Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1687/2025 02.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının şəxsi mülkünə dəymiş 6282 manat məbləğində zərərin cavabdehlərdən müştərək şəkildə iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı cavabdehlər tərəfindən iddiaçının şəxsi mülkünə dəymiş 6282 manat məbləğində zərərin cavabdehlərdən müştərək şəkildə tutularaq iddiaçının xeyrinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 21:45-də İmişli MRX-dan RPŞ-nin NH-nə daxil olmuş məlumatda İmişli rayonu, Mürsəlli kəndində yaşayan 1990-cı il təvəllüdlü İddiaçı yol-nəqliyyat hadisəsi zamanı almış olduğu "başın sol hissəsinin kəsilmiş və cırılmış yarası" xəsarətləri ilə həmin xəstəxanaya daxil olması göstərilmiş və həmin müraciət əsasında İmişli RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X1 tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh1 iddiaçıya qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(036)-1536/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdeh İddiaçı 4840 manat və 69 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. O, qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 2(106)-126/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(036)-1536/2023 saylı qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. İddia tələbinin təmin olunmasına əsas İmişli RPŞ-nin 30 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı olmuşdur ki, həmin qərara əsasən də İddiaçı idarə etdiyi "VAZ-2106 minik" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində hərəkətdə olarkən geriyə dönmə əməliyyatı edib yolun əks hərəkət zolağına çıxmış və həmin vaxt öz yolu ilə hərəkətdə olan Cavabdeh1 məxsus "Toyota Camry" minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da baş vermiş yolnəqliyyat hadisəsini törətməsi təsdiq edilərək İmişli rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən iddiaçının barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İmişli RPŞ-nin DYPB-yə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsində mülki işə baxılarkən o, qərardan narazı qaldığı üçün İmişli rayon prokuroruna şikayət versə də şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Baş prokurorluğuna şikayət vermiş və şikayəti əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qanunsuz və əsassız hesab edilərək, Baş prokurorun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2024-cü tarixli "cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi barədə" qərarı ilə ləğv edilərək əlavə araşdırma aparılması üçün İmişli rayon prokurorunun vasitəsi ilə İmişli RPŞ-nin Təhqiqat Bölməsinə göndərilmişdir. Həmin qərar əsasında İmişli rayon polis şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılaraq qərarda göstərilən xüsusatlar tam və hərtərəfli qaydada yoxlanılmış və 26 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək iddiaçının əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin, Cavabdeh2 əməlində isə iddiaçı yüngül bədən xəsarətləri aldığı üçün Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Ancaq hadisə 2023-cü ilin mart ayının 16-da baş verdiyi üçün Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçının təqsirli olmasını sübut edən İmişli rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilərək 26 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək iddiaçının əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin, Cavabdeh2 əməlində isə iddiaçı yüngül bədən xəsarətləri aldığı üçün Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğu göstərilmişdir. Abasov X2 rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən iddiaçıdan vurulmuş ziyanı tələb etmişdir. Hal-hazırda da iddiaçı 26 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən iddiaçıya vurulmuş ziyanı tələb etmək hüququna malikdir. Hadisə zamanı iddiaçıya 6282 manat maddi ziyan vurulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən etiraf edərək izahatında göstərmişdir ki, "Tayota Camry” minik markalı “**-CC-***” dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə o idarə etmiş yəni, faktiki olaraq onun istifadəsində olmuş, lakin həmin avtomobil qardaşı Cavabdeh1 mülkiyyətində olmuşdur. İddiaçının tələb etdiyi məbləğlə razılaşmır. Belə ki, iddia üzrə 1700 manat ödəməyə hazırdır. Sonda cavabdeh qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.
5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Tayota Camry” minik markalı “**-CC-***” dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuş, lakin etibarnamə üzrə qardaşı Cavabdeh2 idarə etmişdir.
6. Cavabdeh1 məhkəməyə ünvanladığı iddiaya etirazında göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-1536/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sonda cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
16. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı idarə etdiyi “VAZ-2106 minik” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən "Ailə" marketin yanından geriyə dönmə əməliyyatı edərkən Cavabdeh2 idarə etdiyi "Tayota Camry” minik markalı “**-CC-***” dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının avtomobilini vurmuş, nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəymiş, İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin, Cavabdeh2 əməlində isə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Hadisə 2023-cü ilin mart ayının 16-da baş verdiyi üçün Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş, göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və Cavabdeh2 inzibati məsuliyyətdən azad edilmişlər.
17. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Cavabdeh1 məxsus olan “Toyota Camry” minik markalı “**-CC-***” dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 xx.xx.2028-ci il tarixədək idarə etmək səlahiyyəti ilə verilmişdir.
18. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-1536/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 4840 manat və 69 manat dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 xeyrinə verilməsi qət edilmişdir.
19. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Bakı şəhər prokurorluğunda öyrənilərkən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qanunsuz və əsassız hesab edilərək, Baş prokurorun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2024-cu tarixli "cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi barədə" qərarı ilə ləğv edilərək, xx.xx.2024-cü il tarixdə əlavə araşdırma aparılması üçün İmişli rayon prokurorunun vasitəsi ilə RPŞ-nin Təhqiqat Bölməsinə göndərilmişdir. Həmin qərar əsasında İmişli rayon polis şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılaraq qərarda göstərilən xüsusatlar tam və hərtərəfli qaydada yoxlanılmışdır. İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin, Cavabdeh2 əməlində isə İddiaçı yüngül bədən xəsarətləri aldığı üçün Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri vardır. Ancaq həmin şəxsləri inzibati məsuliyyətə cəlb etmək mümkün deyil. Belə ki, hadisə 2023-cü ilin mart ayının 16-da baş verdiyi üçün Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının irəli sürdüyü faktiki hallar üzrə onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
21. Göründüyü kimi “Toyota Camry” minik markalı “**-CC-***” dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “VAZ-2106 minik” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, lakin hadisə 2023-cü ilin mart ayının 16-da baş verdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bu halda iddiaçı zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
22. Belə ki, mülki qanunvericiliyin müddəalarından aydın olur ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməl hüquqa zidd olmalı, əməl təqsirli olaraq törədilməli, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulmalı, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
24. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını, habelə onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı araşdırmalı və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Bu (subyektiv) hüququn sahibi olmayan şəxsin iddiasına mahiyyəti üzrə baxılıb, iddianın əsaslılığına qiymət verilməsi mümkünsüzdür. Həmçinin, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir.
25. Qeyd olunmalıdır ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
26. Məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi baş verən zaman "Tayota Camry” minik markalı “**-CC-***” dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olsa da, həmin avtomobil nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə Cavabdeh2 istifadəsində olmuş, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “VAZ-2106 minik” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, yəni mülki hüquq pozuntusunu Cavabdeh2 törətmişdir. Həmçinin tərəflər hadisənin Cavabdeh1 tərəfindən törədilməsi və iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli və ya hüquqa zidd əməlini təsdiq edəcək heç bir sübut təqdim etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddia dəymiş zərərin Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir.
27. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərəri "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmiş 6282 manat məbləğin ödənilməsini tələb edir, cavabdeh isə dəymiş ziyanın məbləğinin şişirdildiyini bildirir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə, “VAZ- 2106 minik” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixə bazar dəyəri 4312,3 manat müəyyən edilmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Məhkəmə, "xxxx" MMC-nin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
31. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən müvafiq ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi hazırkı iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə təsdiq olunan 4312,3 manat məbləğində dəymiş zərər Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
33. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
34. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlə daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olubolmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
35. İş materialında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 82,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
36. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, qiymətləndirmə üzrə xidmət haqqı 300 manat təşkil edir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 82,82 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 56,81 manat məbləği Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, məhkəmə xərcinin qalan 26,01 manat məbləği İddiaçı aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 300 manat məbləğində ekspertiza xərcindən ibarət məhkəmə xərcinin iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 205,8 manat hissəsi Cavabdeh2, məhkəmə xərcinin qalan 94,2 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMCnin hesabına köçürülməlidir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2dan maddi zərərin əvəzi olaraq 4312,30 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 82,82 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 56,81 manat məbləği Cavabdeh2 tutularaq İddiaçı ödənilsin, məhkəmə xərcinin qalan 26,01 manat məbləği İddiaçı aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 300 manat məbləğində ekspertiza xərcindən ibarət məhkəmə xərcinin iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 205,8 manat hissəsi Cavabdeh2, məhkəmə xərcinin qalan 94,2 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-nin VÖEN: **********, Kapitalbank Sabail 1 filialı, Kod: 200059, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod: AİİBAZ2XXX, AZ51AİİB400600C**********105 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.
39. Məhkəmə qeyd edir ki, tələb hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması çıxış edir. İddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir.