Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1609/2025 08.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhriş oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhriş oğluna qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhriş oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhriş oğlundan 12200 (on iki min iki yüz) manat pulun və ödənilən 130 (bir yüz otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ildə tanışları olan Cavabdeh1 Əbdulhəsən oğlu, X7 və Cavabdeh2 ona bildirmişlər ki, tikinti sektorunda yaxşı pul var, gəl səndə pul qoy qazanc əldə edək. Bundan sonra oda onlara inanmış və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək hissə - hissə 12200 manat pulu Cavabdeh1 Əbdulhəsən oğluna və Cavabdeh2 vermişdir. Bundan bir qədər sonra o, görmüşdür ki, cavabdehlər əldə olunan gəlirdən ona vermirlər. O, məcbur qalıb cavabdehlərdən onlara verdiyi pulunu geri tələb etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 Əbdulhəsən oğlu və Cavabdeh2 onlara vermişdir. 12200 manat pulun qazancı kimi ona 800 manat pul verdilər ki, əldə olunan gəlirdən ona bu düşür. O da onlarla razılaşmamış və cavabdehlər Cavabdeh1 Əbdulhəsən oğlundan və Cavabdeh2 onlara verdiyi 12200 manat pulu geri tələb etmiş, lakin cavabdehlər onun pulunu qaytarmadılar. O, məcbur qalıb Binəqədi Rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində cavabdehlər izahatlarında ona borclu olduqlarını etiraf etmişlər. X12 işin mülki xarakterli olmasını əsas gətirərək ona məhkəməyə müracət etməyi məsləhət bilmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq qeyd edir ki, müstəntiq işi araşdırarkən Kərimov Asifin atasının adını səhv yazıb və həmçinin tikiniti şirkətinin adınıda səhv yazıb belə ki, Müstəntiq qərarda şirkətin adını “Kristal Abşeron” yazmaq əvəzinə səhfən "xxxx" MMC yazmışdır. Hazırda Cavabdeh1 Əbdulhəsən oğlu və Cavabdeh2 müştərək qaydada ona 12200 manat pul borcludurlar. Cavabdehlər məhkəməyə təqdim etdikləri eyni məzmunlu yazılı etirazlarında göstərmişlər ki, İddiaçı ona və X6 qarşı “pul tələbi barədə” iddia ilə məhkəməyə müraciət edərək, ondan və Afıq Kərimovdan müştərək qaydada 12 200 (on iki min iki yüz) manat pulun və ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı öz iddia ərizəsini belə əsaslandırmışdır ki, guya onlar birlikdə tikinti işinə girmişlər, bu məqsədlə o, 12200 manat pul qoyub, lakin ona həmin məbləğ geri qaytarılmayıb. O, iddia tələbini qəbul etmir və hesab edir ki, iddia ona münasibətdə tamamilə rədd olunmalıdır. Belə ki, cavabdehlərdən Cavabdeh2la o, həqiqətən də tikinti sektorunda podratçı fəaliyyəti göstərirlər və az da olsa, gəlir əldə edirlər. İşləri bundan ibarət idi ki, bina tikintisi ilə məşğul olan şirkətlərin işçi heyətinin (usta) bir qismini təşkil edir, təşkil etdiyi işçilərin məvaciblərini onlar ödəyir, daha sonra isə, həm işçilərə verdiyi pulların, həm də öz xidmət haqqıları tikinti şirkətindən götürürlər. Cavabdeh2la o, bir müddət bu qaydada işlədikdən sonra, hazırki iş üzrə İddiaçı onlara müraciət edərək, onlarla birlikdə işləmək istədiyini, özünün də bu iş üçün hissə-hissə pul qoya biləcəyini demişdir. Onlar İddiaçılə onun işlə tanış olmağına və şirkətin rəhbəri ilə görüşdürməyinə razılaşmışlar. Onlar onu şirkət rəhbəri ilə görüşdürmüşlər. Təxminən 1 ay birlikdə işlədikdən sonra, İddiaçı fikrindən daşındığını, artıq onlarla birlikdə işləmək istəmədiyini bildirmiş və qoyduğu mayanın ona qaytarılmasını tələb etmişdir. Bu zaman İddiaçı qoşulması zamanı cəlb edilən bəzi işçilər işdən ayrılmış və onlar da işləmək istəmədiklərini demişlər. Lakin, həmin işçilərin məvacibi, qoyulmuş maya hesabına avans olaraq əvvəlcədən ödənilmiş və ustalar aldıqları avansları geri qaytarmaqdan imtina etmişlər. Onlar bu pulları işçilər müəyyən qədər işlədikdən sonra ödəyirdilər. Bu barədə də İddiaçı həmin gün məlumat verirdilər. Ustalara ümumilikdə avans olaraq 8000 (səkkiz min) manat pul verilmiş və geri qaytarılmamışdır. Bundan başqa, daha əvvəl görülmüş işlərin dəyəri tikinti şirkəti tərəfindən onlara ödənilərkən, aparılan hesablamalar nəticəsində onlara ümumilikdə 6500 (altı min beş yüz) manat daha az pul ödənilmişdir. Halbuki, onlar həmin məbləğləri qoyulmuş mayadan işçilərə ödəmişlər. Bununla da, birgə fəaliyyətləri nəticəsində hər biriləri 4833,34 manat olmaqla, ümumilikdə 14500 manat zərərə uğramışlar. Yəni, tək İddiaçı deyil, o da zərərə uğramışdır. Halbuki, işlədikləri az bir müddət ərzində ona 800 (səkkiz yüz) manat xeyir vermişlər. Nəzərə çatdırır ki, şirkətdən və bununla yanaşı İddiaçı alınan pulların işçilərə paylanmasını Afıq Kərimovla birlikdə aparmışlar. Bu barədə İddiaçı həmin günə məlumatlandırılmışdır. Bir müddətdən sonra İddiaçı daha pul verməyəcəyini dedikdə, onlar etiraz etmişlər. Ona bildirmişlər ki, əgər ustalara pul verməsələr bu işi davam etdirmək mümkün olmayacaq. Beləliklə, onlar işçilərə pul verə bilmədikləri üçün işi davam etdirə bilməmişlər. İşin də 1 kv.m 6 azn danışdıqları halda, şirkət onlara 4 manatdan pulunu ödəmişdir. Bu barədə İddiaçı bildirmək istəyəndə, o, heç nə eşitmək istəmədiyini deyərək onları ofisdən qovmuşdur. Halbuki, onlar birlikdə işləyib, birlikdə ziyan görmüşlər. Göstərilən səbəblərə görə İddiaçı bu şərtlə razılaşmamışdır. Bunu İddiaçı iddia ərizəsində etiraf etməsə də, onların haqqında Bakı şəhəri Binəqədi RPİ-nə verdiyi şikayət üzrə aparılan araşdırma zamanı etiraf etmişdir. Halhazırda İddiaçı ondan pul tələb etməsi isə, ümumiyyətlə başa düşülən deyil. Çünki, İddiaçı ona borc verməyib, saxlanca pul qoymayıb, o, onun pulunu götürüb şəxsi mənafelərinə xərcləməmişdir. Əliyevin pulu onda heç vaxt olmayıb. Onlar birlikdə müəyyən bir fəaliyyətlə məşğul olmaq üçün maya qoymuş, birlikdə ziyan çəkmişlər. Cavabdeh1 etiraza uyğun izahat verərək bildirdi ki, İddiaçı “pul tələbinə dair’’ iddiasının ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 Bəhriş oğlu iddiaya etiraz edərək, İddiaçı ona və Cavabdeh1 qarşı “pul tələbi barədə” iddia ilə məhkəməyə müraciət edərək, ondan və Cavabdeh1 müştərək qaydada 12 200 (on iki min iki yüz) manat pulun və ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı öz iddia ərizəsini belə əsaslandırmışdır ki, guya onlar birlikdə tikinti işinə girmişlər bu məqsədlə o, 12200 manat pul qoyub, lakin ona həmin məbləğ geri qaytarılmayıb. O, iddia tələbini qəbul etmir və hesab edir ki, iddia ona münasibətdə tamamilə rədd olunmalıdır. Belə ki, cavabdehlərdən Cavabdeh1 ilə o, həqiqətən də tikinti sektorunda podratçı fəaliyyəti göstərirlər və az da olsa, gəlir əldə edirlər. İşləri bundan ibarət olmuşdur ki, bina tikintisi ilə məşğul olan şirkətlərin işçi heyətinin (usta) bir qismini təşkil edir, təşkil etdikləri işçilərin məvciblərini onlar ödəyir, daha sonra isə, həm işçilərə verdikləri pulların, həm də öz xidməthaqqları tikinti şirkətindən götürürlər. Cavabdeh1 ilə o, bir müddət bu qaydada işlədikdən sonra, hazırki iş üzrə İddiaçı onlara müraciət edərək, onlarla birlikdə işləmək istədiyini, özünün də bu iş üçün hissə-hissə pul qoya biləcəyini demişdir. Onlar İddiaçılə onun işlə tanış olmağına və şirkətin rəhbəri ilə görüşdürməyinə razılaşmışlar. Onlar onu şirkət rəhbəri ilə görüşdürmüşlər. Təxminən 1 ay birlikdə işlədikdən sonra, İddiaçı fikrindən daşındığını, artıq onlarla birlikdə işləmək istəmədiyini bildirmiş və qoyduğu mayanın ona qaytarılmasını tələb etmişdir. Bu zaman İddiaçı qoşulması zamanı cəlb edilən bəzi işçilər işdən ayrıldı və onlar da işləmək istəmədiklərini dedilər. Lakin, həmin işçilərin məvacibi, qoyulmuş maya hesabına avans olaraq əvvəlcədən ödənilmişdi və ustalar aldıqları avansları geri qaytarmaqdan imtina etdilər. Onlar bu pulları işçilər müəyyən qədər işlədikdən sonra ödəyirlər. Bu barədə də İddiaçı həmin gün məlumat verirlər. Ustalara ümumilikdə avans olaraq 8000 (səkkiz min) manat pul verilmişdi və geri qaytarılmamışdır. Bundan başqa, daha əvvəl görülmüş işlərin dəyəri tikinti şirkəti tərəfindən onlara ödənilərkən, aparılan hesablamalar nəticəsində onlara ümumilikdə 6500 (altı min beş yüz) manat daha az pul ödənildi. Halbuki, onlar həmin məbləğləri qoyulmuş mayadan işçilərə ödəmişlər. Bununla da, birgə fəaliyyətləri nəticəsində hər biriləri 4833,34 manat olmaqla, ümumilikdə 14500 manat zərərə uğramışlar. Yəni, tək İddiaçı deyil, o da zərərə uğramışdır. Halbuki, işlədikləri az bir müddət ərzində ona 800 (səkkiz yüz) manat xeyir vermişlər. Nəzərə çatdırır ki, şirkətdən və bununla yanaşı İddiaçı alınan pulların işçilərə paylanmasını Cavabdeh1 ilə birlikdə aparmışlar. Bu barədə İddiaçı həmin günə məlumatlandırırdılar. Bir müddətdən sonra İddiaçı daha pul verməyəcəyini dedikdə, onlar etiraz etmişlər. Ona bildirmişlər ki, əgər ustalara pul verməsələr bu işi davam etdirmək mümkün olmayacaq. Beləliklə, onlar işçilərə pul verə bilmədikləri üçün işi davam etdirə bilməmişdilər. İşin də 1 kv.m 6 azn danışdıqları halda, şirkət onlara 4 manatdan pulunu ödəmişdir. Bu barədə İddiaçı bildirmək istəyəndə, o, heç nə eşitmək istəmədiyini deyərək onları ofisdən qovmuşdur. Halbuki, onlar birlikdə işləyib, birlikdə ziyan görmüşlər. Göstərilən səbəblərə görə İddiaçı bu şərtlə razılaşmamışdır. Bunu İddiaçı iddia ərizəsində etiraf etməsə də, onlar haqqında Bakı şəhəri Binəqədi RPİ-nə verdiyi şikayət üzrə aparılan araşdırma zamanı etiraf etmişdir. Hal-hazırda İddiaçı ondan pul tələb etməsi isə, ümumiyyətlə başa düşülən deyil. Çünki, İddiaçı ona borc verməyib, saxlanca pul qoymayıb, o, onun pulunu götürüb şəxsi mənafelərinə xərcləməmişdir. Əliyevin pulu onda heç vaxt olmayıb. Onlar birlikdə müəyyən bir fəaliyyətlə məşğul olmaq üçün maya qoymuşlar, birlikdə ziyan çəkmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər ayrı-ayrılıqda etiraza uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan Binəqədi RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi yaranmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və İddiaçı pul tələbinə dair iddia ərizəsi üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda İddiaçı izahatında göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdan xx.xx.2024-cü il tarixədək olan müddət ərzində tanışı olan Talblı izafət Abdulhəsən oğlu, X9 va Cavabdeh2 ona tikinti işləri görməklə xeyir əldə edəcəyinə dair yalan vəd vermişdir. Bu minvalla, o həmin şəxslərə inanmıș və Cavabdeh1yla Cavabdeh2 hissə-hissə olmaqla ümumilikdə 12200 manat pul vermiş, həmin şəxsin vədinə əsasən ona hər ay vermiş olduğu pulun nisbətində 2500 manat pul verməli olmuşdur. Lakin onlar ona ümumilikdə 800 manat pul vermiş geri qalan 11400 manat pulunu va digər gəlirli pulunu verməmişdir. Bundan əlavə Zahid Kərimovda ona tikinti işi bağlı xeyir əldə edəcəyinə dair yalan ved verərək ondan 950 manat pulunu almışdır. Zahid ona həmin pulun nisbətində hər 5 günün ərzində ona 350 manat pulu verəcəyinə dair bildirməyinə baxmayaraq ona nəinki vermiş olduğu 950 manat pulunu həmçinin digər gəlirli pulunu verməmişdir. Hazırda homin şəxslərdən pulunu geri istədikdə müxtəlif bəhanələrlə pulunu qaytarmamışlar. Həmçinin ona ofisini yandıracaqları barədə bildirmişlər və onu ölümlə təhdid etmişlər. Bu minvalla X8 və X2 ona dələduzluq edərək ümumilikdə 11400 manat, X9 isə 950 manat maddi ziyan vurmuşdur. Həmin qərarda X1 izahatinda göstərilmişdir ki, özü tikinti şirkəti olan "xxxx" MMC-nin tərkibində podratçı kimi fəaliyyət göstərir, Belə ki, onun işi fəhlələri işlə təmin etməklə, onların razılığı əsasında əmək haqlarını vermiş və onların əmək haqlarının müəyyən qismini öz əmək haqqı kimi əldə edir. Bu işlərdə onun şəriki Cavabdeh2 Bəhriș oğlu olmuşdur. İddiaçı uzun müdətdir ki, taniyır. Həmin şəxs ona iș görmək istəməsini, ona maddi pul verərək onlarla birlikdə işləmək istəməsi barədə təklif etmişdir. Onlar da razılaşaraq işinin mahiyyətini başa şaldıqdan sonra İntiqamdan hissə-hissə olmaqla ümumilikdə 12200 manat pul qəbul etmiş, razılaşmaya əsasən həmin görəcəkləri işin gəlirini 3 yerə bölməli imiş, lakin ayliq olaraq onlar İntiqama pul verəcəkləri barədə bildirməmişlər. Bu minvalla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində hissə-hissə almış olduqları pul müqabilində işlər görməklə İntiqama 800 manat gəlirli pul vermișlər. Bundan sonra İntiqam onlara artıq işləmək istəməməsini və vermiș olduğu pulu qaytarmalarını istəmişdir. Lakin onlar gəlir əldə etsələr də, ümumilikdə is ərzində 8000 manat ziyan etmişlər. Belə ki, onların razılaşmalarına əsasən həm xeyir, həm də ziyana șərik olmuşlar. Çünki onlar da ümumilikdə 18000 manat şərikliyə pul qoymușlar. Hazırda onlara müddət lazımdır ki, İntiqamın şərikə vermiş olduğu pulu qaytarsınlar. Arașdırma zamanı izahatı alınmış Cavabdeh2 Bəhriş oğlu izahatında göstərmişdir ki, özü şikinti şirkəti olan "xxxx" MMC-nin tərkibində podratçı kimi, fəaliyyət göstərir. Belə ki, onun işi fəhlələri işlə təmin etməklə, onların razılığı əsasında əmək haqlarını vermiş və onların əmək haqlarının müəyyən qismini öz əmək haqqı kimi əldə etmişdir. Bu işlərdə onun şəriki Cavabdeh1 olmuş, Əliyev Íntiqam Nizam oğlunu uzun müddətdir tanıyır. Həmin șəxs ona görmək istəməsini, ona maddi pul verərək onlarla birlikdə işləmək istəməsi barədə təklif etmişdir. Onlar da razılaşaraq işinin mahiyyətini başa saldıqdan sonra Ïntiqamdan hissə-hissə olmaqla ümumilikdə 12200 manat pul etmişlər. Razılaşmaya əsasən həmin görəcəkləri ișin gəlirimi 3 yerə böləcəkmişlər. Lakin aylıq olaraq onlar İntiqama pul verəcokləri barədə bildirməmişlər. Bu minvalla, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək olan müddət ərzində hissə-hissə almış olduqları pul müqabilində işlər görməklə İntiqama 800 manat gəlirli pul vermişlər. Bundan sonra İntiqam onlara artıq işləmək istəməməsini və vermiș olduğu pulu qaytarmalarını istəmiş, lakin onlar gəlir əldə etsələr də, ümumilikdə iș ərzində 8000 manat ziyan etmişlər. Belə ki, onların razılaşmalarına əsasən həm xeyir, həm də ki, ziyana şərik olmuşlar. Çünki onlar da ümumilikdə 18000 manat şərikliyə pul qoymuşlar, hazırda onlara müddət lazımdır ki, İntiqamın șərikə vermiș olduğu pulu qaytarsınlar. Həmçinin qeyd etmişdir ki, onlar İntiqamı ölümlə təhdid etməmişlər və ofisini yandıracaqları barədə bildirməmişlər. İş materiallarında olan xx.xx.2024-ci il tarixli 1557 nömrəli podrat müqaviləsindən görünür ki, X3 podratçı qismində "xxxx" ASC ilə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli 1585 nömrəli podrat müqaviləsindən görünür ki, Cavabdeh2 Bəhriş oğlu podratçı qismində "xxxx" ASC ilə müqavilə bağlanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş əl yazmalarından görünür ki, adlar və onun qarşısında pul məbləğləri qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin yaranması əsaslarından biri də əsassız varlanmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhriş oğlundan 12200 (on iki min iki yüz) manat pulun və ödənilən 130 (bir yüz otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı gəlir əldə etmək məqsədilə cavabdehlərə hissə-hissə 12200 (on iki min iki yüz) manat məbləğində pul vermişdir. İddiaçıya bunun müqabiləndə cavabdehlər tərəfindən ona hər ay müəyyən məbləğdə pul ödənilmə imiş. Lakin cavabdeh tərəfindən iddiaçıya yalnız 800 manat məbləğində pul verilmişdir. İddiaçı tərəfindən göndərilən pul cavabdehlərdən tələb edilsə də, cavabdehlər tərəfindən pulun qaytarılmasından imtina edilmişdir. Cavabdehlər həmin məbləğin birgə İnvestisiya olduğunu iddia etsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Məhkəmə tərəfindən Binəqədi RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçı tərəfindən 12200 (on iki min iki yüz) manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehlərə verilməsi, ondan 800 manatının cavabdehlər tərəfindən geri qaytarılması və qalan məbləğin isə iddiaçı tərəfindən təlb edilməsinə baxmayaraq geri qaytarılmaması işin mübahisəsiz halı kimi məüyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhriş oğlundan 11400 (on bir min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124.20 (bir yüz iyirmi dörd manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Qətnamə qalan hissədə təmin edilməsin. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhriş oğlundan 11400 (on bir min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 124.20 (bir yüz iyirmi dörd manat iyirmi qəpik) manat olmaqla, ümumilikdə 11524,20 (on bir min beş yüz iyirmi dörd manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud