Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1651/2024 24.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində borcun və 60 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, o, İmişli rayonunun Sarıxanlı kəndində yaşayır.X2 ailəsi ilə birlikdə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində yaşayır. Cavabdeh ilə qohumluq münasibəti vardır. Namiq qardaşı Natiqin olduğu şəhərdə yaşamış və bir qohum kimi qardaşı Natiq ona Sankt-Peterburq şəhərində şərait yaradaraq işləyib qazanc əldə etməsinə köməklik göstərmişdir. Hətta, 08 sentyabr 2022-ci il tarixdə Namiq Natiqin yanına iş üçün müraciət etmiş, Namiq Rusiya Federasiyasında ayrı-ayrı banklardan külli miqdarda kredit götürmüş, lakin vaxtında krediti ödəmədiyinə görə barəsində axtarış işi olmuş, bu səbəbdən Namiq öz adı ilə orada işləyib özünü dolandıra bilməmişdir. Qardaşı Natiq də qohum kimi ona köməklik göstərməkdən ötrü həyat yoldaşı Abbasova Həvvanın adına kreditlə “Kia Ceed” markalı avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaratmışdır. Şərtə əsasən kreditin aylıq ödənişi və avtomobilin texniki xərclərinə görə ayda cəmi Azərbaycan Respublikasının pul vahidi ilə 1500 manat, Rusiya Federasiyasının pul vahidi ilə 65000 rubl ödəməyi öhdəsinə götürmüşdür. 2023-cü ilin yanvar ayına kimi Namiq kredit borcunu ödəmiş, bundan sonra isə heç bir ödəniş etməmişdir. Sonradan məlum olmuşdur ki, Namiq həmin avtomobili əzmiş, sığorta ilə bağlı iş görülmək istəyərkən sonuncu avtomobili gizlətmişdir. Hətta qardaşı Natiq müəyyənləşdirib ki, Namiq özbaşına olaraq 2022-ci ilin noyabr ayının 4-də 1 700 000 rubla satışa çıxarıbmış. 2023-cü ildən Namiq Həvvanın adına kreditə götürülmüş “Kia Ceed” markalı avtomobili Sankt-Peterburq şəhərində gizlədib Azərbaycan Respublikasına yaşadığı Sarıxanlı kəndinə qayıtmışdır. Namiq avtomobili gizlətməsinin səbəbi kimi guya 23 il əvvəl Ukrayna Respublikasına apardığı meyvəyə görə 4500 manat ziyan vurması olmuşdur. O, bir qardaş kimi Namiqin yaşadığı evə gedib bu məsələ ilə maraqlanmış və Namiq onu inandırmışdır ki, Natiq onu ziyana saldığına görə ona kreditlə alınıb verilmiş avtomobili gizlətmişdir. Ona görə də Natiqin pulu qaytaracağı təqdirdə o da avtomobili qaytaracağına dair söz vermişdir. O, həmin vaxt Namiqə pulu qaytaracağını, Namiq qaynı Nizaminin yanında ona 500 manatı keçdiyini, 4000 manatı ödədiyi halda gizlətdiyi avtomobili qaytaracağına söz verdi. O, Namiqin həmin təklifi ilə razılaşmışdır. Heyvanını satıb 4000 manatı toplamış və Namiq də qaynı Nizami ilə onun yaşadığı evə gəmişlər. Həyat yoldaşı Abbasova Lalənin, Nizaminin və oğlu Abbaslı Elgizin yanında 4000 manatı sayıb Namiqə vermişdir. Namiq həmin pulu ondan götürdükdən sonra avtomobili geri qaytarmamış hətta qardaşının ona 20000 ABŞ dolları məbləğində borcu olduğunu bildirmişdir. Namiq hətta bu sözü deyib şikayət edəcəyi təqdirdə qardaşı Natiqin həyatına son qoyacağı hədəsi ilə onu hədələmişdir. Bu səbəbdən həmin vaxt Azərbaycan Respublikasında olan gəlinləri X1 Rayon polis şöbəsinə şikayət etmişdir. Həvvanın şikayəti üzrə aparılmış araşdırma zamanı Namiq özü izahatında da, ondan 4000 manat pul aldığını etiraf etmişdir. Aralarıında olan razılaşmanı pozduğuna görə ona verdiyi 4000 manatı tələb etmiş, ona məsələni qardaşı Natiqlə həll etməsini və onun pulunu qaytarmasını tələb etmişdir. Namiq isə ona pulu qaytarmayacağını və qardaşı Natiqin ona borcu olduğunu bildirmişdir. Dəfələrlə Namiqdən verdiyi 4000 manat pulu tələb etsə də, sonuncu həmin pulu qaytarmaqdan qəti imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, o, Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində İddiaçı qardaşı Natiqgillə birlikdə işləmişdir. 20 ildir ki, Natiqin ona təxminən 20000 dollar borcu var. 2022-ci ilin avqust ayının sonlarında o, işləmək üçün Rusiya Federasiyasına getmiş, Natiq orada olarkən ona avtomobil götürüb taksi kimi fəaliyyət göstərməsini təklif etmiş və o, onlardan "Kia ceed" markalı avtomobili götürmüşdür. O, günlük Natiqə təxminən 50 manat icarə pulu verməli olmuşdur. Təxminən 4 ay o, həmin avtomobillə taksi kimi fəaliyyət göstərmiş və daha sonra Natiqə zəng vurub, Azərbaycana getdiyini və avtomobili yaşadığı yerin yaxınlığına "prospekt Staçik” yerdə saxladığını, avtomobili oradan götürməsini demişdir. Həmin vaxt Natiq Rusiyada olmadığı üçün o, avtomobili Natiqə təhvil verə bilməmişdir. Azərbaycana qayıtdıqdan sonra Natiqdən borcunu tələb etmişdir. O, Rusiyada 8 ay Natiqin şəxsi sürücüsü işləmiş, lakin, sonuncu ona 4000 manat verməli olduğu halda pulu verməmişdir. 2023-cü ilin, təxminən yanvar ayında Natiqin qardaşı Məhəmmədəli İmişli rayon Sarıxanlı kəndində onlara məxsus evdə 4000 manat pulu ona vermiş və qardaşının borcunun ödədiyini demişdir. O, isə qalan pulu da ödəməsini Məhəmmədəliyə demişdir. Maşını isə heç kimə geri qaytarmamışdır. Yerini yalnız özü bilir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, cavabdehin etiraf ərizəsinə nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1651/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1651/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver