il tarixli sazişinə əsasən hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Cavabdeh qarşı 1035.54 (min otuz beş, əlli dörd) AZN məbləği həddində tələb hüququ Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə güzəşt edilmişdir. Bundan başqa, 094-EMB-0367-17 saylı, 24 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər “borcalan” Cavabdeh tərəfindən lazımınca icra edilmədiyi üçün Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin 2.1.6-cı bəndinə əsasən “borcalan” Cavabdeh gecikdirilmiş kredit borcu hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 tərəfindən 28 dekabr 2018-ci il tarixdə 181 (yüz səksən bir) AZN məbləğində, 28 fevral 2019-cu il tarixdə 0.26 (sıfır, iyirmi altı) AZN məbləğində, 30 dekabr 2019-cu il tarixdə 854.28 (səkkiz yüz əlli dörd, iyirmi səkkiz) AZN məbləğində, ümumilikdə 1035.54 (min otuz beş, əlli dörd) AZN məbləğində pul Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilmişdir. Bundan başqa, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə olan borcu və pul tələbinin güzəşt edilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 656-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 094- EMB-0367-17 saylı, 24 iyul 2017-ci il tarixli kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 1035.54 (min otuz beş, əlli dörd) AZN məbləğində əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1035.54 (min otuz beş, əlli dörd) AZN məbləğində əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1593/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1593/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver