Məhkəmə qərarları › İş №2(036)-1617/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1617/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1617/2021 22.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 309-1019-008828 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən istehlak məqsədilə cavabdehə illik 40 (qırx) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 259 (iki yüz əlli doqquz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" X2 ASC ASC arasında 0004 saylı, 10 may 2018-ci il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunmasına dair” müqavilə bağlanmışdır. “Tələbetmə hüququnun güzəşt olunması haqqında” müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 309-1019-008828 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn tələbetmə hüququ "xxxx" X2 ASC-yə ötürülmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 16 may 2021-ci il taixə banka 70.85 (yetmiş, səksən beş) AZN məbləğində əsas kredit borcu, 21.07 (iyirmi bir, sıfır yeddi) AZN məbləğində faiz borcu, 63.52 (altımış üç, əlli iki) AZN məbləğində cərimə borcu, əldən çıxmış faydaya görə 1.40 (bir, qırx) AZN məbləğində pul və ümumilikdə 156.84 (yüz əlli altı, səksən dörd) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 70.85 (yetmiş, səksən beş) AZN məbləğində əsas kredit borcunun, 21.07 (iyirmi bir, sıfır yeddi) AZN məbləğində faiz borcunun, 63.52 (altımış üç, əlli iki) AZN məbləğində cərimə borcunun, əldən çıxmış faydaya görə 1.40 (bir, qırx) AZN məbləğində pulun, ümumilikdə 156.84 (yüz əlli altı, səksən dörd) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 309-1019-008828 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, cəmiyyət tərəfindən istehlak məqsədilə Cavabdeh illik 40 (qırx) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 259 (iki yüz əlli doqquz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 309-1019-008828-2 saylı, 21 oktyabr 2019-cu il tarixli ödəmə tapşırığının surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 309-1019-008828-2 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh nağd pul şəklində 259 (iki yüz əlli doqquz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan notarial qaydada təsdiq edilmiş 309-1019-008828 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 259 (iki yüz əlli doqquz) AZN məbləğində kredit borcunu illik 40 (qırx) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 0004 saylı, 10 may 2018-ci il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunmasına dair” müqavilənin surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" X2 ASC arasında tələbetmə hüququnun güzəşt olunması haqqında qarşılıqlı razılıq əldə edilmişdir. İş materillarında olan notarial qaydada təsdiq edilmiş "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" X2 ASC arasında bağlanmış “Hüquqların ötürülməsi barədə” 882 saylı, 20 noyabr 2019-cu il tarixli sazişin surətindən görünür ki, 0004 saylı, 10 may 2018-ci il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunmasına dair” müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 309-1019-008828 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn tələbetmə hüququ "xxxx" X2 ASC-yə ötürülmüşdür. İş materiallarında olan tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişin surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı X2 ASC arasında bağlanmış 0004 saylı, 10 may 2018-ci il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunmasına dair” müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 309-1019-008828 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn tələbetmə hüququnun "xxxx" X2 ASC-yə ötürülməsi haqqında cəmiyyət tərəfindən Cavabdeh məlumat verilmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 16 may 2021-ci il tarixə banka 70.85 (yetmiş, səksən beş) AZN məbləğində əsas kredit borcu, 21.07 (iyirmi bir, sıfır yeddi) AZN məbləğində faiz borcu, 63.52 (altımış üç, əlli iki) AZN məbləğində cərimə borcu, əldən çıxmış faydaya görə 1.40 (bir, qırx) AZN məbləğində pul və ümumilikdə 156.84 (yüz əlli altı, səksən dörd) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 04 iyun 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 309-1019-008828 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən istehlak məqsədilə Cavabdeh illik 40 (qırx) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 259 (iki yüz əlli doqquz) AZN məbləğində kredit verilmiş, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, 0004 saylı, 10 may 2018-ci il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunmasına dair” müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" X2 ASC arasında tələbetmə hüququnun güzəşt olunması haqqında qarşılıqlı razılıq əldə edilmiş, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" X2 ASC arasında bağlanmış “Hüquqların ötürülməsi barədə” 882 saylı, 20 noyabr 2019-cu il tarixli sazişə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 309-1019-008828 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn tələbetmə hüququ "xxxx" X2 ASC-yə ötürülmüş və bu barədə cəmiyyət tərəfindən Cavabdeh məlumat verilmişdir. Bununla yanaşı, Cavabdeh bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və onun kredit müqaviləsinə əsasən 16 may 2021-ci il tarixə banka 70.85 (yetmiş, səksən beş) AZN məbləğində əsas kredit borcu, 21.07 (iyirmi bir, sıfır yeddi) AZN məbləğində faiz borcu, 63.52 (altımış üç, əlli iki) AZN məbləğində cərimə borcu, əldən çıxmış faydaya görə 1.40 (bir, qırx) AZN məbləğində pul və ümumilikdə 156.84 (yüz əlli altı, səksən dörd) AZN məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 309-1019-008828 saylı, 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 70.85 (yetmiş, səksən beş) AZN məbləğində əsas kredit borcu, 21.07 (iyirmi bir, sıfır yeddi) AZN məbləğində faiz borcu, 63.52 (altımış üç, əlli iki) AZN məbləğində cərimə borcu, əldən çıxmış faydaya görə 1.40 (bir, qırx) AZN məbləğində pul, ümumilikdə 156.84 (yüz əlli altı, səksən dörd) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 70.85 (yetmiş, səksən beş) AZN məbləğində əsas kredit borcu, 21.07 (iyirmi bir, sıfır yeddi) AZN məbləğində faiz borcu, 63.52 (altımış üç, əlli iki) AZN məbləğində cərimə borcu, əldən çıxmış faydaya görə 1.40 (bir, qırx) AZN məbləğində pul, ümumilikdə 156.84 (yüz əlli altı, səksən dörd) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar