Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1659/2020 07.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 2(036)-1659/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ İmişli Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il İmişli şəhəri Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisə olan “X2 Edilməsi Agentliyi” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı”kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisə olan “X2 Edilməsi Agentliyi” MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 570 saylı, xx xxxx 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə” dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş ********** saylı, xx xxxxxxx 2015-ci il tarixli dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidentinin 570 saylı, xx xxxx 2015-ci il tarixli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüququ şəxs statuslu qurum (“X2 edilməsi Agentliyi” MMC”) vasitəsi ilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini (“X2 edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 101 S saylı, xx xxxxxx 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh Əlibaba oğluna dair sənədlər S-FK-702 saylı, xx xxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC təhvil verilmişdir. “xxxx” ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh Əlibaba oğlu arasında bağlanmış 114-xx.xx.2014-SM68 saylı, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5800 (beş min səkkiz yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bankın “Binəqədi” filialı ilə digər cavabdeh Zamin arasında xx xxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh və Zamin banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh və Zamin xx xxxxxx 2017-ci il tarixə banka 1978.19 (min doqquz yüz yetmiş səkkiz, on doqquz) AZN məbləğində əsas kredit borcu, 177.66 (yüz yetmiş yeddi, altmış altı) AZN məbləğində faiz borcu və ümumilikdə 2155.85 (iki min yüz əlli beş, səksən beş) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1978.19 (min doqquz yüz yetmiş səkkiz, on doqquz) AZN məbləğində əsas kredit borcunun, 177.66 (yüz yetmiş yeddi, altmış altı) AZN məbləğində faiz borcunun, ümumilikdə 2155.85 (iki min yüz əlli beş, səksən beş) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisə olan “X2 Edilməsi Agentliyi” MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisə olan “X2 Edilməsi Agentliyi” MMCnin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh və Zamin qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh və Zamin, o cümlədən, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisə olan “X2 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 114-xx.xx.2014-SM68 saylı, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5800 (beş min səkkiz yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin “Binəqədi” filialı ilə cavabdeh Zamin arasında bağlanmış 114-xx.xx.2014-SM68 saylı, xx xxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Zamin bank qarşısında “zamin” durmuşdur. İş materiallarında olan FJB**********186 saylı, xx xxxxxxx 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, “xxxx” ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 114-xx.xx.2014-SM68 saylı, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 5510 (beş min beş yüz on) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 114-xx.xx.2014-SM68 saylı, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 5800 (beş min səkkiz yüz) AZN məbləğində kredit borcunu illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan S-FK 702 saylı, xx xxxxxxx 2017-ci il tarixli aktdan görünür ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 570 saylı, xx xxxx 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə” dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 101 S saylı, xx xxxxxx 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh Əlibaba oğluna dair sənədlər S-FK-702 saylı, xx xxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Əlibaba oğlunun kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixə banka 1978.19 (min doqquz yüz yetmiş səkkiz, on doqquz) AZN məbləğində əsas kredit borcu, 177.66 (yüz yetmiş yeddi, altmış altı) AZN məbləğində faiz borcu və ümumilikdə 2155.85 (iki min yüz əlli beş, səksən beş) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********* saylı, xx xxxxxxx 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisə olan “X2 Edilməsi Agentliyi” MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 114-xx.xx.2014-SM68 saylı, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5800 (beş min səkkiz yüz) AZN məbləğində kredit verilmiş, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, “xxxx” ASC-nin “Binəqədi” filialı ilə digər cavabdeh Zamin arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Zamin bank qarşısında “zamin” durmuş və zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyır. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan bank qarşısında olan öhdəliklərini tam icra etməmiş və kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixə banka 1978.19 (min doqquz yüz yetmiş səkkiz, on doqquz) AZN məbləğində əsas kredit borcu, 177.66 (yüz yetmiş yeddi, altmış altı) AZN məbləğində faiz borcu və ümumilikdə 2155.85 (iki min yüz əlli beş, səksən beş) AZN məbləğində kredit borcu mövcuddur. Bundan başqa, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 570 saylı, xx xxxx 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə” dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 101 S saylı, xx xxxxxx 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh Əlibaba oğluna dair sənədlər S-FK-702 saylı, xx xxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, “xxxx” ASC-nin “Binəqədi” filialı ilə cavabdehlər Cavabdeh və Zamin arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştətək qaydada 1978.19 (min doqquz yüz yetmiş səkkiz, on doqquz) AZN məbləğində əsas kredit borcu, 177.66 (yüz yetmiş yeddi, altmış altı) AZN məbləğində faiz borcu, ümumilikdə 2155.85 (iki min yüz əlli beş, səksən beş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştətək qaydada 1978.19 (min doqquz yüz yetmiş səkkiz, on doqquz) AZN məbləğində əsas kredit borcu, 177.66 (yüz yetmiş yeddi, altmış altı) AZN məbləğində faiz borcu, ümumilikdə 2155.85 (iki min yüz əlli beş, səksən beş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1659/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1659/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver