Məhkəmə qərarları › İş №2(036)-170/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-170/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-170/2021 27.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52091 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün 248 manat ödənilməmiş hissə, 74 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung Tozsoran üçün 84 manat ödənilməmiş hissə, 25 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic Tozsoran üçün 184 manat ödənilməmiş hissə, 55 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 1081 manat ödənilməmiş hissə, 290 manat dəbbə, xx.xx.2019-cu il müqaviləsinə əsasən, İMEİ Kodu **********37399 olan Nokia 105 markalı telefon, X1qcıq və Case A6 Plus qoruyucu örtük üçün 51 manat ödənilməmiş hissə, 16 manat dəbbə və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********94618 olan Samsung Galaxy A7 markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 132 manat dəbbə olmaqla ümumilikdə 2680 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulub «xxxx» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh cəmiyyətdən İMEİ Kodu **********52091 olan Samsung Galaxy A6 Plus markalı telefon, Samsung Tozsoran, Panasonic Tozsoran, Samsung LED TV, İMEİ Kodu **********37399 olan Nokia 105 markalı telefon, X1qcıq və Case A6 Plus qoruyucu örtük və İMEİ Kodu **********94618 olan Samsung Galaxy A7 markalı telefon almışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən ümumi dəyəri 744 manat olan **********52091 İMEİ X3 A6 Plus markalı telefon üçün 248 manat ödənilməmiş hissə, 74 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən ümumi dəyəri 168 manat olan Samsung Tozsoran üçün 84 manat ödənilməmiş hissə, 25 manat dəbbə, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, ümumi dəyəri 253 manat olan Panasonic Tozsoran üçün 184 manat ödənilməmiş hissə, 55 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, ümumi dəyəri 1242 manat olan Samsung LED TV üçün 1081 manat ödənilməmiş hissə, 290 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, ümumi dəyəri 78 manat olan, **********37399 İMEİ Kodlu Nokia 105 markalı telefon, X1qcıq və Case A6 Plus qoruyucu örtük üçün 51 manat ödənilməmiş hissə, 16 manat dəbbə, xx.xx.2019-cu il müqaviləsinə əsasən, ümumi dəyəri 770 manat olan **********94618 İMEİ X3 A7 markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 132 manat dəbbə olmaqla ümumilikdə 2680 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1167 manat təşkil edir. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcunu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan; İddiaçı «xxxx» MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00413118 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 744 manat olan **********52091 İMEİ X3 A6 Plus markalı telefon satılmışdır. Cavabdeh həmin malın dəyərini 12 ay müddətinə hər ay 62 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00515688 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 168 manat olan Samsung Tozsoran satılmışdır. Cavabdeh həmin malın dəyərini 12 ay müddətinə hər ay 14 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00648189 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 253 manat olan Panasonic Tozsoran satılmışdır. O, həmin malın dəyərini 11 ay müddətinə hər ay 23 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00648174 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 1242 manat olan Samsung LED TV satılmışdır. O, həmin malın dəyərini 18 ay müddətinə hər ay 69 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00648194 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 78 manat olan, **********37399 İMEİ Kodlu Nokia 105 markalı telefon, X1qcıq və Case A6 Plus qoruyucu örtük satılmışdır. O, bu məhsulların dəyərini 6 ay müddətinə hər ay 13 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00674845 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 770 manat olan **********94618 İMEİ X3 A7 markalı telefon satılmışdır. O, həmin malın dəyərini 12 ay müddətinə hər ay 63 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52091 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün 248 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung Tozsoran üçün 84 manat ödənilməmiş hissə, 5 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic Tozsoran üçün 184 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 1081 manat ödənilməmiş hissə, 30 manat dəbbə, xx.xx.2019-cu il müqaviləsinə əsasən, İMEİ Kodu **********37399 olan Nokia 105 markalı telefon, X1qcıq və Case A6 Plus qoruyucu örtük üçün 51 manat ödənilməmiş hissə, 5 manat dəbbə və xx.xx.2019-cu il müqaviləsinə əsasən, İMEİ Kodu **********94618 olan Samsung Galaxy A7 markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 20 manat dəbbə olmaqla ümumilikdə 2088 manat əsas borc, 80 manat dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2198 manat məbləğində pul alınıb «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018 - ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52091 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün 248 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung Tozsoran üçün 84 manat ödənilməmiş hissə, 5 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic Tozsoran üçün 184 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 1081 manat ödənilməmiş hissə, 30 manat dəbbə, xx.xx.2019-cu il müqaviləsinə əsasən, İMEİ Kodu **********37399 olan Nokia 105 markalı telefon, X1qcıq və Case A6 Plus qoruyucu örtük üçün 51 manat ödənilməmiş hissə, 5 manat dəbbə və xx.xx.2019-cu il müqaviləsinə əsasən, İMEİ Kodu **********94618 olan Samsung Galaxy A7 markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 20 manat dəbbə olmaqla ümumilikdə 2088 manat əsas borc, 80 manat dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2198 (iki min yüz doxsan səkkiz) manat məbləğində pul alınıb «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar