Məhkəmə qərarları › İş №2(036)-17/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-17/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-17/2024 11.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və cavabdeh Zamin1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər, Cavabdeh və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib xx.xx.2014-cü il tarixli 14035/015977 saylı kredit müqaviləsi üzrə cavabdehlər, Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 7088.39 manat əsas borc, 1246.15 manat faiz borcu, 708.84 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh Zamin1 izahatında göstərmişdir ki, xx.xx.2014-cü il tarixli 14035/015977 saylı kredit müqaviləsi üzrə Cavabdeh kredit verilməmiş və o, həmin müqavilə üzrə borcun qaytarılmasına zamin durmamışdır. Həmin vaxt İddiaçı ASC-nin İmişli filialının müdiri vəzifəsində işləyən Şükürov Əlizamin Mirzə oğlu, X5, X9 və X6 ilə cinayətkar əlaqəyə girib saxta sənədlər düzəldərək ayrı-ayrı şəxslərin adına kredit götürmüş və mənimsəmişdir. Cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə İddiaçı ASC-nin mülki iddiası təmin edilərək xx.xx.2014-cü il tarixli 14035/015977 saylı kredit müqaviləsi üzrə bankdan götürülmüş məbləğin Şükürov Əlizamin Mirzə oğlu, X5, X9 və X3 hesabına ödənilməsi təmin edilmişdir. Ona görə iddia tələbi əsassız hesab edilməlidir. . İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 08 iyul 2014-cü il tarixli 14035-/015977 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 24 faizlə 24 ay müddətinə 9700 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 9700 manat kredit məbləğini cəmi 2611.96 manat faizlə birlikdə ayda 513 manat ödəməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan 08 iyul 2014-cü il tarixli 14035-/145991 Z nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Əliyev X4 Rövşən Mətləb oğlu ilə İddiaçı ASC-nin arasında bağlanmış 08 iyul 2014-cü il tarixli 14035- /015977 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan 08 iyul 2014-cü il tarixli 14035-/459504 Z nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Zamin2 Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 08 iyul 2014-cü il tarixli 14035-/015977 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmünün surətinə əsasən Şükürov Əlizamin Mirzə oğlu, X5, X9 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib hər biri azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin mülki iddiası təmin edilərək xx.xx.2014-cü il tarixli 14035/015977 saylı kredit müqaviləsi üzrə bankdan götürülmüş məbləğin Şükürov Əlizamin Mirzə oğlu, X5, X9 və X3 hesabına ödənilməsi təmin edilmişdir. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Zamin1 izahatında göstərmişdir ki, xx.xx.2014-cü il tarixli 14035/015977 saylı kredit müqaviləsi üzrə Cavabdeh kredit verilməmiş və Zamin1 həmin müqavilə üzrə borcun qaytarılmasına zamin durmamışdır. Həmin kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin Şükürov Əlizamin Mirzə oğlu, X5, X9 və X3 hesabına ödənilməsi təmin edilmişdir. Ona görə də, İddiaçı ASC həmin kredit müqaviləsi üzrə borcun cavabdehlər, Cavabdeh və qeyrilərindən tutulmasını tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar