Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1612/2025 18.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçıvə onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 13801 manat, mənəvi ziyana görə 5000 manat, cəmi 18801 manat pulun, vəkil xidmətinə görə ödədiyi 350 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli rayonu, Göbəktala kəndində yaşayır. Ataşov X3 rayonu, Məhəmmədli kəndində yaşayır. Onunla əvvəllər heç bir narazılığı və ziddiyyəti olmamışdır. "xxxx" QSC-yə məxsus dəmir yolu həm Məhəmmədli, həm də Göbəktala kəndi ərazisinin kənarından keçir. Dəmir yolunun keçdiyi Məhəmmədli- Göbəktala kəndləri ərazisində təhkim zolağında yararsız vəziyyətdə boş sahə mövcud olmuşdur. O, sahibkarlıq fəaliyyəti üçün qeyd etdiyi Məhəmmədli-Göbəktala kəndləri ərazisində təhkim zolağında yararsız boş sahəni kredit götürərək yararlı vəziyyətə gətirmək üçün işlər görmüşdür. 2018-ci ildə "xxxx" QSC ilə müqavilə bağlayıb Məhəmmədli-Göbəktala kəndləri ərazisində təhkim zolağında yerləşən və yararlı vəziyyətə gətirdiyi boş torpaq sahəsi üzrə müqavilə bağlatmışdır. Müqaviləyə əsasən icarəsinə İmişli-Vətəgə 131 km pk 3+ 80 metrdən 132 km pk 3+80 metrədək yolun kilometr artım istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən ümumi sahəsi 1+60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1,3284 ha hissəsində istifadə etmək istərkən Cavabdeh həmin torpaq sahəsini zəbt etmişdir. Həmin vaxtdan etibarən Cavabdeh onun icarəsində olan torpaq sahəsini zəbt etdiyinə görə icarəsində olan həmin torpaq sahəsində istifadə edə bilməmişdir. Bu məsələ ilə bağlı uzun illər apardığı məhkəmələrdə apardığı mübarizə nəticəsində icarəsində olan torpaq icra məmurları tərəfindən ona qaytarılıb istifadəsinə verilmişdir. Onu bildirir ki, ilk dəfə İmişli Rayon Məhkəməsinin qətnaməsi əsasında qanuni istifadəsində olan torpaq sahəsi Cavabdeh verilmiş, orada quraşdırdığı tikililər sökülmüş, bunun nətiəcsində keçirdiyi əsəb sarsıntıları nəticəsində ürək xəstəliyi tapmış və hazırda da həmin xəstəliklə bağlı müalicəsi davam edir. O, 2018-ci ildən hazırkı vaxtadək icarəyə götürdüyü torpaq sahəsinə görə Cavabdeh tərəfindən zəbt edildiyi illərdə daxil olmaqla dövlətə 886,03 manat icarə haqqı köçürmüşdür. Cavabdehin təqsirli hərəkəti nəticəsində icarəsində olan torpaq sahəsindən yonca əkib heyvanlarını bəsləyə bilməmişdir. Bu səbəbdən istifadə edə bildiyi 6 ilə görə ona dəymiş ziyanla bağlı Azərbaycan Respublikası “X2” müraciət etmişdir. Mütəxəsislərin verdiyi qiymətləndirilmə rəyinə görə 2018-ci ildən 2023-cü ilədək çəkilmiş xərclər, biçin vaxtları əldə edilən məhsul və sair hallar hesablanmaqla ona 13 801 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Buna görə keçirdiyi əsəb sarsıntılarına görə xəstəxanaya düşməyinə, dərman xərclərinə və sair mənəvi əzablara görə Cavabdeh tərəfindən ona vurulmuş ziyan 5 000 manatdır. Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması” tələbi ilə İmişli Rayon Məhkəməsinə qaldırdığı iddia ərizəsinə 01 mart 2019-cu il tarixdə baxılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmış, həmin qətnamədən verdiyi apellyasiya şikayətinə 22 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq İmişli Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(036)- 16/2019 nömrəli qətnaməsi ləğv olunmuş və iş üzrə cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmışdır. 18 dekabr 2024-cü il tarixdə cavabdeh zəbt etdiyi torpaq sahəsindən icra məmurları tərəfindən çıxarılaraq həmin torpaq sahəsi onun istifadəsinə verilmişdir. Hazırda qeyd olunan torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edir. İcarəyə verdiyi torpaq sahəsi onun istifadəsinə verildikdən sonra cavabdehin 6 il ərzində zəbti ilə bağlı ona vurduğu maddi ziyanı mütəxəsisslər vasitəsi ilə müəyyən edilmişdir. Cavabdeh ona vurduğu cəmi 18 801 manat pulu tələb etsə də o, ona vurduğu maddi və mənəvi ziyana görə pul ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş 30 dekabr 2019-cu il tarixli, 22519 nömrəli, 27 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/9313 nömrəli rəylərindən də görünür ki, onun "xxxx" QSC ilə 16 fevral 2018-ci il tarixdə bağlanılmış İM-154 nömrəli və 18 yanvar 2023-cü il tarixdə bağlanılmış 13-1 -2/2-19/2023 nömrəli müqavilələr əsasında icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk 4-dək (3+80 metrədək) təhkim zolağında (yolun kilometr artımı istiqamətinin sağ tərəfində) olan ümumi sahəsi 25 000 kv. metr (1,60 ha-yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1.3482 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(106)-15/2 Məhkəməsinin 01 mart2019-cu il tarixli, 2 (036)-16/2019 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək həmin qətnamə ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilmiş, "xxxx" QSC-yə məxsus olmaqla onun icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 metrdən 132-ci km pk 3+80 metrədək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1,3284 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 18 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən istifadə olunan İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk 4dək (3+80 metrədək) təhkim zolağında (yolun kilometr artımı istiqamətinin sağ tərəfində) olan ümumi sahəsi 25 000 kv. metr (1,60 ha-yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1.3482 kv.metr hissəsi döngə nöqtələri ölçü aləti vasitəsi ilə müəyyən edilərək iddiaçının istifadəsinə verilmişdir. Hüquqi xidmət göstərilməsindən ötrü müdafiəçi ilə bağladığı müqaviləyə əsasən 350 manat pul, iddia qaldırmaqdan ötrü isə 147 manat dövlət rüsumu ödəmiş və çəkdiyi həmin xərcləri də cavbdeh Cavabdeh tələb edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddaçı Əzimov X8 Rayon Məhkəməsinə “cavabdeh tərəindən ona dəymiş 13.801 (on üç min manat səkkiz yüz bir) manat maddi ziyana, 5000 (beş min) manat mənəvi ziyana görə, cəmi 18.801 (on səkkiz min səkkiz yüz bir) manat pulun, vəkil xidmətinə görə ödədiyi 350 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə” iddia ərizəsi ilə müraciət edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə verdiyi iddia ərizəsində göstərir ki, o, ona maddi və mənəvi ziyan vurmuşdur. Lakin, İddiaçı qərəzli olaraq ona qarşı bu məzmunda iddia tələbi irəli sürmüşdür və iddia tələbinin qanuni əsası yoxdur. Belə ki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının” və “ Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 33 saylı, 23 fevral 2005-ci il tarixli qərarına əsasən İmişli-Vətəgə mənzili 131-ci km pk-4-dək təhkim zolağında yerləşən ümuni sahəsi 25000 kv.m sahədən ibarət olan torpaq sahəsi dəmir yolu nəqliyyatı təyinatlı torpaq sahəsi kimi "xxxx" QSC-tərəfindən İ M-154 saylı, 16 fevral 2018-ci il tarixli “Torpaq icarəsi haqqında” müqaviləyə əsasən 1 (bir) il müddətinə Cəmiyyət tərəfindən onun icarəsinə verilmiş, "xxxx" QSC-nin "xxxx" MMC ilə onun arasında bağlanmış 01 saylı, 18 fevral 2018-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilənin uzadılması haqqında razılaşmaya əsasən həmin torpaq sahəsinin icarəyə verilməsi haqqında İM-154 saylı, 16 fevral 2018-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilənin müddəti 16 fevral 2020-ci ilə qədər uzadılmışdır. Bildirir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Məhəmmədli kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olduğundan İmişli rayonu, Yalavac Bələdiyyəsinin mülkiyyətində olan Bakı-Horadiz dəmiryol xəttinin İmişli rayonu, Məhəmmədli kəndi ərazisindən keçən hissəsi ilə İmişli rayonu, Məhəmmədli kəndi ərazisindən keçən su arasındakı boş qalmış cəmi 2.60 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsini kənd təsərrüfatı becərmək məqsədilə icarəyə götürmüş və icarə haqqını qabaqcadan Yalavac bələdiyyəsin büdcəsinə ödəmişdir. Lakin İmişli rayonu, Göbəktala kənd sakini İddiaçı həmin torpaq sahəsinə heç bir sənədi olmadan özbaşınalıq yolu ilə zəbt edərək ərazidə heyvandarlıq məqsədi ilə yardımçı tikililər tikmiş və torpaqdan şəxsi təsərrüfatındakı heyvanların otlaq sahəsi kimi istifadə etməklə onun torpaqdan istifadə hüququnu pozaraq ona maddi zərər vurmuşdur. Mübahisə predimeti olan torpaq sahəsi İmişli - Vətəgə mənzili 131-ci km pk 2-dən 132-km pk-dək təhkim zolağında yerləşir və İddiaçı "xxxx" QSC-yə məxsus Məhəmmədli - Göbəktala kəndləri ərazisində təhkim zolağında yerləşən və özbaşına yararlı vəziyyətə gətirdiyi boş torpaq sahəsini qanunsuz olaraq zəbt edərək ərazidə heyvandarlıq məqsədi ilə yardımçı tikililər tikmiş və torpaqdan şəxsi təsərrüfatındakı heyvanların otlaq sahəsi kimi istifadə etmişdir. Bu nöqsanlarla bağlı iddiaçı ilə aralarında narazılıq olmuşdur. İddiaçı iddia edir ki, orda quraşdırdığı tikililərin sökülməsi nəticəsində keçirdiyi əsəb sarsıntıları nəticəsində ürək xəstəliyi tapmışdır. Əgər o, xəstədirsə necə avtomobil idarə edir? Hətta o, qəssablıqlada məşğul olur. Xəstə adam heç bir iş görə bilməz. Həmin torpaq sahəsi dəmir yolunun sağ və sol tərəfinin M.Əsədov adına kolxozu cins mal-qara saxlaması üçün yem çuğunduru və arpa əkirdi, kolxoz özü meliorasiya işi aparmışdır. O, onun tələbi ilə razı deyildir. Bir neçə dəfə məhkəmə cavabdehin eyni məzmunlu ərizəsinə baxıb. Əlavə olaraq qeyd edir ki, İmişli Rayon Məhkəməsində cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia qaldırmışdır. Həmin məhkəmənin 04 may 2017-ci il tarixli 2(036)-1916/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir və həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti İmişli Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(036)-1916/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru Ramil Ağasıyev tərəfindən qətnamə tam icra olunaraq 12 iyul 2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata “İcra haqqında “Qanunun 20.1.5-ci mədəsinə əsasən xitam verilmiş, qərar İmişli rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Ruhin Xəlilov tərəfindən təsdiq edilmişdir. Buna görə də, Ramazanın ərizəsi əsassızdır və şər böhtan xarakteri daşıyır. İddiaçı ərizəsində yazır ki, “X2” müraciət etmiş və mütəxəssislərin verdiyi qiymətləndirmə rəyinə əsasən ona qarşı tələb irəli sürür. O, həmin tələblə qətiyyən razılaşmır. Belə ki, o, ekspertiza mərkəzində iştirak etməmişdir. Hər kəsin hüququ vardır ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prossesində ağlabatan müddətdə baxılsın. Hakimlər işlərə qərəzsiz, ədalətlə tərəfin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Etirazına əlavə etdiyi İmişli rayon məhkəməsinin qətnamələri, apellyasiya məhkəməsinin qətnamələrinin və icra vərəqəsinin olması ilə təsdiq olunur. Məhkəmə qeyd etdiyi halları nəzərə almalıdır. Hörmətli hakim, inanır ki, bu işə ədalətlə baxılacaq. Xahiş edir ki, etirazında göstərdiklərini nəzərə almağı və İddiaçı ona qarşı tələbini qanunsuz və əsassız olduğundan rədd edəsiniz. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə Cavabdeh vurduğu maddi ziyana görə 13801 manat, mənəvi ziyana görə 5000 manat, cəmi 18801 manat pulun, vəkil xidmətinə görə ödədiyi 350 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi xahiş edir. İş materiallarında olan Azərbaycan Vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İmişli Rayon Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası “X6” xx.xx.2025-ci il tarixli 70 nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, "xxxx" QSC-yə məxsus dəmir yolunun İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80m-dən 132-ci km pk 3+80m-dək yolun kilometr istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, xx.xx.2025-ci il tarixli, 13-1- 2/2-53/2025 saylı müqavilə əsasında İddiaçı ayrılmış 1.4 ha torpaq sahəsində 2018-ci ildən 2023-cü ilə kimi, yəni 6 il ərzində yonca əkiləcəyi təqdirdə bütün aqrotexniki qulluq xərclərini çıxmaqla 2019-cu ildən 2024-cü ilə kimi, yəni biçin müddətində - 5880 ədəd yonca presi (məhsul) və ya - 13,801.00 manat təmiz gəlir əldə edilməsi müəyyən edilir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106) -15/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-16/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, "xxxx" QSC-yə məxsus olmaqla İddiaçı icarəsinə verilmiş, İmişli- Vətəgə mənzili 131 -ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1,3284 ha hissəsindən Cavabdeh çıxarılmış, iddia qalan hissədə təmin olunmamış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilmiş və ödənilmiş mütəxəssis xərclərinin əvəzi 110 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2019-cu il tarixli 22519 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə - X4 LTİ-nin mütəxəssis rəyinə əsasən, "Azərbaycan Dəmir Yolları” QSC ilə iddiaçı arasında 16 fevral 2018-cı il bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş Vətəğə mənzili 131-ci km pk 2-dən 132-ci pk-4 dək təhkim zolağında olan ümumi 25000 kv.metr torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla "Dəmir yolu nəqliyyatı" torpaqlarına aid olması müəyyən edilmişdir. Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, “Azərbaycan Dəmir Yollan" QSC ilə arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli - Vətəgə mənzili 131-cı km pk 2-dən 132-cı pk-4 dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv. metr torpaq sahəsinin 13482 kv. m hissəsi Dəmir yolu nəqliyyatlı torpaqlardan və dəmir yolunun xususı mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının və Dəmir yolları uçun və dəmir yolunun sanitariya mühafizə zonası üçün torpaqayırma Normalarının təsdiq edilməsi haqqında Azərbaycan Pespublikası Nəzirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən dəmir yolu nəqliyyat təyinatlı torpaq sahəsi kimi "Azərbaycan Dəmir Yolları” QSC-nin istifadəsində olmadığı müəyyən olunmuşdur. Beyləqan LTİ-nın mütəxəssis rəyinə əsasən, “Azərbaycan Dəmir Yolları'' QSC ilə arasında 16 fevral 2018-cı il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli - Vətəgə mənzili 131-ci km. pk 2-dən 132-cı pk - təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin 13482 kv. metr Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01 saylı razılaşma müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 16.02.2C18-ci il tarixli İM-154 nömrəli İcarə Müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılır. İcarəçi icarə sahəsi üçün icarə haqqım xx.xx.2018-ci il tarixli İM-154 nömrəli İcarə müqaviləsinin 4-cü maddəsində müəyyən edilmiş qaydada və məbləğdə ödəməyə davam edir. Bu Razılaşma xx.xx.2018-ci il tarixli İM-154 nömrəli müqavilənin ayrılmaz hissəsi sayılır. Azərbaycan dilində tərtib edilmiş və eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədən ibarətdir. 1 (bir) nüsxə İddiaçı, 1 (bir) nüsxə isə “Azərbaycan Dəmir yolları" QSC-də saxlanılır. Bu Razılaşma imzalandığı və tərəflərin möhürü ilə təsdiq edildiyi tarixindən qüvvəyə minir. xx.xx.2018-ci il tarixli İM- 154 nömrəli müqavilənin qalan bəndləri dəyişməz olaraq qalır. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036) 1916/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli İD-15 nömrəli əmrdən görünür ki, ayrı-ayrı dövrlərdə 8 saylı Saatlı yol distansiyası tərəfindən X1 və İddiaçı dəmir yolunun İmişli - Vətəgə mənzili 130 km pk 4-dən 132 km pk 4-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində mühafizə zolağında torpaq sahələrinin ayrılması ilə əlaqədar əsassız verilmiş 53 nömrəli, 13 10.1997-ci iltarixli və 71 nömrəli, 27 12.2005-ci il tarixli əmrləri və uyğun olaraq ayrılmış torpaq sahələrindən istifadə hüquqları Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 08 1973-cü ı! tarixli, 270 saylı Qərarına və Azərbaycan Dəmir Yolu rəisinin 29/N nömrəli, 03 04 1979-cu il tarixli əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 nömrəli, xx.xx.2005-ci iltarixli Qərarına əsasən ləğv edilmiş, əmrin icrasına nəzarət Departamentin Texniki istehsalat şöbəsi təhkim zolağı və ətraf mühitin qorunması üzrə şöbə rəisinin müavini Bəhrəm Şükürova tapşırılmış və əmr imzalandığı gündən qüvvəyə minir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli İD-642/1 nömrəli məktubundan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığınız 2(036)3016/2016 saylı, 12,05.2016-cı il tarixli sorğu ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, dəmir yolunun 8 saylı Saatlı yol distansiyası tərəfindən vətəndaşlar X1 və İddiaçı İmışli-Vətəgə mənzili 130 km pk 4-dən 132 km pk 4-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində mühafizə zolağında bostan və biçənək məqsədi ilə torpaq sahəsinin ayrılması ilə əlaqədar verilmiş əmrlər Azerbaycan Respublikası Nazirier Sovetinin xx.xx.1973-cü il tarixli, 270 saylı Qərarına və yol rəisinin 29/N nömrəli. xx.xx.1979-cu il tarixli əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 nömrəli, xx.xx.2005-ci il tarixli Qərarına uyğun olmadığına görə Departamentin İD-15 nömrəli. xx.xx.2016-cı il tarixli əmri ilə ləğv edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir Yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 23 fevral 2005-ci il tarixli 33 nömrəli Qərarına əsasən İmişli-Vətəgə mənzili 130 km pk 4-dən 132 km pk 4-dək yolun kilometr artımı istiqamıtinin sağ tərəfində mühafizə zolağının eni 24 iyirmi dörd) metr müəyyən olunmuşdur. İş materiallarında olan “Andromed” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli həkim müayinəsinin nəticəsindən görünür ki, X5 aşaığıdakı diaqnoz qoyulmuşdur: Mədəciklərarası çəpər azacıq qalındır. Hər iki qulaqcıq genişdir. Mitral qapaq ciddi fıbrotik qalın və uzundur Hər iki qapaqda Prolaps qeydə alındı Mitral qapaqda Prolaps sərhoddi=8mm(Orta dərəcə X11). Aorta qapağı kalsifıkdir. Seqmentaı divar hərəkəti pozuntusu qeydə alınmadı. Sol mədəciyin sistolik və diaslolik funksiyaları normaldır. Ürək vurğulan arasında tez-tez ekstra vurğular qeydə alındı. Perikard boşluğu təmizdir. Ağ ciyər arteriya daxili sistolik təzyiq normadan artıqdır-39mmHg (Zəif Pulınonar hiperlenziya). İİ-İ1İ dərəcə Mitral, 1İ-İİİ dərəcə Trikuspid, 1 dərəcə Pulmonar arteriya qapaq çatışmamazlığı izlənildi. İş materiallarında olan “Medisan” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli həkim müayinəsinin nəticəsindən görünür ki, X5 aşaığıdakı diaqnoz qoyulmuşdur: Sol mədəmin sistolik, diastolik funksiyası normaldır.Sol qulaqcıq genəlmişdir, sağ boşluqlar normaldır. MÇ və QÇ tamdır. Seqmenlar hərəkət qüsuru yoxdur. Aortal qapaq üçtaylıdır, aortanın koarktasiyası yoxdur. Aşağı boş vena normal ölçüdədir, nəfəsalma aktına reaksiyası 50%-dən çoxdur. Ağ ciyər arteriyasında sistolik təzyiq normaldır. Perikard təmizdir.Mitral qapağın arxa tayının prolapsı izlənir. (arxa tayın qapanması zamanı P2 seqmentinde flail müşahidə olunur). Rəngli doppler FXOKQ-da: İİ dər mitral çatmamazlıq , İİ dər trikuspidal çatmamazlıq. İş materiallarında olan torpağın icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, İmişli rayon Yalavac bələdiyyəsi tərəfindən Cavabdeh 2,60 ha torpaq sahəsini əkinləri əkib - becərmək məqsədi ilə 11 (on bir) ay müddətinə hər hektara 50 manat olmaqla cəmi 130 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı tərəfindən cavabdehə maddi və mənəvi ziyan tələbi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı heç bir əsaslı sübutllar gətirmədiyindən iddia tələbi ona qarşı hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhz iddiaçının hüquqazidd əməli yəni, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyinin ona məhz 13801 manat məbləğində ziyan dəyməsinin səbəbli əlaqəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının hazırki iddia tələbinin onunla əsaslandırmışdır ki, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) 13801 manat məbləğindədir. İddia tələbinin sübut kimi isə məhkəməyə Azərbaycan Respublikası “X6” xx.xx.2025ci il tarixli 70 nömrəli qiymətləndirmə rəyini təqdim etmişdir. Həmin rəydə göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində, "xxxx" QSC-yə məxsus dəmir yolunun İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80m-dən 132-ci km pk 3+80m-dək yolun kilometr istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, xx.xx.2025-ci il tarixli, 13-1- 2/2-53/2025 saylı müqavilə əsasında İddiaçı ayrılmış 1.4 ha torpaq sahəsində 2018-ci ildən 2023-cü ilə kimi, yəni 6 il ərzində yonca əkiləcəyi təqdirdə bütün aqrotexniki qulluq xərclərini çıxmaqla 2019-cu ildən 2024-cü ilə kimi, yəni biçin müddətində - 5880 ədəd yonca presi (məhsul) və ya - 13,801.00 manat təmiz gəlir əldə edilməsi müəyyən edilir. Lakin məhkəmə hesab edir ki, həmin rəy iddiaının təmin edilməsinin yeganə sübutu kimi çıxış edə bilməz. Belə ki, şəxsin hüquqlarının pozulması nəticəsində onun əldə edə biləcəyi gəlir real faktlara və əsaslara söykənməli, formal xarakter daşımamalıdır. Belə ki, iddiaçının təqdim etdiyi rəydə iddiaçıya qaytarılmış torpaq sahəsində yonca əkilməsi ehtimalı qiymətləndirilmişdir. Lakin iddiaçı tərəfindən həmin torpaq sahəsinin onun sahibliyində olduğu dövrdə orada və ya başqa torpaq sahəsində yonca əkəməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçının, ümumiyyətlə, əkinçiliklə məşğul olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı iddia tələbi şəxsi mülahizələrə əsaslanmaqla verildiyindən təmin edilə bilməz. Məhkəmə, iddiaçının iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması halı sübut olunmadığından, iddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilə bilməz. Bundan başqa, məhkəmə mənəvi zərərin təsdiq edən sübut qismində məhkəməyə təqdim etdiyi “Andromed” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli həkim müayinəsi nəticəsində görünür ki, həmin müayinədə qeyd edilən diaqnoz iddiaçıya onun cavabdeh tərəfindən hüquqlarının pozulmağa başlandığı iddia etdiyi 2018-ci il tarixdən əvvələ aiddir. Bunan görə də, həmin xəstəliyin yaranaması səbəbi kimi cavabdehin hərəkət və hərəkətsizliyi çıxış edə bilməz. Həmçinin, iddiaçının tərəfindən məhkəməyə onun səhhətində yaranmış xəstəliklərin cavabdehin hərəkət və ya hərəkərsizliyi nəticəsində yaranmış hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının səhhətində yaranmış xəstəliklərlə cavabdehin hərəkət və ya hərəkərsizliyi arasında hər hansı səbəbli əlaqə müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 355-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı qızı tərəfindən ödənilmiş 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1612/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1612/2025
18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver