Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1611/2025 17.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X17 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5249 (beş min iki yüz qırx doqquz) manat pulun və ödədiyi 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli şəhər sakini Cavabdeh onun keçmiş qaynıdır. Yaxın münasibəti olmuşdur. 2023-cü ildə pula ehtiyacı olduğunu demişdir. O da nəğd pulunun olmadığını demişdir. Ona banklardan kredit vermədiyini, onun pul götürüb verməyini, onun qrafik üzrə ödəyəcəyini demişdir. Bir dəfə xx.xx.2023-cü il tarixdə Kapitalbankın İmişli filialından kredit götürüb 2800 manat ona borc vermişdir . Sonra yenə onun xahişi ilə həmin bankdan xx.xx.2024-cü il tarixli müqavilə ilə 2049 manat kredit götürüb və birbank kartda içində 400 manat olmaqla borc kimi cavabdehə vermişdir. Cavabdeh bank cədvəlini də götürmüşdür ki, krediti ödəyəcəkdir. Pulu verməyi gecikdirdiyinə görə ödəməyi ondan tələb etmişdir. Tezliklə verəcəyini bildirmişdir, lakin verməmişdir. Sonralar ondan cəmi 5249 manat pulunu tələb etsə də qaytarmır, hətta telefonda onu təhqir etmişdir. Bu barədə telefon danışıqları vardır və diskə köçürmüşdür. Cavabdehin ona pul borclu olduğunu şahidlər İmişli rayonu Rəsullu kənd sakini X3, İmişli rayonu Qaradonlu kənd sakini X8, Saatlı rayonu Bəylər kəndində yaşayan X4 təsdiq edə bilərlər. Cavabdeh bu günə kimi onu aldadaraq pulunu qaytarmamışdır. O, prokurorluğa və polisə müraciət etmişdir, ona mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh ondan cəmi 5249 manat pulu borc alıb qaytarmamaqla, ona maddi zərər vurmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı ona qaynı Cavabdeh borc verdiyini demişdir. Amma, ona pulun qədəri barədə heç nə deməmişdir. X8 tərəflərin razılaşması və pulun verilməsi zamanı onların yanında olmadığını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
İşə baxan məhkəmənin mövqeyi: İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X5 atasının dayısına 5 min manat kredit götürüb verməsini və onun da buna şahid olduğunu bildirmişdir. Arayışı öz imzası ilə də təsdiq etmişdir. İş materiallarında olan pul kartlarının surətindən görünür ki, 6768 6755 5148 2688 və 4169 7388 2195 3902 nömrəli Kapital Bank kartları İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, RGTK5945248B167 nömrəli kredit müqaviləsindən görünür ki, Nağıyev X2 Bank ASC-dən 2049.67 manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, RGTK5945248B167 nömrəli kredit müqaviləsinə əlavə "xxxx" ASC-nin İmişli rayon filialı ödəniş qrafikindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, RGTK5945248B167 nömrəli kredit müqaviləsinə əsasən yaranmış kredit məbləğinə tam olaraq ödəniş etmişdir. İş materiallarında olan Azərişıq ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-2/14-N- 11645-5/2023 nömrəli məktubundan görünür ki, Səhmdar Cəmiyyətin əməkdaşı olan Cavabdeh sağlamlığı ilə bağlı iş fəaliyyətinə dair "xxxx" ASC-yə ünvanlanmış (xx.xx.2023cü il tarixli, 13-13/1 -N- 11645-5/2023 nömrəli) müraciətə aidiyyəti üzrə baxılmışdır. Səhmdar Cəmiyyətə vətəndaşların işə qəbulu zamanı müvafiq sənədlər tələb edilir. Bunların sırasına tibbi arayış da daxildir. Cavabdeh "xxxx" ASC-nin xx.xx.2015- ci il tarixli, müvafiq əmri ilə X15 Təchizatı və Satışı İdarəsinin(RETSİ) Yarımstansiya xidmətində elektrik çilingəri vəzifəsində işləyir. N. Orucovun iş fəaliyyəti, həmçinin sağlamlığı ilə bağlı hər hansı bir qüsur aşkarlanmamışdır. İş materiallarında olan Azərişıq ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-2/14-N- 10754-5/2024 nömrəli məktubundan görünür ki, X7 əməkdaşları barəsində 13-13/1-N- 10754-5/2024 nömrəli müraciətə "xxxx" ASC-də baxılmışdır. Müraciətdə adları çəkilən X1 Regional Enerji Təchizatı və Satışı İdarəsinin yarımstansiya xidmətində aparıcı-mühəndis, Cavabdeh isə elektrik çilingəri vəzifəsində işləyir, işlədikləri müddətdə xidməti vəzifələrinin icrasında qüsur və nöqsana yol verdikləri müşahidə olunmamışdır. Nəzərə çatdırılmışdır ki, Xanbaba Orucov və Cavabdeh yaxın qohum (ata və oğul) kimi eyni müəssisədə birgə işləməsi qanunvericiliyə zidd deyildir. İşə qəbul prosesi "xxxx" ASC-də fəaliyyət göstərən İşə qəbul Komissiyası tərəfindən müsahibə və müvafiq ixtisaslar üzrə təşkil edilən kursların imtahan nəticələrinə görə növbəlilik qaydasında şəffaf həyata keçirilir. İş materiallarında olan İmişli Rayon Prokurorluğunun 44Ş-24 nömrəli məktubundan görünür ki, Cavabdeh adına kreditlə pul götürməsi, borcun bir hissəsini ödəsə də qalan hissəsini ödəməkdən yayınması barədə müraciətə rayon prokurorluğunda baxılmışdır. Müəyyən edilmişdir ki, müraciətdə göstərilən xüsusatlar cinayət xarakterli deyil, mülki mübahisədir. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan səs yazıları dinlənilmiş, iddia tələbində göstərilənlər öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 5249 manat pulu borc olaraq ödədiyini iddia edərək, geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh ilə aralarında hər hansı razılaşmanın və cavabdehin ona 5249 manat məbləğində pul borcu olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı ona qaynı Cavabdeh borc verdiyini demişdir. Amma, ona pulun qədəri barədə heç nə deməmişdir. X8 tərəflərin razılaşması və pulun verilməsi zamanı onların yanında olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində göstərilən təsdiq etməməklə, tərəflərin razılaşması və pulun verilməsi zamanı onların yanında olmadığını bildirmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdəki səs yazılarından da Cavabdeh iddiaçıya 5249 manat məbləğində pul borcu olması faktı öz təsdini tapmamışdır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 73 (yetmiş üç) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 73 (yetmiş üç) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən 73 (yetmiş üç) dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Orxan Mahmud