Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1675/2021 23.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində pul, yararsız hala gətirmiş olduğu soyuducu və “Ariston” markalı qızdırıcının yenisi ilə əvəz edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2019-cu ilin avqust ayında, evini ona kirayə vermək məqsədilə tanış olmuşdur. Təxminən 1 (bir) il 6 (altı) ay Cavabdeh onun evində kirayədə qalmışdır. Cavabdehlə şifahi müqavilə bağlamış və hər ay 300 manat ödəmək şərtilə evini ona kirayə vermişdir. Sonuncu bir aylıq ödənişini və iki aylıq kommunal xərcləri ona ödəməmiş və eyni zamanda evdə olan soyuducu və “Ariston” markalı qızdırıcını yararsız hala salmışdır. Dəfələrlə 1 aylıq kirayə haqqını iki aylıq kommunal xərcləri və yarasız hala saldığı məişət əşyalarını yenisi ilə əvəz etməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək onunla görüşdən yayınmışdır. Daha sonra telefon danışığı zamanı Rafiq ona dəymiş maddi ziyanı ödəyəcəyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, vədini yerinə yetirməmişdir. Bununla bağlı polisə müraciət etmişdir. Müraciət mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Nəsimi rayon Polis İdarəsi 10-cu Polis şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh ilə telefon əlaqəsi yaradılmış, o, İmişli rayonunda olduğunu, ev sahibinə borcunun olmasını səmimi etiraf etmiş və Bakı şəhərinə gələcəyi vaxt İddiaçı ilə görüşərək ona dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı evində kirayə qalmış, 350 manat məbləğində kirayə haqqın və kommunal xərcləri ödəməmiş, həmçinin iddiaçının evində olan soyuducu və “Ariston” markalı qızdırıcını istifadəyə yararsız hala salmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 740.1-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində pul, yararsız hala gətirmiş olduğu soyuducu və “Ariston” markalı qızdırıcının yenisi ilə əvəz olunaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində pul, yararsız hala gətirmiş olduğu soyuducu və “Ariston” markalı qızdırıcının yenisi ilə əvəz olunaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1675/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1675/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver