Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1610/2021 08.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə Cavabdeh arasında bağlanmış RGTK2444782A188 saylı, 29 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 40 (qırx) ay müddətinə 3077.18 (üç min yetmiş yeddi, on səkkiz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 19 may 2021-ci il tarixə banka 2974.30 (iki min doqquz yüz yetmiş dörd, otuz) AZN məbləğində əsas kredit borcu, 408.47 (dörd yüz səkkiz, qırx yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 3382.77 (üç min üç yüz səksən iki, yetmiş yeddi) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 2974.30 (iki min doqquz yüz yetmiş dörd, otuz) AZN məbləğində əsas kredit borcunun, 408.47 (dörd yüz səkkiz, qırx yeddi) AZN məbləğində faiz borcunun, ümumilikdə 3382.77 (üç min üç yüz səksən iki, yetmiş yeddi) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə bağlanmış RGTK2444782A188 saylı, 29 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi istehlak məqsədilə Cavabdeh illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 40 (qırx) ay müddətinə 3077.18 (üç min yetmiş yeddi, on səkkiz) AZN məbləğində kredit verilmişdir. Onu da qeyd edir ki, o, kredit müqaviləsinə əsasən hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, o, kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun tam ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, İddiaçı ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə Cavabdeh arasında bağlanmış RGTK2444782A188 saylı, 29 iyun 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 40 (qırx) ay müddətinə 3077.18 (üç min yetmiş yeddi, on səkkiz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 iyun 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə Cavabdeh arasında bağlanmış RGTK2444782A188 saylı, 29 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 3077.18 (üç min yetmiş yeddi, on səkkiz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 29 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 3077.18 (üç min yetmiş yeddi, on səkkiz) AZN məbləğində kredit borcunu illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 40 (qırx) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 135000/1013 saylı, 27 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 19 may 2021-ci il tarixə banka 2974.30 (iki min doqquz yüz yetmiş dörd, otuz) AZN məbləğində əsas kredit borcu, 408.47 (dörd yüz səkkiz, qırx yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 3382.77 (üç min üç yüz səksən iki, yetmiş yeddi) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 16/7344 saylı, 11 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 26 may 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə Cavabdeh arasında bağlanmış RGTK2444782A188 saylı, 29 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 40 (qırx) ay müddətinə 3077.18 (üç min yetmiş yeddi, on səkkiz) AZN məbləğində kredit verilmiş, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, cavabdeh banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və kredit müqaviləsinə əsasən 19 may 2021-ci il tarixə banka 2974.30 (iki min doqquz yüz yetmiş dörd, otuz) AZN məbləğində əsas kredit borcu, 408.47 (dörd yüz səkkiz, qırx yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 3382.77 (üç min üç yüz səksən iki, yetmiş yeddi) AZN məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 2974.30 (iki min doqquz yüz yetmiş dörd, otuz) AZN məbləğində əsas kredit borcu, 408.47 (dörd yüz səkkiz, qırx yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 3382.77 (üç min üç yüz səksən iki, yetmiş yeddi) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2974.30 (iki min doqquz yüz yetmiş dörd, otuz) AZN məbləğində əsas kredit borcu, 408.47 (dörd yüz səkkiz, qırx yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 3382.77 (üç min üç yüz səksən iki, yetmiş yeddi) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1610/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1610/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver