Məhkəmə qərarları › İş №2(036)-1697/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1697/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1697/2024 04.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh torpaq sahəsi almaq üçün ödədiyi 60000 ABŞ dolları məbləğində pulun, həmin topaq sahəsini sənədləşdirmək üçün ödənilmiş 32000 manat xərcin və 425 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2010-cu ildə ona icarəsində olan 171 ha torpaq sahəsi satdığını bildirmişdir. O, da öz növbəsində torpaq sahəsini almaq istədiyini bildirmişdir. Cavabdeh torpaq sahəsini ona 60000 ABŞ dolları məbləğində pula satmağa razılaşmışdır. Bundan sonra həmin məbləği hissə-hissə cavabdehə ödəmişdir. Pulu ödəyib qurtardıqdan sonra cavabdeh ona etibarnamə vermişdir ki, həmin torpaq sahəsinə aid sənədləşmə işini görsün. O, bindan sonra 32000 manat xərc çəkərək həmin torpaq sahəsinə cavabdehin adına çıxarış almışdır. Cavabdehlə razılaşmaya əsasən çıxarışı onun adına alandan sonra həmin torpaq sahəsini alqı-satqı yolu ilə iddiaçının adına keçiriləcəkdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və torpaq sahəsini notariusla onun adına keçirtməmişdir. Bu səbədən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. İş materiallarına əlavə edilmiş «Torpağa müvəqqəti istifadə hüququna dair» JN- 2551 nömrəli, KOD 90700001 saylı şəhadətnamənin surəti ilə müəyyən olur ki, İmişli RİHB-nin xx.xx.2002-ci il tarixli, 53 saylı sərəncamı və xx.xx.2002-ci il tarixli, 12 saylı icarə müqaviləsi ilə İmişli rayonu ADF torpaq sahəsindən 200 hektar torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 13 il müddətində Cavabdeh icarəsinə verilmişdir.

4. İmişli regional “ASAN xidmət” mərkəzində notoriat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, **********275 nömrəli ərizə ilə müəyyən olur ki, İmanov X6 rayonu, Aranlı kəndi ərazisində yerləşən dövlət fondundan 200.0 ha (şəhadətnamə JN-2551, kod ********) torpaq sahəsindən istifadə etmədiyi üçün həmin torpaq sahəsindən onun hüququna xitam verib, qeyd olunan şəhadətnamənin ləğvinə köməklik göstərilməsini xahiş etmişdir.

5. İmişli regional “ASAN xidmət” mərkəzində notoriat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, AR-İİİ № 180019 nömrəli etibarnaməyə əsasən X8 1 il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və ya onun üzərində sərəncam verməyi və sair hüquqlarını İddiaçı etibar etmişdir.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********09 reyestr nömrəli çıxarışla müəyyən olunur ki, İmişli rayon inzibati ərazisindən 11.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 il müddətinə X3 icarəsinə verilmişdir.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********06 reyestr nömrəli çıxarışla müəyyən olunur ki, İmişli rayon inzibati ərazisindən 159.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 il müddətinə X3 icarəsinə verilmişdir.

8. İmişli regional “ASAN xidmət” mərkəzində notoriat ofisində təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, AR-İİİ № 315152 nömrəli etibarnaməyə əsasən X8 1 ay müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və ya onun üzərində sərəncam verməyi və sair hüquqlarını İddiaçı etibar etmişdir.

9. İmişli regional “ASAN Xidmət” mərkəzində notoriat ofisində təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, **********674 nömrəli və xx.xx.2024-cü il tarixli **********673 nömrəli ərizələri ilə müəyyən olur ki, Cavabdeh arvadı X1 qeyd olunan torpaq sahələrinin İddiaçı satılmasına razıdır və etirazı olmadığını bildirmişdir.

10. İmişli Rayon İcra Hakimiyyəti başçısı X9 regional “ASAN xidmət” mərkəzində notoriat ofisinə ünvanladığı 5-53-1/2-610/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 159.6 hektara xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********, 11.4 hektarına isə xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışlı torpaq sahələrinin icarə hüquqlarının İddiaçı satılmasına etirazının olmadığını bildirmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, İddiaçı təsərrüfatında çoban kimi işləmişdir. İddiaçı torpaq sahəsinin 60000 ABŞ dollarına Cavabdeh alınmasına şahid olmuşdur. Həmin torpaq sahəsində 14 illik fəaliyyəti dövründə Cavabdeh bir dəfə də olsun qeyd olunan əraziyə gəlməmişdir. Həmin müddətdə İddiaçı tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi və digər işlərin görülməsinə pul vəsaiti xərclənmişdir.

12. İş üzrə dindirilmiş şahid X2 ifadə verərək göstərdi ki, Cavabdeh qeyd olunan torpaq sahəsini satdığını İddiaçı çatdırmağını ondan xahiş etmişdir. Sonra onun iştirakı ilə tərəflər torpaq sahəsinin 60000 ABŞ dollara satılması barədə razılığa gəlmişlər. Pulun bir hissəsini, yəni 9100 ABŞ dollarını şəxsən onun özü Cavabdeh vermişdir. Bundan başqa İddiaçı tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi və digər işlərin görülməsinə pul vəsaiti xərclənmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh tərəfə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

15. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə. 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Maddə. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

33. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.

34. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli RİHB-nin xx.xx.2002-ci il tarixli, 53 saylı sərəncamı və xx.xx.2002-ci il tarixli, 12 saylı icarə müqaviləsi ilə İmişli rayonu ADF torpaq sahəsindən 200 hektar torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 13 il müddətində Cavabdeh icarəsinə verilmişdir. İmişli regional “ASAN xidmət” mərkəzində notoriat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, **********275 nömrəli ərizədən görünür ki, İmanov X6 rayonu, Aranlı kəndi ərazisində yerləşən dövlət fondundan 200.0 ha (şəhadətnamə JN-2551, kod ********) torpaq sahəsindən istifadə etmədiyi üçün həmin torpaq sahəsindən onun hüququna xitam verilib, qeyd olunan şəhadətnamənin ləğvinə köməklik göstərilməsini xahiş etmişdir. İmişli regional “ASAN xidmət” mərkəzində notoriat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, AR-İİİ № 180019 nömrəli etibarnaməyə əsasən X8 1 il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və ya onun üzərində sərəncam verməyi və sair hüquqlarını İddiaçı etibar etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********09 reyestr nömrəli çıxarışla İmişli rayon inzibati ərazisindən 11.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 il müddətinə X3 icarəsinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********06 reyestr nömrəli çıxarışla İmişli rayon inzibati ərazisindən 159.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 il müddətinə X3 icarəsinə verilmişdir. İmişli regional “ASAN xidmət” mərkəzində notoriat ofisində təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, AR-İİİ № 315152 nömrəli etibarnamə əsasında X8 1 ay müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və ya onun üzərində sərəncam verməyi və sair hüquqlarını İddiaçı etibar etmişdir. İmişli regional “ASAN Xidmət” mərkəzində notoriat ofisində təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, **********674 nömrəli və xx.xx.2024-cü il tarixli **********673 nömrəli ərizələrdən görünür ki, Cavabdeh arvadı X1 qeyd olunan torpaq sahələrinin İddiaçı satılmasına razılığını bildirmiş və etirazı olmadığını göstərmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısı X9 regional “ASAN xidmət” mərkəzində notoriat ofisinə ünvanladığı 5-53-1/2-610/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 159.6 hektara xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********, 11.4 hektarına isə xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışlı torpaq sahələrinin icarə hüquqlarının İddiaçı satılmasına etirazının olmadığını bildirmişdir.

35. Beləliklə, məhkəmə iclasında işin faktiki halları ilə müəyyən olur ki, Cavabdeh 2010cu ildə icarəsində olan 171 ha torpaq sahəsini satdığını, İddiaçı isə öz növbəsində həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və tərəflər arasında torpaq sahəsinin 60000 ABŞ dolları məbləğində pula alqı-satqısı barədə razılağa gəlmişlər. Bundan sonra iddiaçı həmin pul vəsaitini hissə-hissə cavabdehə ödəmişdir. İddiaçı pulu ödəyib qurtardıqdan sonra cavabdeh ona etibarnamə vermişdir ki, həmin torpaq sahəsinə aid sənədləşmə işini görsün. O, bindan sonra 32000 manat xərc çəkərək həmin torpaq sahəsinə cavabdehin adına çıxarış almışdır. Cavabdehlə razılaşmaya əsasən çıxarışı onun adına alandan sonra həmin torpaq sahəsini alqı-satqı yolu ilə iddiaçının adına keçiriləcəkdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və torpaq sahəsini notariat ofisində iddiaçının adına keçirtməmişdir.

36. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

37. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

40. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

41. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

42. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».

43. Qanunvericiliyə əsasən, varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

45. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır.

46. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

49. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

50. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. Məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh torpaq sahəsi almaq üçün ödənilmiş 60000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti, həmin torpaq sahəsini sənədləşdirmək üçün çəkilmiş xərc 32000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 425 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilsin. Cavabdeh torpaq sahəsi almaq üçün ödənilmiş 60000 (altmış min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti, həmin torpaq sahəsini sənədləşdirmək üçün çəkilmiş xərc 32000 (otuz iki min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 425 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar