Məhkəmə qərarları › İş №2(036)-1654/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1654/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1654/2020 29.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı “X4 Kompleksi” MMC-nin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı “X4 Kompleksi” MMC-nin Cavabdeh Mirfidə oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Kompleksi” MMC Cavabdeh Mirfidə oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı “X4 Kompleksi” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı “X4 Kompleksi” MMC-nin “X6 və Tədarükü Məntəqəsi” filialı ilə Cavabdeh Mirfidə oğlu arasında bağlanmış 004 saylı, xx xxxxxx 2018-ci il tarixli 2019-cu il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsəsən Cavabdeh Mirfidə oğluu 140 (bir yüz qırx) hektar sahədə pambıq əkməyi və hər hektardan 20 (iyirmi) sentnerdən az olmamaqla məhsul əldə etməklə, iddiaçı “X4 Kompleksi” MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh Mirfidə oğlu iddiaçı “X4 Kompleksi” MMC-dən 20790.31 (iki yüz yeddi min doxsan, otuz bir) AZN məbləğində avans vəsait götürmüşdür. Belə ki, “X4 Kompleksi” MMC -dən götürülmüş 20790.31 (iki yüz yeddi min doxsan, otuz bir) AZN məbləğində avansın ödənişi nağd pul və müəyyən xidmətlər göstərmək formasında həyata keçirilmişdir. Müqavilə şərtlərinə əsasən Cavabdeh Mirfidə oğlu götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh Mirfidə oğlu müəyyən miqdarda xam-pambıq təhvil vermişdir. Eyni zamanda bildirir ki, “Xam-pambığın alqı-satqısı haqqında” müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi üçün yerinə yetirilməyən öhdəlik üzrə xampambığın 1-ci növ qiyməti ilə (birinci növ xam-pambığın 1 tonunun qiyməti 650 manat) 20 (iyirmi) % həcmində cərimə ödəməlidir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri Cavabdeh Mirfidə oğlu tərəfindən tam icra edilməmişdir. “Xam-pambığın alqısatqısı haqqında” müqaviləyə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh Mirfidə oğlu cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Eyni zamanda, bildirir ki, Cavabdeh Mirfidə oğlu tərəfindən iddiaçı “X4 Kompleksi” MMC-nin xeyrinə pul ödənişi həyata keçirilməmişdir. Hal-hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh Mirfidə oğlunun avans vəsaitə görə iddiaçı “X4 Kompleksi” MMC-yə 20790.31 (iki yüz yeddi min doxsan, otuz bir) AZN məbləğində əsas borcu və 36400 (otuz altı min dörd yüz) AZN məbləğində cərimə borcu mövcuddur. Borc məbləği xam-pambığın tədarükünü həyaı min ta keçirən “X4 Kompleksi” MMC-nin “X6 və Tədarükü Məntəqəsi” filialı ilə Cavabdeh Mirfidə oğlu arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Qeyd edilənlərə əsasən, Cavabdeh Mirfidə oğlundan 20790.31 (iyirmi min yeddi yüz doxsan, otuz bir) AZN məbləğində əsas borcun, 36400 (otuz altı min dörd yüz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 57190.31 (əlli yeddi min yüz doxsan, otuz bir) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X4 Kompleksi” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh Mirfidə oğlu qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh Mirfidə oğlunun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsininizahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı “X4 Kompleksi” MMC-nin “X6 və Tədarükü Məntəqəsi” filialıilə Cavabdeh Mirfidə oğlu arasında bağlanmış 004 saylı, xx xxxxxx 2018-ci il tarixli 2019-cu il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqavilədən görünür ki,Cavabdeh Mirfidə oğlu 140 (bir yüz qırx) hektar sahədə pambıq əkməyi və hər hektardan 20 (iyirmi) sentnerdən az olmamaqla məhsul əldə etməklə, iddiaçı “X4 Kompleksi” MMC-yə satmağı, yəni “alıcı”nın mülkiyyətinə verməyi öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar “X4 Kompleksi” MMC-dən 20790.31 (iyirmi min yeddi yüz doxsan, otuz bir) AZN məbləğində avans vəsait götürmüşdür. İş materiallarında olan iddiaçı “X4 Kompleksi” MMC-nin “X6 və Tədarükü Məntəqəsi” filialıilə Cavabdeh Mirfidə oğlu arasında bağlanmış 004 saylı, xx xxxxxx 2018-ci il tarixli 2019-cu il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əlavədən görünür ki,“X4 Kompleksi” MMC -dən götürülmüş 20790.31 (iyirmi min yeddi yüz doxsan, otuz bir) AZN məbləğində avansın ödənişi “nağd pul” və “müəyyən xidmətlər göstərmək” formasında həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı “X4 Kompleksi” MMC -nin X6 və Tədarükü Məntəqəsiilə Cavabdeh Mirfidə oğlu arasında bağlanmış 004 saylı, xx xxxxxx 2018-ci il tarixli 2019-cu il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləsinin 4.1-ci bəndinə əsasən xam-pambığın 1 (bir) tonunun satın alma qiyməti: birinci növ-650 (altı yüz əlli) manat, ikinci növ-630 (altı yüz otuz) manat, üçüncü növ-590 (beş yüz doxsan) manat, dördüncü növ-550 (beş yüz əlli) manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan iddiaçı “X4 Kompleksi” MMC -nin X6 və Tədarükü Məntəqəsifilialıilə Cavabdeh Mirfidə oğlu arasında bağlanmış 004 saylı, xx xxxxxx 2018ci il tarixli 2019-cu il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləsinin 5.1 və 5.2-ci bəndlərinə əsasən “alıcı” bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş gər gün üçün ödənilməyən məbləğin 0.01 % miqdarında, lakin ödənilməyən məbləğin 0.5 %-dən artıq olmamaq şərtilə və müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi üçün yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (birinci növ xam-pambığın 1 tonunun qiyməti 650 manat) 20 (iyirmi) % həcmində “təsərrüfat” cərimə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 03-A2P-2020-0062 saylı, xx xxxxxx 2020-ci il tarixlipretenziyanın surətindən görünür ki, Cavabdeh Mirfidə oğlu “X4 Kompleksi” MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixliüzləşmə aktından görünür ki, Cavabdeh Mirfidə oğlunun “X4 Kompleksi” MMC-yə 20790.31 (iyirmi min yeddi yüz doxsan, otuz bir) AZN məbləğində əsas borcu mövcudur. İş materiallarında olan ********* saylı, xx xxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, “X4 Kompleksi” MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “X4 Kompleksi” MMC-nin X6 və Tədarükü Məntəqəsifilialıilə Cavabdeh Mirfidə oğlu arasında bağlanmış 004 saylı, xx xxxxxx 2018-ci il tarixli 2019-cu il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən Cavabdeh Mirfidə oğlu 140 (bir yüz qırx) hektar sahədə pambıq əkməyi və hər hektardan 20 (iyirmi) sentner məhsul əldə etməklə, “X4 Kompleksi” MMC yə satmağı öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar olaraq, “X4 Kompleksi” MMC-dən 20790.31 (iyirmi min yeddi yüz doxsan, otuzbir) AZN məbləğində avans vəsait götürmüşdür. “X4 Kompleksi” MMC-dən götürülmüş 20790.31 (iyirmi min yeddi yüz doxsan, otuzbir) AZN məbləğində avansın ödənişi “nağd pul” və “müəyyən xidmətlər göstərmək” formasında həyata keçirilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri Cavabdeh Mirfidə oğlu tərəfindən tam icra edilməmiş, cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh Mirfidə oğlu cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmiş və iddiaçı “X4 Kompleksi” MMC-yə 20790.31 (iyirmi min yeddi yüz doxsan, otuz bir) AZN məbləğində əsas borcu və 36400 (otuz altı min dörd yüz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 57190.31 (əlli yeddi min yüz doxsan, otuz bir) AZN məbləğində borcu mövcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “36400 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsində hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə “X4 Kompleksi” MMC tərəfindən faiz (cərimə) məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün faiz (cərimə) borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 36400 (otuz altı min dörd yüz) AZN məbləğində faiz (cərimə) borcu 200 (iki yüz) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “36400manat məbləğində faiz borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddiaçı “X4 Kompleksi” MMC ilə Cavabdeh Mirfidə oğlu arasında bağlanmış “xam-pambığın alqı-satqısı haqqında” müqavilənin şərtləri pozulduğu, yəni “borclu” Cavabdeh Mirfidə oğlu tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh Mirfidə oğlundan 20790.31 (iyirmi min yeddi yüz doxsan,otuz bir) AZN məbləğində əsas borc, 200 (iki yüz) AZN məbləğində faiz (cərimə) borcu, ümumilikdə 20990.31 (iyirmi min doqquz yüz doxsan, otuz bir) AZN məbləğində borcvə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X4 Kompleksi” MMC-nin xeyrinəödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mirfidə oğlundan 20790.31 (iyirmi min yeddi yüz doxsan, otuz bir) AZN məbləğində əsas borc, 200 (iki yüz) AZN məbləğində faiz (cərimə) borcu, ümumilikdə 20990.31 (iyirmi min doqquz yüz doxsan, otuz bir) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X4 Kompleksi” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar