Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1692/2025 22.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2846.64 (iki min səkkiz yüz qırx altı manat altmış dörd qəpik) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-dən kredit götürmüş və o da ona zamin durmuşdur. Sonradan cavabdeh krediti ödəmədiyindən "xxxx" ASC məhkəmədə pul tələbi barədə iddia qaldırmışdır. İmişli Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2(036)-49/2015 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Cavabdehin banka olan borcunun ödənilməsi zamin olduğu üçün icra məmuru tərəfindən onun pensiyasına yönəldilmişdir. Onun pensiyasından ümumilikdə 2846.64 manat pul tutularaq "xxxx" ASC-nə köçürülmüşdür. Hazırda o, cavabdehdən onun borcuna görə pensiyasından tutulan pulu istəyir. Cavabdeh həmin pulu ona ödəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçının dedikləri düzdür. İddianın təmin edilməsinə etirazı yoxdur. İşin faktiki halları: İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 50964/2016-37-2/1 saylı “İNKASSO” sərəncamından görünür ki, "xxxx" ASC-nin hesabına İddiaçı təqaüdündən 596.13 (beş yüz doxsan altı manat on üç qəpik) manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 50964/2016-37-2/1 saylı “İNKASSO” sərəncamından görünür ki, "xxxx" ASC-nin hesabına İddiaçı təqaüdündən 596.13 (beş yüz doxsan altı manat on üç qəpik) manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 50964/2016-37-2/1 saylı “İNKASSO” sərəncamından görünür ki, "xxxx" ASC-nin hesabına İddiaçı təqaüdündən 551.46 (beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 50964/2016-37-2/1 saylı “İNKASSO” sərəncamından görünür ki, "xxxx" ASC-nin hesabına İddiaçı təqaüdündən 551.46 (beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 50964/2016-37-2/1 saylı “İNKASSO” sərəncamından görünür ki, "xxxx" ASC-nin hesabına İddiaçı təqüdündən 551.46 (beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)- 4912/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada ödəniş vaxtı məzənnədə milli valyuta ilə 4525.59 ABŞ dolları əsas borc, 1068.06 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının M/V 004806 nömrəli, xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müharibə veteranıdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin bank qarşısında adıçəkilən kredit müqaviləsinin təminatı qismində zamin kimi çıxış etmiş, ümumilikdə 2846.64 (iki min səkkiz yüz qırx altı manat altmış dörd qəpik) manat məbləğində pul ödəmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (MM-472.2) Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan maddənin mənasından da görünür ki, zaminin borclunun öhdəliklərini icra etdiyi təqdirdə qanunvericilikdə onun reqres qaydada tələb etmək hüququ təsbit edilmişdir. Belə olan halda, iddiaçının cavabdehin əvəzinə zamin qismində "xxxx" ASC-yə zamin kimi payına düşən 2846.64 (iki min səkkiz yüz qırx altı manat altmış dörd qəpik) manat ödəyərək kreditorun tələblərini təmin etdiyindən, bununla da cavabdehə qarşı tələb hüququ iddiaçıya keçdiyindən, İddiaçı 2846.64 (iki min səkkiz yüz qırx altı manat altmış dörd qəpik) manat məbləğində pul vəsaitini Cavabdeh tələb etməsi qanuni və əsaslıdır. Qeyd edilən fakt həm cavabdehin öz izahatı, həm də iş mtariallarına əlavə edilmiş digər mötəbər sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasəna məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 2846.64 (iki min səkkiz yüz qırx altı manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli və 48,46 (qırx səkkiz manat qırx altı) qəpik manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2846.64 (iki min səkkiz yüz qırx altı manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. 48,46 (qırx səkkiz manat qırx altı) qəpik manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1692/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1692/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver